https://sputnik.az/20250119/hemas-ateskes-razilasmasi-layihesinin-sertlerini-qebul-etdi-469987406.html
HƏMAS azad ediləcək girovların siyahısını İsrailə verib
HƏMAS azad ediləcək girovların siyahısını İsrailə verib
Sputnik Azərbaycan
Daha əvvəl İsrail Qəzzada planlaşdırılan atəşkəsi təxirə salaraq bildirib ki, Təl-Əviv azad ediləcək girovların siyahısını alana qədər Qəzza razılaşması... 19.01.2025, Sputnik Azərbaycan
2025-01-19T12:38+0400
2025-01-19T12:38+0400
2025-01-19T12:38+0400
həmas
dünya xəbərləri
qəzza
fələstin
əsir
atəşkəs
https://cdnn1.img.sputnik.az/img/07e9/01/0e/469987237_0:257:3072:1985_1920x0_80_0_0_e9226a23129a0dd2fe5400d64686a9a4.jpg
BAKI, 19 yanvar — Sputnik. Fələstinin radikal “HƏMAS” hərəkatı vasitəçilərə yanvarın 19-da azad ediləcək girovların siyahısını İsrailə verib.Bu barədə “Kan” telekanalı məlumat yayıb.Bildirilir ki, HƏMAS-ın bu gün israilli 3 girovu - Romy Gonen, Emily Damari və Doron Steinbrecheri azad edəcəyini açıqlayıb.İsrail siyahını aldığını hələ təsdiqləməyib.Bu arada İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir HAMAS-la sövdələşmə ilə əlaqədar istefa verdiyini açıqlayıb.İsrail Qəzzada planlaşdırılan atəşkəsi təxirə salıbQəzza zolağında planlaşdırılan atəşkəs Fələstinin “HƏMAS” hərəkatı azad ediləcək girovların siyahısını İsrailə təqdim etməyənə qədər başlamayacaq.Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindən bildirilib.“Ynet” portalının məlumatına görə, “HƏMAS” Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində bu gün mübadilə zamanı azad edilməsi planlaşdırılan girovların siyahısının İsrailə verilməsini təxirə salıb.Bu, texniki səbəblərlə əlaqələndirilir.İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin hələ də girovların siyahısını almadığını təsdiqləyib. Onun sözlərinə görə, Təl-Əviv azad ediləcək girovların siyahısını alana qədər Qəzza razılaşması çərçivəsində irəliləmək niyyətində deyil.Fələstinin “HƏMAS” hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsində azad etməyi planlaşdırdığı girovların siyahısını İsrailə təhvil vermədiyini təsdiqləyib.Müvafiq bəyanat radikalların teleqram kanalında dərc olunub. “HƏMAS atəşkəs razılaşmasının şərtlərinə əməl etdiyini təsdiqləyir, lakin qeyd edir ki, girovların siyahısının verilməsində gecikmə texniki səbəblərlə bağlıdır”, - sənəddə deyilir.14.01.25, 16:44HƏMAS atəşkəs razılaşması layihəsinin şərtlərini qəbul etdiFələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs və əsir mübadiləsinə dair razılaşmanın şərtlərini qəbul edib, lakin İsrail hələ də bunu dəyərləndirir. Bu barədə "Associated Press" agentliyi danışıqlarda iştirak edən adı açıqlanmayan iki məmura istinadən xəbər verir. "Walla" portalı bazar ertəsi məlumatlı mənbələrə istinadən qeyd edib ki, İsrail və onun vasitəçiləri Qəzza zolağında nizamlanma və girovların azad edilməsinə dair təklif olunan razlaşma layihəsi üzrə razılığa gəliblər. "Al Arabiya" telekanalı da mənbələrə istinadən xəbər verir ki, HƏMAS Qəzza zolağı ilə bağlı heç bir şərhi olmayan razlaşma layihəsinə cavab verib. Hazırda Dohada Qəzza zolağında atəşkəs və girovların azad edilməsi barədə vasitəçilər vasitəsilə danışıqlar raundu keçirilir. Söhbət mərhələli sövdələşmədən və Qəzzada girov müqabilində yüzlərlə fələstinli məhbusun İsrail həbsxanalarından azad edilməsindən gedir. 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailin cənubundakı yaşayış məntəqələrinə hücumu zamanı radikallar 250-dən çox insanı əsir götürərək Qəzza zolağına aparıblar. İsrail məlumatlarına görə, öldüyü güman edilənlər də daxil olmaqla, 98 nəfər Həmas əsirliyində saxlanılır. Müxtəlif əməliyyatlar və humanitar səylər zamanı 156 nəfər Həmas əsirliyindən geri qaytarılıb. Qadınlar, uşaqlar və qocalar da daxil olmaqla bütün girovlar 15 aydan artıqdır ki, əsirlikdə saxlanılırlar. Əsir götürülənlər arasında Rusiya vətəndaşı olan iki nəfər də var.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
qəzza
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/0e/469987237_341:0:3072:2048_1920x0_80_0_0_3f2d386d30eacc12d5de0ae2f0371f48.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
həmas, qəzza, fələstin, əsir, atəşkəs
həmas, qəzza, fələstin, əsir, atəşkəs
HƏMAS azad ediləcək girovların siyahısını İsrailə verib
Daha əvvəl İsrail Qəzzada planlaşdırılan atəşkəsi təxirə salaraq bildirib ki, Təl-Əviv azad ediləcək girovların siyahısını alana qədər Qəzza razılaşması çərçivəsində irəliləmək niyyətində deyil.
BAKI, 19 yanvar — Sputnik. Fələstinin radikal “HƏMAS” hərəkatı vasitəçilərə yanvarın 19-da azad ediləcək girovların siyahısını İsrailə verib.
Bu barədə “Kan” telekanalı məlumat yayıb.
Bildirilir ki, HƏMAS-ın bu gün israilli 3 girovu - Romy Gonen, Emily Damari və Doron Steinbrecheri azad edəcəyini açıqlayıb.
İsrail siyahını aldığını hələ təsdiqləməyib.
Bu arada İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir HAMAS-la sövdələşmə ilə əlaqədar istefa verdiyini açıqlayıb.
İsrail Qəzzada planlaşdırılan atəşkəsi təxirə salıb
Qəzza zolağında planlaşdırılan atəşkəs Fələstinin “HƏMAS” hərəkatı azad ediləcək girovların siyahısını İsrailə təqdim etməyənə qədər başlamayacaq.
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindən bildirilib.
“Ynet” portalının məlumatına görə, “HƏMAS” Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində bu gün mübadilə zamanı azad edilməsi planlaşdırılan girovların siyahısının İsrailə verilməsini təxirə salıb.
Bu, texniki səbəblərlə əlaqələndirilir.
İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin hələ də girovların siyahısını almadığını təsdiqləyib. Onun sözlərinə görə, Təl-Əviv azad ediləcək girovların siyahısını alana qədər Qəzza razılaşması çərçivəsində irəliləmək niyyətində deyil.
Fələstinin “HƏMAS” hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsində azad etməyi planlaşdırdığı girovların siyahısını İsrailə təhvil vermədiyini təsdiqləyib.
Müvafiq bəyanat radikalların teleqram kanalında dərc olunub. “HƏMAS atəşkəs razılaşmasının şərtlərinə əməl etdiyini təsdiqləyir, lakin qeyd edir ki, girovların siyahısının verilməsində gecikmə texniki səbəblərlə bağlıdır”, - sənəddə deyilir.
HƏMAS atəşkəs razılaşması layihəsinin şərtlərini qəbul etdi
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs və əsir mübadiləsinə dair razılaşmanın şərtlərini qəbul edib, lakin İsrail hələ də bunu dəyərləndirir.
Bu barədə "Associated Press" agentliyi danışıqlarda iştirak edən adı açıqlanmayan iki məmura istinadən xəbər verir.
"HƏMAS Qəzza zolağında atəşkəs və əsirlərin azad edilmədi ilə bağlı razlaşma layihəsini qəbul edib. İsrail hələ də bunu müzakirə edir", - agentliyin açıqlamasında deyilir.
"Walla" portalı bazar ertəsi məlumatlı mənbələrə istinadən qeyd edib ki, İsrail və onun vasitəçiləri Qəzza zolağında nizamlanma və girovların azad edilməsinə dair təklif olunan razlaşma layihəsi üzrə razılığa gəliblər. "Al Arabiya" telekanalı da mənbələrə istinadən xəbər verir ki, HƏMAS Qəzza zolağı ilə bağlı heç bir şərhi olmayan razlaşma layihəsinə cavab verib.
Hazırda Dohada Qəzza zolağında atəşkəs və girovların azad edilməsi barədə vasitəçilər vasitəsilə danışıqlar raundu keçirilir. Söhbət mərhələli sövdələşmədən və Qəzzada girov müqabilində yüzlərlə fələstinli məhbusun İsrail həbsxanalarından azad edilməsindən gedir.
7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailin cənubundakı yaşayış məntəqələrinə hücumu zamanı radikallar 250-dən çox insanı əsir götürərək Qəzza zolağına aparıblar. İsrail məlumatlarına görə, öldüyü güman edilənlər də daxil olmaqla, 98 nəfər Həmas əsirliyində saxlanılır. Müxtəlif əməliyyatlar və humanitar səylər zamanı 156 nəfər Həmas əsirliyindən geri qaytarılıb. Qadınlar, uşaqlar və qocalar da daxil olmaqla bütün girovlar 15 aydan artıqdır ki, əsirlikdə saxlanılırlar. Əsir götürülənlər arasında Rusiya vətəndaşı olan iki nəfər də var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.