Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

“Azərsun Holdinq”in prezidenti Abdolbari Gozal Dubayda dəfn ediləcək

© Photo : APAAbdulbari Gözəl
Abdulbari Gözəl - Sputnik Azərbaycan, 1920, 19.01.2025
Abunə olmaq
Mərhumun Bakıda da yas mərasimləri nəzərdə tutulub.
BAKI, 19 yanvar - Sputnik. Yanvarın 18-də vəfat edən “Azərsun Holdinq”in prezidenti və “Qarabağ” futbol klubunun fəxri prezidenti Abdolbari Gozalın Dubayda dəfn olunacağı bildirilir.
“Azersun Holding”in əməkdaşlarının bildirdiyinə görə, mərhumun Bakıda da yas mərasimləri nəzərdə tutulub.
İnternet resursları iş adamının Bakı ilə yanaşı Dubayda da yaşadığını bildirib. Onun uzun zamandır müalicə aldığı ciddi xəstəlikdən öldüyü bildirilir.
Gozal 23 avqust 1949-cu ildə İranın Qərbi Azərbaycan ostanının Maku şəhərində anadan olub.
18.01.25, 21:58
“Azersun Holdinq”in sahibi Abdolbari Gozal vəfat edib
Tanınmış iş adamı, “Azersun Holding”in Müşahidə Şurasının sədri Abdolbari Gozal vəfat edib. İş adamının Dubayda vəfat etdiyi bildirilir.
“Dərin hüznlə bildirmək istəyirik ki, Azərbaycan iqtisadiyyatının inkişafına verdiyi mühüm töhfələrə görə ölkə başçısı tərəfindən "Şöhrət" ordeni, "Tərəqqi" medalı, onlarla yerli və qlobal mükafatla təltif edilən xeyriyyəçi iş adamı, "Azersun Holding"in qurucusu Abdolbari Gozal vəfat edib” - “Azersun Holding”in yaydığı məlumatda deyilir.
Qeyd edək ki, Abdolbari Gozal həm də “Qarabağ” futbol klubunun fəxri prezidentidir. O, ulu öndər Heydər Əliyevin çağırışı ilə Azərbaycana gələn ilk türk iş adamlarından biri idi.
Allah rəhmət eləsin.
Xəbər lenti
0