DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"TikTok" ABŞ-dakı fəaliyyətini dondurdu

© Depositphotos.com / PrykhodovTikTok, arxiv
TikTok, arxiv - Sputnik Azərbaycan, 1920, 19.01.2025
Abunə olmaq
ABŞ-da "TikTok"un qadağan edilməsinə dair qanun qəbul edilib.
BAKI, 19 yanvar - Sputnik. "TikTok" ABŞ-dakı fəaliyyətinə son verib.
ABŞ-da mobil tətbiqə daxil olmaq istəyənlər müvafiq bildirişlə qarşılaşırlar:

"ABŞ-da "TikTok"un qadağan edilməsinə dair qanun qəbul edilib. Buna görə də siz, "TikTok"dan istifadə edə bilməzsiniz".

"ABŞ-da "TikTok"un qadağan edilməsinə dair qanun qəbul edilib. Buna görə də siz, "TikTok"dan istifadə edə bilməzsiniz".
Xidmət “App Store”da axtarış nəticələrində görünmür, “Google Play”də isə sosial şəbəkəni yükləmək mümkündür, lakin quraşdırıldıqdan sonra proqram işləmir.
Qeyd edək ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ABŞ-da qadağa ilə üzləşən “TikTok” sosial şəbəkəsini amerikalı istifadəçilər üçün qoruyub saxlamağa çalışacağını istisna etməyib.
17.01.25, 20:17
ABŞ Ali Məhkəməsi ölkədə TikTok sosial şəbəkəsinin bloklanmasına "yox" demədi
ABŞ Ali Məhkəməsi ABŞ-da TikTok sosial şəbəkəsini qadağan edən qanunu məhdudlaşdırmayıb. Bu barədə TASS ABŞ-ın ali məhkəmə orqanının dərc olunmuş qərarına istinadən xəbər yayıb.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və TikTok rəhbərləri keçən ilin sonlarında Ali Məhkəmədən Çin sosial media sahibi ByteDance-dən yanvarın 19-dək şirkəti satmağı və ya ABŞ-dakı fəaliyyətini dayandırmağı tələb edən qanunu dayandırmağı xahiş ediblər.
Məhkəmənin qərarında qeyd olunub ki, sosial şəbəkə onun 170 milyon amerikalı istifadəçisi üçün vacibdir.

"Ancaq Konqres TikTok-un məlumat toplama təcrübələri və xarici düşmənlərlə əlaqələri ilə bağlı qanuni milli təhlükəsizlik narahatlıqlarını həll etmək üçün ayrılmanın zəruri olduğunu müəyyən etdi", - hakimlər qeyd ediblər.

Qanuna görə, sosial şəbəkə Trampın andiçmə mərasimindən bir gün əvvəl satılmalı və ya bloklanmalıdır. Respublikaçı seçki kampaniyası zamanı “TikTok-u xilas edəcəyinə” söz verib.
© AP Photo / Mark HumphreyDonald Tramp, arxiv
Donald Tramp, arxiv - Sputnik Azərbaycan, 1920, 17.01.2025
Donald Tramp, arxiv
Ekspertlər deyirlər ki, Tramp yanvar ayından etibarən hər iki palatası partiya yoldaşları tərəfindən idarə olunacaq Konqresə qanunu ləğv etmək və ya Ədliyyə Departamentini onun müddəalarını yerinə yetirməməyə məcbur etmək üçün təzyiq edə bilər.
Tramp əvvəllər platformaya "isti hisslər" bəslədiyini, çünki 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərində onun gənc amerikalı istifadəçilərinin səslərinin onun qələbəsinə töhfə verdiyini bildirib.
The Washington Post-un daha əvvəl xəbər verib ki, Tramp ABŞ-da TikTok-a mümkün qadağanın qarşısını almaq üçün fərman verməyi düşünür.
Bundan əvvəl Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Lyu Penyuy TASS-a verdiyi şərhdə ABŞ-da TikTok-a mümkün qadağa ilə bağlı yaranmış vəziyyəti quldurluqla müqayisə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0