https://sputnik.az/20250118/hakan-fidan-azerbaycana-gelir-470051644.html
Prezident İlham Əliyev Türkiyə XİN başçısı Hakan Fidanı qəbul edib
Prezident İlham Əliyev Türkiyə XİN başçısı Hakan Fidanı qəbul edib
Sputnik Azərbaycan
Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 18.01.2025, Sputnik Azərbaycan
2025-01-18T11:49+0400
2025-01-18T11:49+0400
2025-01-18T12:09+0400
hakan fidan
azərbaycan xəbərləri
azərbaycan
səfər
https://cdnn1.img.sputnik.az/img/07e9/01/12/470078592_0:67:924:586_1920x0_80_0_0_a0c95956e26959f488a49b107411cf39.jpg
BAKI, 18 yanvar — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin siyasi, iqtisadi və bütün digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.***Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıya gəlib.Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.Hakan Fidanın səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulub.Görüşlərdə Azərbaycan və Türkiyə arasında siyasi, hərbi, iqtisadi, ticarət, nəqliyyat və enerji məsələlərinin müzakirə ediləcəyi gözlənilir.***Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Azərbaycana işgüzar səfər edəcək. Səfər zamanı onun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşü gözlənilir. Nazirlər ikitərəfli siyasi, hərbi, iqtisadi, ticarət, nəqliyyat və bu çərçivədə iki ölkə arasında ümumi ticarətin 15 milyard ABŞ dollarına çatması üçün atılacaq addımları müzakirə edəcəklər. Həmçinin, Türkiyənin xarici işlər naziri azərbaycanlı həmkarı ilə Azərbaycan və Ermənistan arasında sülh prosesi, eləcə də Suriya, Qəzza zolağı və Ukraynada baş verənlər kimi regional və qlobal məsələlərlə bağlı da fikir mübadiləsi aparacaq. “Səfər zamanı Fidan Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul olunacaq.Ötən gün Türkiyə XİN Hakan Fidanın Azərbaycana səfəri öncəsi açıqlama yayıb.Orada qeyd olunur ki, Azərbaycanla çoxşaxəli və strateji səviyyədə inkişaf edən əlaqələr 2010-cu ildə ölkə başçıları səviyyəsində "Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası" mexanizminin təsis olunması ilə zirvəyə çatdırılıb. Şuşa Bəyannaməsi ilə isə əlaqələr müttəfiqlik səviyyəsinə yüksəlib. Əlaqələrin gücləndirilməsində yüksəksəviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. Həmçinin qeyd olunub ki, Azərbaycanın 30 ildən artıq işğal altında qalan torpaqlarında tam suverenliyini 2023-cü ildə bərpa etməsi ilə Cənubi Qafqazda davamlı sülh, sabitlik və regional rifah üçün yaranmış tarixi fürsətin qiymətləndirilməsi istiqamətində səylər sürətlənib:"Türkiyə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını və yaxşı qonşuluq münasibətlərinin qurulmasını arzulayır".Bildirilib ki, Türkiyə Azərbaycanda qeyri-neft sektorlarına ən çox investisiya qoyan ölkədir və birbaşa investisiyalarının ümumi məbləği 17 milyard ABŞ dollarını ötüb. Azərbaycandan isə Türkiyəyə 21 milyard ABŞ dolları dəyərində investisiya qoyulub.17.01.25, 17:19Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 18-i Azərbaycana səfər edəcək və digər məsələlərlə yanaşı, Ukraynadakı vəziyyəti də müzakirə edəcək. Bu barədə RİA Novosti Türkiyə XİN-dəki diplomatik mənbəsinə istinadən məlumat yayıb. Agentliyin mənbəsinin məlumatına görə, Türkiyənin xarici işlər naziri azərbaycanlı həmkarı ilə Azərbaycan və Ermənistan arasında sülh prosesi, həmçinin Suriya, Qəzza zolağı və Ukraynada baş verən hadisələr kimi regional və qlobal məsələlər ətrafında da fikir mübadiləsi aparacaq. "Səfər zamanı xarici işlər naziri Fidan Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul olunacaq", - mənbə bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/12/470078592_48:0:888:630_1920x0_80_0_0_8cb41900a2c6dfab180cf3b80f43baed.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hakan fidan, azərbaycan, səfər
hakan fidan, azərbaycan, səfər
Prezident İlham Əliyev Türkiyə XİN başçısı Hakan Fidanı qəbul edib
11:49 18.01.2025 (Yenilənib: 12:09 18.01.2025) Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
BAKI, 18 yanvar — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin siyasi, iqtisadi və bütün digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıya gəlib.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Hakan Fidanın səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulub.
Görüşlərdə Azərbaycan və Türkiyə arasında siyasi, hərbi, iqtisadi, ticarət, nəqliyyat və enerji məsələlərinin müzakirə ediləcəyi gözlənilir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Azərbaycana işgüzar səfər edəcək.
Səfər zamanı onun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşü gözlənilir. Nazirlər ikitərəfli siyasi, hərbi, iqtisadi, ticarət, nəqliyyat və bu çərçivədə iki ölkə arasında ümumi ticarətin 15 milyard ABŞ dollarına çatması üçün atılacaq addımları müzakirə edəcəklər.
Həmçinin, Türkiyənin xarici işlər naziri azərbaycanlı həmkarı ilə Azərbaycan və Ermənistan arasında sülh prosesi, eləcə də Suriya, Qəzza zolağı və Ukraynada baş verənlər kimi regional və qlobal məsələlərlə bağlı da fikir mübadiləsi aparacaq.
“Səfər zamanı Fidan Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul olunacaq.
Ötən gün Türkiyə XİN Hakan Fidanın Azərbaycana səfəri öncəsi açıqlama yayıb.
Orada qeyd olunur ki, Azərbaycanla çoxşaxəli və strateji səviyyədə inkişaf edən əlaqələr 2010-cu ildə ölkə başçıları səviyyəsində "Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası" mexanizminin təsis olunması ilə zirvəyə çatdırılıb. Şuşa Bəyannaməsi ilə isə əlaqələr müttəfiqlik səviyyəsinə yüksəlib. Əlaqələrin gücləndirilməsində yüksəksəviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var.
"Türkiyə və Azərbaycan üçtərəfli və dördtərəfli əməkdaşlıq mexanizmləri ilə yanaşı, 3+3 regional əməkdaşlıq platforması və Türk Dövlətləri Təşkilatı kimi çoxşaxəli platformalar vasitəsilə də regional sabitlik, sülh və rifaha töhfə verməkdədir" - açıqlamada deyilir.
Həmçinin qeyd olunub ki, Azərbaycanın 30 ildən artıq işğal altında qalan torpaqlarında tam suverenliyini 2023-cü ildə bərpa etməsi ilə Cənubi Qafqazda davamlı sülh, sabitlik və regional rifah üçün yaranmış tarixi fürsətin qiymətləndirilməsi istiqamətində səylər sürətlənib:
"Türkiyə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını və yaxşı qonşuluq münasibətlərinin qurulmasını arzulayır".
Bildirilib ki, Türkiyə Azərbaycanda qeyri-neft sektorlarına ən çox investisiya qoyan ölkədir və birbaşa investisiyalarının ümumi məbləği 17 milyard ABŞ dollarını ötüb. Azərbaycandan isə Türkiyəyə 21 milyard ABŞ dolları dəyərində investisiya qoyulub.
Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 18-i Azərbaycana səfər edəcək və digər məsələlərlə yanaşı, Ukraynadakı vəziyyəti də müzakirə edəcək. Bu barədə RİA Novosti Türkiyə XİN-dəki diplomatik mənbəsinə istinadən məlumat yayıb.
"Xarici işlər naziri Hakan Fidan 2024-cü il yanvarın 18-də Azərbaycana işgüzar səfərə gələcək. Fidanın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü gözlənilir. Danışıqlar zamanı ikitərəfli siyasi, hərbi, iqtisadi, ticarət, nəqliyyat və enerji məsələləri müzakirə olunacaq. Bu çərçivədə iki ölkə arasında ümumi ticarət həcminin 15 milyard ABŞ dollarına çatması üçün atılacaq addımların, eləcə də bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün görülməli olan işlərin müzakirəsi planlaşdırılır", - mənbə bildirib.
Agentliyin mənbəsinin məlumatına görə, Türkiyənin xarici işlər naziri azərbaycanlı həmkarı ilə Azərbaycan və Ermənistan arasında sülh prosesi, həmçinin Suriya, Qəzza zolağı və Ukraynada baş verən hadisələr kimi regional və qlobal məsələlər ətrafında da fikir mübadiləsi aparacaq.
"Səfər zamanı xarici işlər naziri Fidan Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul olunacaq", - mənbə bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.