SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə, Azərbaycan və Özbəkistan XİN başçılarının Ankarada görüşü gözlənilir

© Photo : MFA AzerbaijanCeyhun Bayramov və Hakan Fidan
Ceyhun Bayramov və Hakan Fidan - Sputnik Azərbaycan, 1920, 18.01.2025
Abunə olmaq
Yanvarın 29-da Ankarada XİN başçıları ilə bərabər, Türkiyə, Azərbaycan və Özbəkistan nəqliyyat nazirlərinin də görüşü nəzərdə tutulur.
BAKI, 18 yanvar - Sputnik. Yanvarın 29-da Azərbaycan-Türkiyə-Özbəkistan formatında görüşə ev sahibliyi edəcəyik.
Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
“10 gün sonra Ankarada Türkiyə-Azərbaycan-Özbəkistan formatında görüşümüz olacaq” - nazir bildirib.
Nazir deyib ki, güclü Türkiyə güclü Azərbaycan, güclü Azərbaycan güclü Türkiyədir.
Hakan Fidan onu da bildirib ki, yanvarın 29-da Ankarada XİN başçıları ilə bərabər, Türkiyə, Azərbaycan və Özbəkistan nəqliyyat nazirlərinin də görüşü nəzərdə tutulur.
Qeyd edək ki, Hakan Fidan bu gün Azərbaycana işgüzar səfərə gəlib. O, prezident İlham Əliyev və azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb.
Görüşdən sonra Azərbaycan və Türkiyə XİN başçıları birgə mətbuat konfransı keçiriblər.
Ceyhun Bayramov və Hakan Fidan - Sputnik Azərbaycan, 1920, 18.01.2025
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Ceyhun Bayramov və Hakan Fidan birgə mətbuat konfransında nə deyiblər?
Xəbər lenti
0