https://sputnik.az/20250120/20-yanvar-faciesinden-33-il-otur-450841662.html
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
Sputnik Azərbaycan
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ MN, DTX və DİN-in qoşun hissələri Bakıya və Azərbaycanın bir... 20.01.2025, Sputnik Azərbaycan
2025-01-20T12:05+0400
2025-01-20T12:05+0400
2025-01-20T12:05+0400
tarixdə bu gün
20 yanvar faciəsi
20 yanvar – ümumxalq hüzn günü
azərbaycan xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e6/01/14/438343737_0:103:2000:1228_1920x0_80_0_0_a8031c97b37af492e79e805a410b9409.jpg
BAKI, 20 yanvar - Sputnik. Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Nəqliyyatın hərəkəti dayandırılıb, gəmilərdən, avtomobillərdən siqnallar verilib.Qeyd edək ki, 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar respublikanın şəhər və rayonlarında şəhidlərin xatirəsi anılır, 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilir.Yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edən insanlar qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə tər çiçəklər düzürlər.20.01.25, 00:00Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 35 il keçir.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.Nəticədə Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb.Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi.1994-cü il martın 29-da 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib.O vaxtdan 20 yanvar Azərbaycanda hər il Ümumxalq hüzn günü kimi qeyd olunur. Hər il yanvarın 20-də rəsmi şəxslər, sıravi vətəndaşlar Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarını ziyarət edirlər.Dünya ictimaiyyətinin diqqətini Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.20 yanvar - Ümumxalq Hüzn Günündə Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək. Qanlı yanvar tarixinin ildönümü ilə əlaqədar metropolitendə gün ərzində xüsusi tədbirlər planı həyata keçiriləcək.Bu məqsədlə yanvar ayının əvvəlindən "20 Yanvar" stansiyasının vestibüllərinə, platformasına və digər xidməti sahələrinə baxış keçirilib, zəruri tədbirlərin təşkili üçün tapşırıqlar verilərək, müvafiq işlər görülüb.Ənənəyə uyğun olaraq, "20 Yanvar" stansiyasının sütunlarına və şəhidlərin adlarının həkk olunduğu lövhələrin yerləşdiyi vestibül sahələrində divarlara qərənfil tərtibatlı çələnglər asılacaq.Stansiya platformasında qərənfillərdən xüsusi bədii tərtibatlı çələng qoyulacaq. Məhz platformada qoyulmuş çələngin ətrafında "Bakı Metropoliteni" QSC-nin rəhbərliyinin də daxil olduğu kollektivin üzvləri ictimaiyyətin nümayəndələri və stansiyaya gələn sərnişinlərlə birlikdə şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad edəcəklər.Qeyd edək ki, ölkəmizdə şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükut mərasimi saat 12:00-da keçiriləcək. Həmin vaxt üçün əvvəlcədən xüsusi işlənmiş plan əsasında bütün qatarlar stansiyalara çıxarılacaq. Qatarlardan 1 dəqiqə ərzində fasiləsiz fit veriləcək.Formalaşmış ənənəyə əsasən, şəhidlərimizin xatirəsinə xüsusi ehtiram əlaməti kimi günün birinci yarısında "20 Yanvar" stansiyasının platfromasında metropoliten işçilərindən ibarət qarovul dəstəsi düzüləcək.Gün ərzində bütün stansiyalarda günün ruhuna uyğun musiqilər və marşlar mərkəzləşmiş radio şəbəkəsi vasitəsilə yayımlanacaq. Qatarlarda stansiyaların elanı radioinformatorla deyil, maşinistlər tərəfindən radiorabitə vasitəsilə səsləndiriləcək.Bakıda bəzi müntəzəm marşrutların hərəkəti dəyişdiriləcək20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı məlumata görə, yanvarın 20-də Parlament prospekti ilə kəsişən və birləşən küçələrdə avtomobillərin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 3, 6, 10, 18, 31, 39, 53, 77, 96 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.Metropolitenin iş rejiminə dəyişikliklər ediləcəkYanvarın 20-də Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək. "Bakı Metropoliteni" QSC-nin yaydığı məlumatda bildirilib ki, Ümumxalq Hüzn Günü ilə əlaqədar “20 Yanvar”, həmçinin Şəhidlər Xiyabanına ən yaxın məsafələrdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında xüsusi nəzarət tədbirləri görülməklə gücləndirilmiş iş rejimi tətbiq olunacaq."Qeyri-iş günü olduğundan qatarların hərəkət qrafiki dəyişdiriləcək, xəttə verilmək üçün ehtiyat qatarlar nəzərdə tutulacaq. Saat 12:00-da qatarların hərəkəti dayandırılacaq və qatarlardan siqnal veriləcək, şəhidlərin xatirəsi 1 dəqiqə mərasimlə anılacaq".Qeyd edək ki, 35 il əvvəl yanvarın 19-dan 20-nə keçən qanlı gecənin günahsız qurbanları arasında “Nərimanov” elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımov da var.20.01.24, 00:0020 Yanvar günü ilə bağlı paytaxtda bəzi yollar bağlanacaq - SİYAHI20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək.Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.Bildirilib ki, yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.Hərəkətin məhdudlaşdırılması 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/14/438343737_114:0:1887:1330_1920x0_80_0_0_c59f0258f0751fcd9f761dcd2301d3ba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tarixdə bu gün , 20 yanvar faciəsi, 20 yanvar – ümumxalq hüzn günü
tarixdə bu gün , 20 yanvar faciəsi, 20 yanvar – ümumxalq hüzn günü
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ MN, DTX və DİN-in qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali kütləvi qətlə yetirilib.
BAKI, 20 yanvar - Sputnik. Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Nəqliyyatın hərəkəti dayandırılıb, gəmilərdən, avtomobillərdən siqnallar verilib.
Qeyd edək ki, 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar respublikanın şəhər və rayonlarında şəhidlərin xatirəsi anılır, 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilir.
Yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edən insanlar qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə tər çiçəklər düzürlər.
Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 35 il keçir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.
Nəticədə Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb.
Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi.
1994-cü il martın 29-da 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib.
O vaxtdan 20 yanvar Azərbaycanda hər il Ümumxalq hüzn günü kimi qeyd olunur. Hər il yanvarın 20-də rəsmi şəxslər, sıravi vətəndaşlar Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarını ziyarət edirlər.
Dünya ictimaiyyətinin diqqətini Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.
20 yanvar - Ümumxalq Hüzn Günündə Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək. Qanlı yanvar tarixinin ildönümü ilə əlaqədar metropolitendə gün ərzində xüsusi tədbirlər planı həyata keçiriləcək.
Bu məqsədlə yanvar ayının əvvəlindən "20 Yanvar" stansiyasının vestibüllərinə, platformasına və digər xidməti sahələrinə baxış keçirilib, zəruri tədbirlərin təşkili üçün tapşırıqlar verilərək, müvafiq işlər görülüb.
Ənənəyə uyğun olaraq, "20 Yanvar" stansiyasının sütunlarına və şəhidlərin adlarının həkk olunduğu lövhələrin yerləşdiyi vestibül sahələrində divarlara qərənfil tərtibatlı çələnglər asılacaq.
Stansiya platformasında qərənfillərdən xüsusi bədii tərtibatlı çələng qoyulacaq. Məhz platformada qoyulmuş çələngin ətrafında "Bakı Metropoliteni" QSC-nin rəhbərliyinin də daxil olduğu kollektivin üzvləri ictimaiyyətin nümayəndələri və stansiyaya gələn sərnişinlərlə birlikdə şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad edəcəklər.
Qeyd edək ki, ölkəmizdə şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükut mərasimi saat 12:00-da keçiriləcək. Həmin vaxt üçün əvvəlcədən xüsusi işlənmiş plan əsasında bütün qatarlar stansiyalara çıxarılacaq. Qatarlardan 1 dəqiqə ərzində fasiləsiz fit veriləcək.
Formalaşmış ənənəyə əsasən, şəhidlərimizin xatirəsinə xüsusi ehtiram əlaməti kimi günün birinci yarısında "20 Yanvar" stansiyasının platfromasında metropoliten işçilərindən ibarət qarovul dəstəsi düzüləcək.
Gün ərzində bütün stansiyalarda günün ruhuna uyğun musiqilər və marşlar mərkəzləşmiş radio şəbəkəsi vasitəsilə yayımlanacaq. Qatarlarda stansiyaların elanı radioinformatorla deyil, maşinistlər tərəfindən radiorabitə vasitəsilə səsləndiriləcək.
Bakıda bəzi müntəzəm marşrutların hərəkəti dəyişdiriləcək
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı məlumata görə, yanvarın 20-də Parlament prospekti ilə kəsişən və birləşən küçələrdə avtomobillərin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 3, 6, 10, 18, 31, 39, 53, 77, 96 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.
Metropolitenin iş rejiminə dəyişikliklər ediləcək
Yanvarın 20-də Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək. "Bakı Metropoliteni" QSC-nin yaydığı məlumatda bildirilib ki, Ümumxalq Hüzn Günü ilə əlaqədar “20 Yanvar”, həmçinin Şəhidlər Xiyabanına ən yaxın məsafələrdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında xüsusi nəzarət tədbirləri görülməklə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
"Qeyri-iş günü olduğundan qatarların hərəkət qrafiki dəyişdiriləcək, xəttə verilmək üçün ehtiyat qatarlar nəzərdə tutulacaq. Saat 12:00-da qatarların hərəkəti dayandırılacaq və qatarlardan siqnal veriləcək, şəhidlərin xatirəsi 1 dəqiqə mərasimlə anılacaq".
Qeyd edək ki, 35 il əvvəl yanvarın 19-dan 20-nə keçən qanlı gecənin günahsız qurbanları arasında “Nərimanov” elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımov da var.
20 Yanvar günü ilə bağlı paytaxtda bəzi yollar bağlanacaq - SİYAHI
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək.
Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
Hərəkətin məhdudlaşdırılması 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.
Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.