DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Şolts Kiyevə yeni yardımdan imtina etdikdən sonra Berbok iclası tərk edib

© AP Photo / Ebrahim NorooziAlmaniya kansleri Olaf Şolz və Almaniyanın xarici işlər naziri Annalena Baerbok
Almaniya kansleri Olaf Şolz və Almaniyanın xarici işlər naziri Annalena Baerbok - Sputnik Azərbaycan, 1920, 19.01.2025
Abunə olmaq
Şolts və Berbok arasındakı fikir ayrılıqları Almaniyada hakim koalisiyanın məhvinə səbəb olub.
BAKI, 19 yanvar - Sputnik. Almaniyanın xarici işlər naziri Annalena Berbok kansler Olaf Şoltsun Ukraynaya yeni yardım paketini blok etməsi səbəbindən Almaniya Nazirlər Kabinetinin iclasını tərk edib.
Almaniya KİV-lərinin yazdığına görə, Xarici İşlər Nazirliyinin rəhbərinin tərk etdiyi Almaniya hökumətinin iclası ötən çərşənbə günü baş tutub.
Görüş zamanı məlum olub ki, Şolts Berbok və Almaniyanın müdafiə naziri Boris Pistoriusun bir neçə aydır üzərində işlədiyi Ukraynaya 3 milyard avroluq təcili yardım paketini blok edib.
Daha əvvəl Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının rəhbəri Aleksey Puşkov bəyan etmişdi ki, Şolts və Berbok arasındakı fikir ayrılıqları Almaniyada hakim koalisiyanı tam olaraq məhv edib.
Xəbər lenti
0