https://sputnik.az/20250117/xxi-esrin-quldurlari-rusiya-tehlukesi-yeni-seviyyeye-catib-470046178.html
XXI əsrin quldurları: "Rusiya təhlükəsi" yeni səviyyəyə çatıb
XXI əsrin quldurları: "Rusiya təhlükəsi" yeni səviyyəyə çatıb
Sputnik Azərbaycan
Kollektiv Qərb Dünya okeanını tam nəzarətə götürmək istəyir ki, bu da Dünyada yeni qarşıdurmanın başlanmasından xəbər verir. 17.01.2025, Sputnik Azərbaycan
2025-01-17T18:08+0400
2025-01-17T18:08+0400
2025-01-17T18:08+0400
rusiya
yazarlar
sualtı qayıq
isveç
nato
finlandiya
ukrayna
qərb
baltikyanı
enerji
https://cdnn1.img.sputnik.az/img/07e8/08/10/466738423_0:117:3225:1931_1920x0_80_0_0_d9ed1ccb7d7b1e695b7f6e3a1ba6d164.jpg
Aleksandr Nosoviç, Nadir ŞəfiyevSon 70 ildə hər nəsildə hər bir isveçlinin ən azı bir dostu və ya dostunun dostu "rus sualtı qayığını görüb". İsveçdə bu milli fenomen haqqında kitablar yazılıb. "Rus sualtı qayığını görmək" orda mədəni kodun bir hissəsidir. Damda yaşayan Carlson kimi. Yalnız böyüklərin fantaziyaları, uşaqlardan fərqli olaraq, real beynəlxalq nəticələrə gətirə bilər. Beləliklə, isveçlilərin kütləvi şüurundakı rus sualtı qayığının fantomu İsveçin niyə iki yüz illik neytrallığından bu qədər asanlıqla imtina etməsini və ABŞ-ın onu NATO-ya cəlb etmək istəyinə uymasını izah edir. Fobiyalar, miflər, vəsvəsələr - bütün bunlar reallığı formalaşdırır və onu dəyişməyə kömək edir. Bu məqsədlə miflərdən yalnız istifadə edilmir. Onlar həm də icad olunur. Məsələn, Baltikyanı ölkələrin Avropaya inteqrasiyasından sonra onlar Avropa İttifaqının deyil, Rusiya və Belarusun ümumi enerji sisteminin bir hissəsi oldu. Bununla da Baltikyanı ölkələr Aİ-nin bu statusda olan yeganə enerji adasıa çevrildilər. Vəziyyəti düzəltmək üçün Baltikyanı ölkələri Polşa və Skandinaviya ilə birləşdirən elektrik kabelləri çəkildi. Bu elektrik kabelləri müntəzəm olaraq qırılır. Məsələn, Litva ilə İsveç arasında Baltik dənizinin dibi ilə çəkilmiş Nord Balt elektrik kabeli təkcə 2016-cı ildə səkkiz dəfə sıradan çıxıb. Son vaxtlara qədər elektrik naqillərinin niyə vaxtaşırı sıradan çıxdığını soruşmaq heç kimin ağlına gəlmirdi. Texniki nasazlıq versiyası standart izaha çevrilib. Hətta Rusiya ilə münasibətlərin getdikcə pisləşməsi fonunda belə, heç kim xəttlərin sıradan çıxmasında "Moskvanın əlinin" olmasından şübhələnmirdi. Amma keçən ildən bəri Baltikyanı ölkələrdə kabellərin qırılma səbəblərinin axtarışına başlayıblar. Bunu da onunla izah edirlər ki, guya kabellər xarici təsir olmadan sıradan çıxa bilməz. Və əlbəttə ki belə olan halda, Rusiyanın da bu işə əl qoyduğu versiyası əsas fərziyyələr sırasında səsləndirilir. Amma belə olmaya da bilər, çünki Rusiya təxribatının heç bir faktı, əlaməti və hətta sübutu belə yoxdur. Yerli siyasətçilərin Baltikyanı enerji problemlərinin səbəblərinə göz açmasının əsas səbəbi göz qabağındadır və Rusiya üçün xüsusi narahatedici olmamalıdır. Gələn ay Baltikyanı ölkələr Rusiya və Belarusla ümumi enerji sistemi olan BRELL-dən çıxmağa söz verirlər. Əgər indiyə qədər ehtiyat infrastruktur olduğu üçün elektrik kabellərində yaranan nasazlıqlar istehlakçılara təsir etmirdisə, fevral ayından etibarən litvalılar, latviyalılar və estoniyalılar müntəzəm olaraq işıqsız qalacaqlar. Bu vəziyyəti seçicilərə birtəhər izah etmək lazım gələcək. Amma hakimiyyət bunu öz axmaqlığı, səriştəsizliyi, tutduqları vəzifələrə uyğun olmaması ilə izah edə bilməz axı. Odur ki standart çıxış yolu müəyyən edilir: hər şeydə mifik rus əlinin olduğunu söyləmək. Özü də bu dəfə həmin əlin suyun altında olması şərti ilə. Daha bir və ən ciddi sual: niyə digər NATO ölkələri də bu oyuna qoşulub, və rusofobiya yolu ilə daxili problemləri həll etməkdə Baltikyanı həmkarlarına yardım edirlər? Axı, uşaqlığın şıltaqlıqları artıq böyüklər üçün ciddi nəticələr verməyə başlayıb. NATO "kritik sualtı infrastrukturu qorumaq" üçün Baltikyanı hərbi təmsilçiliyini artırıb və alyansın qərargahı dəniz bölgəsində patrul üçün "Baltik keşikçisi" əməliyyatına başlayıb. Avropa İttifaqı "Rusiya Federasiyasının kölgə donanması"na qarşı sanksiyalar tətbiq edir: guya Rusiyaya məxsus olmayan bayraqlar altında üzən rus ticarət gəmiləri sanksiya altında olan malları daşıyır və yol üstü sualtı kabelləri kəsirlər. Yəni, sözün əsl mənasında "uçan ruslara" qarşı sanksiyalar tətbiq edirlər. Ən əsası isə, Fin körfəzində Rusiya gəmilərinin qarşısını almaq imkanından danışmaq üçün növbəti bəhanə tapılıb. Yəni, Rusiyanın Baltik dənizinə çıxışından məhrum edilməsi və Kalininqrad vilayətinin su ilə blokadaya alınması haqqında. Məntiqlə bütün təlaşın qaynaqlandığı səbəb də elə budur. Ancaq söhbət heç Fin körfəzi, Kalininqrad bölgəsi və Baltik dənizindən də getmir. Məsələ ondadır ki, Dünya okeanı artıq neytral məkan deyil. Qlobal hökmranlığını bərpa etmək istəyən Qərb dünya ticarətinə nəzarət etməli və bunun üçün dəniz ticarət yollarını nəzarətə götürməlidir. Ona görə də NATO ölkələri XXI əsrin gələcək korsarlarıdır. Dəniz naviqasiyası təkcə Somali sahillərində deyil, bütün okeanlarda təhlükəli olacaq və getdikcə daha çox hərbiləşəcək. Rusiya bu ecazkar yeni dünyanın gəlməsinə hazırdırmı? Bu sualın cavabı bir sütunun deyil, analitik hesabatların və kitabların mövzusudur. Amma məsələ ilə bağlı təkcə onu xatırlatmaq kifayətdir ki, ötən il Rusiya Federasiyası Prezidenti yanında Dəniz siyasəti idarəsi yaradılıb. Bu cür institusional qərarlar fərdi kadr təyinatlarından daha çox şey deməkdir. Rusiya fəal şəkildə Qərblə münasibətlərinin növbəti mərhələsinə – Ukraynadan sonrakı və ya meta-Ukrayna mərhələsinə hazırlaşır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
belarus
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/10/466738423_248:0:2979:2048_1920x0_80_0_0_2deb460f839a225c9608a3e003ab0dfa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, sualtı qayıq, isveç, nato, finlandiya, ukrayna, qərb, baltikyanı, enerji, belarus, abş, fobiya, dəniz
rusiya, sualtı qayıq, isveç, nato, finlandiya, ukrayna, qərb, baltikyanı, enerji, belarus, abş, fobiya, dəniz
XXI əsrin quldurları: "Rusiya təhlükəsi" yeni səviyyəyə çatıb
Kollektiv Qərb Dünya okeanını tam nəzarətə götürmək istəyir ki, bu da Dünyada yeni qarşıdurmanın başlanmasından xəbər verir.
Aleksandr Nosoviç, Nadir Şəfiyev
Son 70 ildə hər nəsildə hər bir isveçlinin ən azı bir dostu və ya dostunun dostu "rus sualtı qayığını görüb". İsveçdə bu milli fenomen haqqında kitablar yazılıb. "Rus sualtı qayığını görmək" orda mədəni kodun bir hissəsidir. Damda yaşayan Carlson kimi.
Yalnız böyüklərin fantaziyaları, uşaqlardan fərqli olaraq, real beynəlxalq nəticələrə gətirə bilər. Beləliklə, isveçlilərin kütləvi şüurundakı rus sualtı qayığının fantomu İsveçin niyə iki yüz illik neytrallığından bu qədər asanlıqla imtina etməsini və ABŞ-ın onu NATO-ya cəlb etmək istəyinə uymasını izah edir. Fobiyalar, miflər, vəsvəsələr - bütün bunlar reallığı formalaşdırır və onu dəyişməyə kömək edir. Bu məqsədlə miflərdən yalnız istifadə edilmir. Onlar həm də icad olunur.
Məsələn, Baltikyanı ölkələrin Avropaya inteqrasiyasından sonra onlar Avropa İttifaqının deyil, Rusiya və Belarusun ümumi enerji sisteminin bir hissəsi oldu. Bununla da Baltikyanı ölkələr Aİ-nin bu statusda olan yeganə enerji adasıa çevrildilər. Vəziyyəti düzəltmək üçün Baltikyanı ölkələri Polşa və Skandinaviya ilə birləşdirən elektrik kabelləri çəkildi. Bu elektrik kabelləri müntəzəm olaraq qırılır. Məsələn, Litva ilə İsveç arasında Baltik dənizinin dibi ilə çəkilmiş Nord Balt elektrik kabeli təkcə 2016-cı ildə səkkiz dəfə sıradan çıxıb.
Son vaxtlara qədər elektrik naqillərinin niyə vaxtaşırı sıradan çıxdığını soruşmaq heç kimin ağlına gəlmirdi. Texniki nasazlıq versiyası standart izaha çevrilib. Hətta Rusiya ilə münasibətlərin getdikcə pisləşməsi fonunda belə, heç kim xəttlərin sıradan çıxmasında "Moskvanın əlinin" olmasından şübhələnmirdi. Amma keçən ildən bəri Baltikyanı ölkələrdə kabellərin qırılma səbəblərinin axtarışına başlayıblar. Bunu da onunla izah edirlər ki, guya kabellər xarici təsir olmadan sıradan çıxa bilməz. Və əlbəttə ki belə olan halda, Rusiyanın da bu işə əl qoyduğu versiyası əsas fərziyyələr sırasında səsləndirilir. Amma belə olmaya da bilər, çünki Rusiya təxribatının heç bir faktı, əlaməti və hətta sübutu belə yoxdur.
Yerli siyasətçilərin Baltikyanı enerji problemlərinin səbəblərinə göz açmasının əsas səbəbi göz qabağındadır və Rusiya üçün xüsusi narahatedici olmamalıdır. Gələn ay Baltikyanı ölkələr Rusiya və Belarusla ümumi enerji sistemi olan BRELL-dən çıxmağa söz verirlər. Əgər indiyə qədər ehtiyat infrastruktur olduğu üçün elektrik kabellərində yaranan nasazlıqlar istehlakçılara təsir etmirdisə, fevral ayından etibarən litvalılar, latviyalılar və estoniyalılar müntəzəm olaraq işıqsız qalacaqlar. Bu vəziyyəti seçicilərə birtəhər izah etmək lazım gələcək. Amma hakimiyyət bunu öz axmaqlığı, səriştəsizliyi, tutduqları vəzifələrə uyğun olmaması ilə izah edə bilməz axı. Odur ki standart çıxış yolu müəyyən edilir: hər şeydə mifik rus əlinin olduğunu söyləmək. Özü də bu dəfə həmin əlin suyun altında olması şərti ilə.
Daha bir və ən ciddi sual: niyə digər NATO ölkələri də bu oyuna qoşulub, və rusofobiya yolu ilə daxili problemləri həll etməkdə Baltikyanı həmkarlarına yardım edirlər? Axı, uşaqlığın şıltaqlıqları artıq böyüklər üçün ciddi nəticələr verməyə başlayıb. NATO "kritik sualtı infrastrukturu qorumaq" üçün Baltikyanı hərbi təmsilçiliyini artırıb və alyansın qərargahı dəniz bölgəsində patrul üçün "Baltik keşikçisi" əməliyyatına başlayıb. Avropa İttifaqı "Rusiya Federasiyasının kölgə donanması"na qarşı sanksiyalar tətbiq edir: guya Rusiyaya məxsus olmayan bayraqlar altında üzən rus ticarət gəmiləri sanksiya altında olan malları daşıyır və yol üstü sualtı kabelləri kəsirlər. Yəni, sözün əsl mənasında "uçan ruslara" qarşı sanksiyalar tətbiq edirlər.
Ən əsası isə, Fin körfəzində Rusiya gəmilərinin qarşısını almaq imkanından danışmaq üçün növbəti bəhanə tapılıb. Yəni, Rusiyanın Baltik dənizinə çıxışından məhrum edilməsi və Kalininqrad vilayətinin su ilə blokadaya alınması haqqında. Məntiqlə bütün təlaşın qaynaqlandığı səbəb də elə budur.
Ancaq söhbət heç Fin körfəzi, Kalininqrad bölgəsi və Baltik dənizindən də getmir. Məsələ ondadır ki, Dünya okeanı artıq neytral məkan deyil. Qlobal hökmranlığını bərpa etmək istəyən Qərb dünya ticarətinə nəzarət etməli və bunun üçün dəniz ticarət yollarını nəzarətə götürməlidir. Ona görə də NATO ölkələri XXI əsrin gələcək korsarlarıdır. Dəniz naviqasiyası təkcə Somali sahillərində deyil, bütün okeanlarda təhlükəli olacaq və getdikcə daha çox hərbiləşəcək.
Rusiya bu ecazkar yeni dünyanın gəlməsinə hazırdırmı? Bu sualın cavabı bir sütunun deyil, analitik hesabatların və kitabların mövzusudur. Amma məsələ ilə bağlı təkcə onu xatırlatmaq kifayətdir ki, ötən il Rusiya Federasiyası Prezidenti yanında Dəniz siyasəti idarəsi yaradılıb. Bu cür institusional qərarlar fərdi kadr təyinatlarından daha çox şey deməkdir. Rusiya fəal şəkildə Qərblə münasibətlərinin növbəti mərhələsinə – Ukraynadan sonrakı və ya meta-Ukrayna mərhələsinə hazırlaşır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.