https://sputnik.az/20250118/tiktok-abs-da-tetbiqi-baglamaga-hazirlasir-470000808.html
"TikTok" Ağ Ev-i hədələdi
"TikTok" Ağ Ev-i hədələdi
Sputnik Azərbaycan
Ağ Ev və Ədliyyə Nazirliyi 170 milyondan çox amerikalı üçün “TikTok”un əlçatanlığını təmin etməkdə mühüm rol oynayan xidmət təchizatçılarına lazımi aydınlıq və... 18.01.2025, Sputnik Azərbaycan
2025-01-18T22:50+0400
2025-01-18T22:50+0400
2025-01-30T17:54+0400
tiktok
dünya xəbərləri
abş
çin
rusiya
donald tramp
co bayden
https://cdnn1.img.sputnik.az/img/07e8/09/11/467474073_0:168:3072:1895_1920x0_80_0_0_7430850620124a603a0c97bff2107324.jpg
BAKI, 18 yanvar — Sputnik. “TikTok” bazar günü Cozef Bayden administrasiyası və Ədliyyə Nazirliyindən qüvvəyə minməli olan qadağa barədə daha aydın məlumat almasa, fəaliyyətini dayandırmağı planlaşdırdığını təsdiqləyib.Bu barədə servisin “X” hesabında bildirilib.“Bu gün (yanvarın 17-də – red. Report) həm Baydenin Ağ evi, həm də Ədliyyə Nazirliyi tərəfindən verilmiş bəyanatlar 170 milyondan çox amerikalı üçün “TikTok”un əlçatanlığını təmin etməkdə mühüm rol oynayan xidmət təchizatçılarına lazımi aydınlıq və zəmanətlər verə bilməyib” – şirkət açıqlayıb.Servis yanvarın 19-da ABŞ-dəki fəaliyyətini dayandıra biləcəyini vurğulayıb: “Bayden administrasiyası ən vacib xidmət təchizatçılarını təmin etmək üçün tədbirlərin tətbiq edilməyəcəyinə dair dərhal yekun bəyanat verməsə, təəssüf ki, “TikTok” yanvarın 19-da fəaliyyətini dayandırmağa məcbur olacaq”.Xatırladaq ki, daha əvvəl ABŞ Ali Məhkəməsi “TikTok”un Çinin ana şirkəti “ByteDance”ə satılmasını və ya ölkədə tamamilə qadağan edilməsini tələb edən qanunu təsdiqləmişdi.15.01.25, 16:05"TikTok" ABŞ-da tətbiqi bağlamağa hazırlaşır"TikTok" sosial şəbəkəsi yanvarın 19 ABŞ-da tətbiqi bağlamağa hazırlaşır. Məhz qeyd edilən gün müvafiq qadağa qüvvəyə minməlidir. Bu barədə "Information" portalı məlumat yayıb. "TikTok", qüvvəyə minməsi gözlənilən qadağaya uyğun olaraq, bazar günü tətbiqi bağlamağa hazırlaşır", portalda qeyd edilib. Eyni zamanda, "TikTok"un ana şirkəti "ByteDance"də "qızıl səhmə" sahib olan Çin hökuməti hələ də ABŞ bazarında qalmağın yollarını axtarır. Belə ki, Çin hakimiyyəti ABŞ-da fəaliyyəti davam etdirməyin başqa yolları olmadığı təqdirdə "TikTok"u milyarder İlon Maska satmaq variantını nəzərdən keçirir. Bundan əlavə Rusiya Dövlət Dumasının deputatı Anton Qorelkin bildirib ki, Çinin "TikTok" sosial şəbəkəsi tezliklə Rusiyaya qayıda və ölkədə tam hüquqlu işə başlaya bilər, əgər təbii ki, ölkə qaydalara düzgün əməl etsə. Bu arada məşhur bloger MrBeast (Cimmi Donaldson) "TikTok"u almaq istədiyini açıqlayıbO, "TikTok" platformasını ABŞ-də bloklanmadan xilas etmək üçün bu addımı atıb.Cimmi bu barədə "X" sosial şəbəkə hesabında qeyd edib."Yaxşı, yaxşı, mən TikTok alacağam ki, bloklanmasın" - bloger yazıb.Donaldson sonradan bildirib ki, bu paylaşımdan sonra bəzi milyarderlər ona müraciət edib."Baxın görək, bütün bunları həll edə biləcəyikmi" - o, əlavə edib.ABŞ prezidenti Co Bayden "TikTok"un ölkədə qadağan edilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb. Layihəyə əsasən platformanın sahibi olan Çin şirkəti "ByteDance" növbəti 270 gün ərzində ölkə ərazisində biznesini satmasa, "TikTok" bloklanacaq.ABŞ-nin yeni seçilən prezidenti Donald Tramp isə Ali Məhkəməni qadağanın tətbiqini təxirə salmağa çağırıb ki, vəzifəyə gəldikdən sonra bu məsələni həll edə bilsin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/11/467474073_0:0:2732:2048_1920x0_80_0_0_e135e466e89033046a0e360646c7d92e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tiktok, abş, çin, rusiya, donald tramp, co bayden
tiktok, abş, çin, rusiya, donald tramp, co bayden
"TikTok" Ağ Ev-i hədələdi
22:50 18.01.2025 (Yenilənib: 17:54 30.01.2025) Ağ Ev və Ədliyyə Nazirliyi 170 milyondan çox amerikalı üçün “TikTok”un əlçatanlığını təmin etməkdə mühüm rol oynayan xidmət təchizatçılarına lazımi aydınlıq və zəmanətlər verə bilməyib.
BAKI, 18 yanvar — Sputnik. “TikTok” bazar günü Cozef Bayden administrasiyası və Ədliyyə Nazirliyindən qüvvəyə minməli olan qadağa barədə daha aydın məlumat almasa, fəaliyyətini dayandırmağı planlaşdırdığını təsdiqləyib.
Bu barədə servisin “X” hesabında bildirilib.
“Bu gün (yanvarın 17-də – red. Report) həm Baydenin Ağ evi, həm də Ədliyyə Nazirliyi tərəfindən verilmiş bəyanatlar 170 milyondan çox amerikalı üçün “TikTok”un əlçatanlığını təmin etməkdə mühüm rol oynayan xidmət təchizatçılarına lazımi aydınlıq və zəmanətlər verə bilməyib” – şirkət açıqlayıb.
Servis yanvarın 19-da ABŞ-dəki fəaliyyətini dayandıra biləcəyini vurğulayıb: “Bayden administrasiyası ən vacib xidmət təchizatçılarını təmin etmək üçün tədbirlərin tətbiq edilməyəcəyinə dair dərhal yekun bəyanat verməsə, təəssüf ki, “TikTok” yanvarın 19-da fəaliyyətini dayandırmağa məcbur olacaq”.
Xatırladaq ki, daha əvvəl ABŞ Ali Məhkəməsi “TikTok”un Çinin ana şirkəti “ByteDance”ə satılmasını və ya ölkədə tamamilə qadağan edilməsini tələb edən qanunu təsdiqləmişdi.
"TikTok" ABŞ-da tətbiqi bağlamağa hazırlaşır
"TikTok" sosial şəbəkəsi yanvarın 19 ABŞ-da tətbiqi bağlamağa hazırlaşır. Məhz qeyd edilən gün müvafiq qadağa qüvvəyə minməlidir.
Bu barədə "Information" portalı məlumat yayıb.
"TikTok", qüvvəyə minməsi gözlənilən qadağaya uyğun olaraq, bazar günü tətbiqi bağlamağa hazırlaşır", portalda qeyd edilib.
Eyni zamanda, "TikTok"un ana şirkəti "ByteDance"də "qızıl səhmə" sahib olan Çin hökuməti hələ də ABŞ bazarında qalmağın yollarını axtarır. Belə ki, Çin hakimiyyəti ABŞ-da fəaliyyəti davam etdirməyin başqa yolları olmadığı təqdirdə "TikTok"u milyarder İlon Maska satmaq variantını nəzərdən keçirir.
Bundan əlavə Rusiya Dövlət Dumasının deputatı Anton Qorelkin bildirib ki, Çinin "TikTok" sosial şəbəkəsi tezliklə Rusiyaya qayıda və ölkədə tam hüquqlu işə başlaya bilər, əgər təbii ki, ölkə qaydalara düzgün əməl etsə.
Bu arada məşhur bloger MrBeast (Cimmi Donaldson) "TikTok"u almaq istədiyini açıqlayıb
O, "TikTok" platformasını ABŞ-də bloklanmadan xilas etmək üçün bu addımı atıb.
Cimmi bu barədə "X" sosial şəbəkə hesabında qeyd edib.
"Yaxşı, yaxşı, mən TikTok alacağam ki, bloklanmasın" - bloger yazıb.
Donaldson sonradan bildirib ki, bu paylaşımdan sonra bəzi milyarderlər ona müraciət edib.
"Baxın görək, bütün bunları həll edə biləcəyikmi" - o, əlavə edib.
ABŞ prezidenti Co Bayden "TikTok"un ölkədə qadağan edilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb. Layihəyə əsasən platformanın sahibi olan Çin şirkəti "ByteDance" növbəti 270 gün ərzində ölkə ərazisində biznesini satmasa, "TikTok" bloklanacaq.
ABŞ-nin yeni seçilən prezidenti Donald Tramp isə Ali Məhkəməni qadağanın tətbiqini təxirə salmağa çağırıb ki, vəzifəyə gəldikdən sonra bu məsələni həll edə bilsin.