DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniya Rusiyaya qarşı sanksiyaları dərhal ləğv etməyə çağırır

© Getty Images / picture allianceA Russian citizen
A Russian citizen - Sputnik Azərbaycan, 1920, 19.01.2025
Abunə olmaq
Lafonten həmçinin sanksiyaların beynəlxalq hüquqa zidd olduğunu da qeyd edib.
BAKI, 19 yanvar — Sputnik. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar dərhal ləğv edilməlidir.
Bunu Almaniyanın keçmiş maliyyə naziri Oskar Lafonten deyib.
"Əgər Avropada sənayeyə sahib olmaq istəyirsinizsə, Rusiyadakı xammal resursları ilə əlaqələrə ehtiyacınız var. Məhz buna görə də biz sanksiyaları dərhal ləğv etməliyik", Almaniyanın sabiq maliyyə naziri bildirib.
Lafonten konqres zamanı soruşub ki, doğrudanmı Almaniya dünya siyasətində öz maraqlarını təmsil etmək iqtidarında deyil? Almaniyanın keçmiş maliyyə naziri çıxışında həmçinin sanksiyaların beynəlxalq hüquqa zidd olduğunu da qeyd edib.
Bundan əlavə, siyasətçi vurğulayıb ki, Berlin "Şimal axını" qaz kəmərinin bərpası üçün bütün mümkün tədbirləri görməlidir. Lafontenin fikrincə, bu, təkcə Almaniyanın deyil, həm də bütün Avropanın maraqlarına uyğundur.
Bundan əvvəl Almaniyanın Saksoniya federal əyalətinin Baş naziri Mixael Kretşmer "Şimal axını"nın bərpasını zəruri adlandırıb. Siyasətçi qeyd edib ki, Almaniya "Şimal axını 1"ə hücum da daxil olmaqla, enerji qiymətləri üçün ciddi nəticələrlə "yeni asılılığa" keçib.
Xəbər lenti
0