https://sputnik.az/20250118/hindistan-ve-rusiya-putinin-yeni-dehliye-seferinin-tarixlerini-razilasdirirlar---xn-470060003.html
Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - XİN
Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - XİN
Sputnik Azərbaycan
Hindistan liderinin Moskvaya səfəri 2024-cü ilin iyulunda baş tutub və səfər çərçivəsində Modi Putini Hindistana dəvət edib. 18.01.2025, Sputnik Azərbaycan
2025-01-18T17:15+0400
2025-01-18T17:15+0400
2025-01-18T16:43+0400
hindistan
rusiya
rusiya prezidenti vladimir putin
səfər
yeni dehli
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/11/459666819_0:0:2840:1599_1920x0_80_0_0_c337967de1747bec443be1f61880c211.jpg
BAKI, 18 yanvar — Sputnik. Hindistan və Rusiya iki ölkə liderlərinin illik sammiti üçün Vladimir Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar. Bunu Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysval brifinqdə deyib. Bu yaxınlarda Caysval xatırladıb ki, iki ölkə liderlərinin sonuncu illik sammiti Moskvada keçirilib. Sammit çərçivəsində Hindistanın Baş naziri Narendra Modi Moskvaya səfər edib. Bu ilin sammiti isə Yeni Dehlidə keçiriləcək. Xatırladaq ki, Modinin Moskvaya səfəri 2024-cü ilin iyulunda baş tutub. Səfər çərçivəsində, xüsusən də XXII Rusiya-Hindistan illik sammiti keçirilib. Bundan sonra Modi Putini Hindistana dəvət edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/11/459666819_0:0:2732:2048_1920x0_80_0_0_7f23a6b9027a7be6dd79ced4ce6fd112.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hindistan, rusiya prezidenti vladimir putin, səfər, yeni dehli
hindistan, rusiya prezidenti vladimir putin, səfər, yeni dehli
Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - XİN
Hindistan liderinin Moskvaya səfəri 2024-cü ilin iyulunda baş tutub və səfər çərçivəsində Modi Putini Hindistana dəvət edib.
BAKI, 18 yanvar — Sputnik. Hindistan və Rusiya iki ölkə liderlərinin illik sammiti üçün Vladimir Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar.
Bunu Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysval brifinqdə deyib.
"Hər il praktikada olduğu kimi, bu il də biz Hindistanda illik sammit keçirməliyik. Bizim Rusiya ilə illik sammitimiz var, hansı ki, bir dəfə Moskvada və ya Rusiyanın hər hansı bir şəhərində, növbəti il isə Hindistanda keçirilir. Ona görə də bu il biz görüşü təşkil etməliyik. Sammitin tarixləri xüsusi kanallar vasitəsilə razılaşdırılacaq və bu tarix tam aydın olanda, biz sizə bu barədə məlumat verəcəyik", - Hindistan XİN-in sözçüsü bildirib.
Bu yaxınlarda Caysval xatırladıb ki, iki ölkə liderlərinin sonuncu illik sammiti Moskvada keçirilib. Sammit çərçivəsində Hindistanın Baş naziri Narendra Modi Moskvaya səfər edib. Bu ilin sammiti isə Yeni Dehlidə keçiriləcək.
Xatırladaq ki, Modinin Moskvaya səfəri 2024-cü ilin iyulunda baş tutub. Səfər çərçivəsində, xüsusən də XXII Rusiya-Hindistan illik sammiti keçirilib. Bundan sonra Modi Putini Hindistana dəvət edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.