https://sputnik.az/20250119/tramvay-yollari-yaxud-reqemsal-ekiz-bizi-hara-aparacaq-video-470013606.html
Tramvay yolları, yaxud "rəqəmsal əkiz" bizi hara aparacaq? Video
Tramvay yolları, yaxud "rəqəmsal əkiz" bizi hara aparacaq? Video
Sputnik Azərbaycan
Rauf Ağamirzəyev deyib ki, ümumiyyətlə, son infrastruktur layihələrinin planlanması, müntəzəm marşrut xətlərinin optimallaşdırılması işləri məhz həmin rəqəmsal... 19.01.2025, Sputnik Azərbaycan
2025-01-19T09:28+0400
2025-01-19T09:28+0400
2025-01-19T09:28+0400
tramvay
paytaxt xəbərləri
bakının baş planı
"tramvay-trolleybus idarəsi"
metro
ictimai nəqliyyat
"bakı metropoliteni" qsc
https://cdnn1.img.sputnik.az/img/42206/26/422062673_0:321:3068:2047_1920x0_80_0_0_6b5c2bd4176e73b0f33e35a27dc5b23b.jpg
BAKI, 19 yanvar — Sputnik. Bakıda tramvay xətinin hansı ərazilərdən keçəcəyi təsdiqlənməzdən öncə, rəqəmsal əkiz üzərində simulyasiya edilib. Bunu bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında nəqliyyat sahəsində tanınmış ekspert Rauf Ağamirzəyev söyləyib.O qeyd edib ki, Bakı və Abşeron regional aqlomerasiyası üzrə rəqəmsal əkizdə toplanan məlumatlar, hansı istiqamətdə hansı nəqliyyat növünü daha çox inkişaf etdirməyin daha düzgün olduğunu müəyyən etməyə imkan verir. Bu zaman nəqliyyat və sərnişin axınları, mövcud infrastruktur və sair amillər əsas götürülür. R. Ağamirzəyevin dediyinə görə, ümumiyyətlə, son infrastruktur layihələrinin planlanması, müntəzəm marşrut xətlərinin optimallaşdırılması işləri məhz həmin rəqəmsal əkizə əsaslanmaqla icra edilir. Qeyd edək ki, Azərbaycan hökuməti Bakıda tramvayların effektiv olacağı əraziləri müəyyənləşdirib. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov 2024-cü ildə nəqliyyat sahəsində həyata keçirilmiş işlərlə bağlı brifinqdə bildirib ki, tramvay Mehdiabad qəsəbəsindən Azadlıq prospektinə doğru, Binəqədidən keçməklə "28 may" metrostansiyasına qədər əhəmiyyətli ola bilər. "Tramvay kütləvi daşıma üçündür və onlar üçün ilk növbədə uyğun yer olmalıdır. Təhlillər aparmışıq və paytaxtda tamvay xətlərinin inşasının faydalı ola biləcəyi yerləri araşdırmışıq. Şəhər mərkəzində insanların hərəkəti üçün ən səmərəli vasitə metropolitendir. Tramvay Mehdiabad qəsəbəsindən Azadlıq prospektinə doğru, Binəqədidən keçməklə "28 may" metrostansiyasına qədər əhəmiyyətli ola bilər. "Sea Breeze" istiqamətində də yeni yaşayış məntəqələri yaradıldığına görə həmin istiqamətdə də tramvay özünü doğrulda bilər" - o, qeyd edib. Ekspert Rauf Ağamirzəyev deyib ki, Bakı və Abşeronda tıxacın aradan qaldırılması istiqamətində indiyədək bir sıra layihələr icra edilib. Buraya avtobus və velosiped zolaqlarının çəkilməsi, velosiped və skuterlərin icarəyə verilməsi xidmətinin yaradılması və sair tədbirlər daxildir. Yaxın gələcəkdə isə ictimai nəqliyyat növlərinin sayının artırılması ilə bağlı daha bir layihə olan tramvay xətlərinin çəkilməsinə başlanılacaq. Ekspert bildirib ki, tıxacı aradan qaldırmağın ən effektiv yollarından biri ictimai nəqliyyat növlərinin sayını artırmaq, onların hərəkəti üçün şərait yaratmaqdır: R.Ağamirzəyev deyib ki, məsələ tramvayın çəkilməsi ilə yekunlaşmayacaq. Onun əlaqələndirməsi də şərt olacaq: "Relsli nəqliyyat şəhərin onurğa sütunudur. Yəni, əsas yük götürmək qabiliyyatına malik olan bir növdür. Amma tramvayla şəhər ətrafından gələn sərnişinlərin şəhərin mərkəzindən istədikləri ünvana getməsini təmin etmək də vacib amildir. Ona görə də, bu gün şəhərin mərkəzi hissələrində mikrolobillik təmin olunur. "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə görə, sarı xətin çəkilməsi nəzərdə tutulmuşdu. Binəqədi rayonundan başlayaraq Səbail rayonunun Bayıl qəsəbəsinədək uzanacaq və uzunluğu 14,7 km olacağı nəzərdə tutulan bu xətin çəkilməsindənsə, Binəqədi istiqamətindən tramvay xətinin yaradılması daha məqsədəuyğun hesab olunur. Düşünürəm ki, tramvay xəttinin məhz bu istiqamətdə çəkilməsi ilə sarı xəttin yükünü götürmək mümkün olacaq. Tramvay vasitəsilə Binəqədi və Mehdiabad qəsəbəsinin şəhərlə əlaqəsini təmin etmək mümkündür". Qonaq bildirib ki, burada bir yanaşma da torpaqla bağlıdır. Şəhərdə ən bahalı resurs torpaqdır. "Bu kimi layihələr işlənərkən, torpağı daha səmərəli istifadə etməliyik. Çox güman ki, mövcud yol sahəsi çərçivəsində bu işlər görüləcək. Əvvəl daha çox avtomobil yollarının çəkilməsi üzərində iş aparılırdısa, indi hədəf eyni zolaqda daha çox sərnişini daşıyan nəqliyyat növlərinin hərəkətini təmin etmək, onları inkişaf etdirməkdir. Tramvay sərnişindaşımada çox effektivdir. Tramvay və metro ilə yanaşı, şəhər ətrafı elektrik qatarı şəbəkəsində də diqqət yetirmək lazımdır. Dəmir yolu varsa, mövcud dəmir yolunu sağlamlaşdırmaqla, qatar sayını artırıb yerüstü metroya çevirmək daha məntiqli olar, nəinki, torpaq alıb şəhər ətrafına tramvay çəkmək. Sadəcə, uzun zamandır biz daha çox diqqəti avtomobil yollarının tikintisinə ayırmışıqsa, indi isə daha çox ictimai nəqliyyata diqqət ayırmalıyıq ki, insanların seçim imkanı olsun. Beləcə, ən dəyərli vaxtlarını yollarda qalmağa sərf etməsinlər". Xatırladaq ki, Bakının Baş Planına görə, 2027-ci ilə qədər 17,3 km, 2040-cı ilə qədər 54,6 km, sonrakı illərdə isə daha 110,4 km tramvay yolunun çəkilməsi nəzərdə tutulub. Bu, 2027-ci ilə qədər 26, 2040-cı ilə qədər isə 78 dayanacaq tikmək deməkdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42206/26/422062673_339:0:3068:2047_1920x0_80_0_0_57d21928240445d27db8cf1d845b5115.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
tramvay, bakının baş planı, "tramvay-trolleybus idarəsi", metro, ictimai nəqliyyat, "bakı metropoliteni" qsc
tramvay, bakının baş planı, "tramvay-trolleybus idarəsi", metro, ictimai nəqliyyat, "bakı metropoliteni" qsc
Tramvay yolları, yaxud "rəqəmsal əkiz" bizi hara aparacaq? Video
Rauf Ağamirzəyev deyib ki, ümumiyyətlə, son infrastruktur layihələrinin planlanması, müntəzəm marşrut xətlərinin optimallaşdırılması işləri məhz həmin rəqəmsal əkizə əsaslanmaqla icra edilir.
BAKI, 19 yanvar — Sputnik. Bakıda tramvay xətinin hansı ərazilərdən keçəcəyi təsdiqlənməzdən öncə, rəqəmsal əkiz üzərində simulyasiya edilib.
Bunu bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında nəqliyyat sahəsində tanınmış ekspert Rauf Ağamirzəyev söyləyib.
O qeyd edib ki, Bakı və Abşeron regional aqlomerasiyası üzrə rəqəmsal əkizdə toplanan məlumatlar, hansı istiqamətdə hansı nəqliyyat növünü daha çox inkişaf etdirməyin daha düzgün olduğunu müəyyən etməyə imkan verir. Bu zaman nəqliyyat və sərnişin axınları, mövcud infrastruktur və sair amillər əsas götürülür.
R. Ağamirzəyevin dediyinə görə, ümumiyyətlə, son infrastruktur layihələrinin planlanması, müntəzəm marşrut xətlərinin optimallaşdırılması işləri məhz həmin rəqəmsal əkizə əsaslanmaqla icra edilir.
Qeyd edək ki, Azərbaycan hökuməti Bakıda tramvayların effektiv olacağı əraziləri müəyyənləşdirib. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov 2024-cü ildə nəqliyyat sahəsində həyata keçirilmiş işlərlə bağlı brifinqdə bildirib ki, tramvay Mehdiabad qəsəbəsindən Azadlıq prospektinə doğru, Binəqədidən keçməklə "28 may" metrostansiyasına qədər əhəmiyyətli ola bilər.
"Tramvay kütləvi daşıma üçündür və onlar üçün ilk növbədə uyğun yer olmalıdır. Təhlillər aparmışıq və paytaxtda tamvay xətlərinin inşasının faydalı ola biləcəyi yerləri araşdırmışıq. Şəhər mərkəzində insanların hərəkəti üçün ən səmərəli vasitə metropolitendir. Tramvay Mehdiabad qəsəbəsindən Azadlıq prospektinə doğru, Binəqədidən keçməklə "28 may" metrostansiyasına qədər əhəmiyyətli ola bilər. "Sea Breeze" istiqamətində də yeni yaşayış məntəqələri yaradıldığına görə həmin istiqamətdə də tramvay özünü doğrulda bilər" - o, qeyd edib.
Ekspert Rauf Ağamirzəyev deyib ki, Bakı və Abşeronda tıxacın aradan qaldırılması istiqamətində indiyədək bir sıra layihələr icra edilib. Buraya avtobus və velosiped zolaqlarının çəkilməsi, velosiped və skuterlərin icarəyə verilməsi xidmətinin yaradılması və sair tədbirlər daxildir. Yaxın gələcəkdə isə ictimai nəqliyyat növlərinin sayının artırılması ilə bağlı daha bir layihə olan tramvay xətlərinin çəkilməsinə başlanılacaq. Ekspert bildirib ki, tıxacı aradan qaldırmağın ən effektiv yollarından biri ictimai nəqliyyat növlərinin sayını artırmaq, onların hərəkəti üçün şərait yaratmaqdır:
"Bəzən sərnişinlər narazılıq edir ki, niyə bu istiqamətdə metro yox, avtobus zolağı çəkildi. Bu kimi məsələlər, yol infrastrukturu layihələrinin seçilməsi üçün analitik alət olan Bakının "rəqəmsal əkiz"i vasitəsilə simulyasiya edilir. Skuterlər, velosipedlər, avtobuslar üçün zolaqlar çəkildikdən sonra indi də relsli nəqliyyat vasitələrinin inkişafı məsələsi gündəmdədir. Elə ərazilər var ki, o istiqamətdə dəmiryol xətləri var. Ora artıq xərc çəkib metro xətti çəkməkdənsə, yerüstü ictimai nəqliyyat növlərini inkişaf etdirmək daha səmərəlidir".
R.Ağamirzəyev deyib ki, məsələ tramvayın çəkilməsi ilə yekunlaşmayacaq. Onun əlaqələndirməsi də şərt olacaq:
"Relsli nəqliyyat şəhərin onurğa sütunudur. Yəni, əsas yük götürmək qabiliyyatına malik olan bir növdür. Amma tramvayla şəhər ətrafından gələn sərnişinlərin şəhərin mərkəzindən istədikləri ünvana getməsini təmin etmək də vacib amildir. Ona görə də, bu gün şəhərin mərkəzi hissələrində mikrolobillik təmin olunur. "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə görə, sarı xətin çəkilməsi nəzərdə tutulmuşdu. Binəqədi rayonundan başlayaraq Səbail rayonunun Bayıl qəsəbəsinədək uzanacaq və uzunluğu 14,7 km olacağı nəzərdə tutulan bu xətin çəkilməsindənsə, Binəqədi istiqamətindən tramvay xətinin yaradılması daha məqsədəuyğun hesab olunur. Düşünürəm ki, tramvay xəttinin məhz bu istiqamətdə çəkilməsi ilə sarı xəttin yükünü götürmək mümkün olacaq. Tramvay vasitəsilə Binəqədi və Mehdiabad qəsəbəsinin şəhərlə əlaqəsini təmin etmək mümkündür".
Qonaq bildirib ki, burada bir yanaşma da torpaqla bağlıdır. Şəhərdə ən bahalı resurs torpaqdır.
"Bu kimi layihələr işlənərkən, torpağı daha səmərəli istifadə etməliyik. Çox güman ki, mövcud yol sahəsi çərçivəsində bu işlər görüləcək. Əvvəl daha çox avtomobil yollarının çəkilməsi üzərində iş aparılırdısa, indi hədəf eyni zolaqda daha çox sərnişini daşıyan nəqliyyat növlərinin hərəkətini təmin etmək, onları inkişaf etdirməkdir. Tramvay sərnişindaşımada çox effektivdir. Tramvay və metro ilə yanaşı, şəhər ətrafı elektrik qatarı şəbəkəsində də diqqət yetirmək lazımdır. Dəmir yolu varsa, mövcud dəmir yolunu sağlamlaşdırmaqla, qatar sayını artırıb yerüstü metroya çevirmək daha məntiqli olar, nəinki, torpaq alıb şəhər ətrafına tramvay çəkmək. Sadəcə, uzun zamandır biz daha çox diqqəti avtomobil yollarının tikintisinə ayırmışıqsa, indi isə daha çox ictimai nəqliyyata diqqət ayırmalıyıq ki, insanların seçim imkanı olsun. Beləcə, ən dəyərli vaxtlarını yollarda qalmağa sərf etməsinlər".
Xatırladaq ki, Bakının Baş Planına görə, 2027-ci ilə qədər 17,3 km, 2040-cı ilə qədər 54,6 km, sonrakı illərdə isə daha 110,4 km tramvay yolunun çəkilməsi nəzərdə tutulub. Bu, 2027-ci ilə qədər 26, 2040-cı ilə qədər isə 78 dayanacaq tikmək deməkdir.