https://sputnik.az/20250119/tramp-rusofob-deyil-lakin-abs-in-maraqlarini-mudafie-edecek-470086146.html
Tramp rusofob deyil, lakin ABŞ-ın maraqlarını müdafiə edəcək
Tramp rusofob deyil, lakin ABŞ-ın maraqlarını müdafiə edəcək
Sputnik Azərbaycan
Tramp ABŞ-ın təhlükəsizliyini təhdid edə biləcək münaqişələrdən qaçır. 19.01.2025, Sputnik Azərbaycan
2025-01-19T20:04+0400
2025-01-19T20:04+0400
2025-01-19T20:04+0400
dünya xəbərləri
donald tramp
aleksey puşkov
abş
qrenlandiya
danimarka
ai
https://cdnn1.img.sputnik.az/img/07e9/01/0e/469994373_0:160:3072:1888_1920x0_80_0_0_41b8f3c6b49cd4b5eb920f10eadbbf1c.jpg
BAKI, 19 yanvar - Sputnik. ABŞ- ınyeni seçilmiş Prezidenti Donald Tramp Amerikanın təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edəcək.Bunu Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti Komitəsinin rəhbəri Aleksey Puşkov özünün “Telegram” kanalında bildirib.Senatorun sözlərinə görə, Trampın “Öncə ABŞ” şüarı onun həqiqi inanclarını əks etdirir. O, ABŞ-ın təhlükəsizliyini təhdid edə biləcək münaqişələrdən qaçır, lakin ölkəsinin maraqları hesab etdiyi şeyi qətiyyətlə müdafiə etməkdə qərarlıdır.Buna əsaslanaraq, ABŞ-ın gələcək prezidenti, Puşkovun fikrincə, Rusiyaya qarşı düşmənçilik hiss etmir və keçmiş demokratik liderlər kimi rusofobiya nümayiş etdirmir, lakin Rusiyaya qlobal sistemin mühüm elementi kimi baxır, ABŞ-ın təhlükəsizliyini təmin etməkdən ötrü onunla əməkdaşlıq etməyi vacib bilir.“Söhbət Rusiyaya gəldikdə, Tramp, bir qayda olaraq, öz bəyanatlarında bacardığından və ya etməyə hazır olduğundan daha çox söz verib” – Puşkov vurğulayıb.Bundan əvvəl Puşkov Trampla Qrenlandiya uğrunda mübarizəsində Aİ-nin Danimarkanı meydanda tək qoyacağı barədə fikir bildirmişdi.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/0e/469994373_171:0:2902:2048_1920x0_80_0_0_d0a5d3fa6d72304ebbf6f4dff2324ec3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
donald tramp, aleksey puşkov, abş, qrenlandiya, danimarka, ai
donald tramp, aleksey puşkov, abş, qrenlandiya, danimarka, ai
Tramp rusofob deyil, lakin ABŞ-ın maraqlarını müdafiə edəcək
Tramp ABŞ-ın təhlükəsizliyini təhdid edə biləcək münaqişələrdən qaçır.
BAKI, 19 yanvar - Sputnik. ABŞ- ınyeni seçilmiş Prezidenti Donald Tramp Amerikanın təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edəcək.
Bunu Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti Komitəsinin rəhbəri Aleksey Puşkov özünün “Telegram” kanalında bildirib.
Senatorun sözlərinə görə, Trampın “Öncə ABŞ” şüarı onun həqiqi inanclarını əks etdirir. O, ABŞ-ın təhlükəsizliyini təhdid edə biləcək münaqişələrdən qaçır, lakin ölkəsinin maraqları hesab etdiyi şeyi qətiyyətlə müdafiə etməkdə qərarlıdır.
Buna əsaslanaraq, ABŞ-ın gələcək prezidenti, Puşkovun fikrincə, Rusiyaya qarşı düşmənçilik hiss etmir və keçmiş demokratik liderlər kimi rusofobiya nümayiş etdirmir, lakin Rusiyaya qlobal sistemin mühüm elementi kimi baxır, ABŞ-ın təhlükəsizliyini təmin etməkdən ötrü onunla əməkdaşlıq etməyi vacib bilir.
“Söhbət Rusiyaya gəldikdə, Tramp, bir qayda olaraq, öz bəyanatlarında bacardığından və ya etməyə hazır olduğundan daha çox söz verib” – Puşkov vurğulayıb.
Bundan əvvəl Puşkov Trampla Qrenlandiya uğrunda mübarizəsində Aİ-nin Danimarkanı meydanda tək qoyacağı barədə fikir bildirmişdi.