DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qrenlandiya ABŞ-ın bir hissəsi olmaq istəmir, lakin əməkdaşlığa hazırdır - Baş nazir

© Getty Images / NurPhotoGreenland
Greenland - Sputnik Azərbaycan, 1920, 18.01.2025
Abunə olmaq
ABŞ ordusunun Avropadakı keçmiş komandiri bildirib ki, Trampın hətta zarafatla dedikləri bütün dünyada sensasiyaya səbəb olur.
BAKI, 18 yanvar — Sputnik. Qrenlandiyanın Baş naziri Mute Egede adanın ABŞ-ın bir hissəsi olmaq istəmədiyini, lakin əməkdaşlığa etməyə hazır olduğunu söyləyib. Bu barədə "Fox News" telekanalı nazirin sözlərinə istinadən xəbər verib.

"Biz nə amerikalı, nə də ABŞ-ın bir hissəsi olmaq istəmirik, lakin ABŞ-la güclü əməkdaşlıq etməyə hazırıq", - Egede bildirib.

Bundan əvvəl ABŞ ordusunun Avropadakı keçmiş komandiri, general Ben Hodces ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın Qrenlandiyanın ilhaqı ilə bağlı açıqlamalarının "tamamilə faydasız" olduğunu və Kreml üçün hədiyyə olduğunu söyləyib.
Hodcesin fikrincə, Trampın hətta zarafatla dedikləri bütün dünyada sensasiyaya səbəb olur. O, yaxın gələcəkdə seçilmiş prezidentin "seçki kampaniyası rejimi"ndən hökumət rejiminə keçəcəyinə ümid etdiyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Donald Tramp, arxiv - Sputnik Azərbaycan, 1920, 16.01.2025
DÜNYA XƏBƏRLƏRİ
Trampla Qrenlandiya uğrunda mübarizəsində Aİ Danimarkanı meydanda tək qoyacaq
Xəbər lenti
0