DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Professor Avropa İttifaqının xarici işlər nazirini Hitlerlə müqayisə edib

© AP Photo / Matthias SchraderHitler
Hitler - Sputnik Azərbaycan, 1920, 18.01.2025
Abunə olmaq
Dizen qeyd edib ki, Rusiyanın zəifliyi ilə bağlı iddialara baxmayaraq, o, hazırda əhəmiyyətli güc nümayiş etdirir və güc baxımından həm Çini, həm də ABŞ-ı üstələyir.
BAKI, 18 yanvar — Sputnik. Aygün Bünyadzadə
Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen Rusiyanın imkanları ilə bağlı bəyanatını şərh edərkən Avropa İttifaqının xarici işlər naziri Kay Kallası tənqid edib.
Bu barədə o, özünün X* platformasındakı yazısında fikrini bildirib.
"Rusiyanın dünyanın ən güclü gücü olması ABŞ-ın maraqlarına uyğun deyil" – Dizen Kallasdan sitat gətirib.
Dizen qeyd edib ki, Rusiyanın zəifliyi ilə bağlı iddialara baxmayaraq, o, hazırda əhəmiyyətli güc nümayiş etdirir və güc baxımından həm Çini, həm də ABŞ-ı üstələyir. O, tarixi paralel apararaq, Hitlerin yəhudiləri məsxərəyə qoyarkən, eyni zamanda onları sivilizasiyanı təhdid edən güclü qüvvə kimi qəbul etdiyini xatırladıb.
Bundan əvvəl professor Tuomas Malinen Kay Kallası xəyali Rusiya təhlükəsini şişirtməkdə günahlandırmışdı. Belə ki, Avropa diplomatiyasının rəhbəri bildirib ki, Avropa "Rusiya Federasiyasından gələn hibrid təhdidlərə" qarşı birləşməlidir.
* X sosial şəbəkəsi (keçmiş Twitter) Rusiya Federasiyasında bloklanıb
Xəbər lenti
0