https://sputnik.az/20250117/trampin-qrenlandiyani-ele-kecirmesi-planeti-felaketle-tehdid-edir-470026885.html
Trampın Qrenlandiyanı ələ keçirməsi planeti fəlakətlə təhdid edir
Trampın Qrenlandiyanı ələ keçirməsi planeti fəlakətlə təhdid edir
Sputnik Azərbaycan
Ekoloqlar Trampın Qrenlandiya planlarına görə həyəcan təbili çalırlar. 17.01.2025, Sputnik Azərbaycan
2025-01-17T10:26+0400
2025-01-17T10:26+0400
2025-01-17T10:26+0400
tramp
dünya xəbərləri
qrenlandiya
https://cdnn1.img.sputnik.az/img/07e9/01/0e/469994373_0:160:3072:1888_1920x0_80_0_0_41b8f3c6b49cd4b5eb920f10eadbbf1c.jpg
BAKI, 17 yanvar — Sputnik. Əgər ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Qrenlandiyaya nəzarəti ələ keçirsə, fayfalı qazıntılar və yanacaq üzrə böyük şirkətlər adaya daxil ola bilərlər. Adanın yeraltı ehtiyatlarının çıxarılması planeti geri dönməz iqlim dəyişikliyinə sürükləyə bilər. Buna görə də adada neft və qaz yataqlarının işlənilməsi heç bir halda aparılmamalıdır. Bu barədə iqlim üzrə fəallar xəbərdarlıq edirlər. ABŞ Geoloji Xidmətinin məlumatına görə, Qrenlandiya təxminən 31,400 milyon barel neft ekvivalentinə (MMBOE) və digər yanacaq məhsullarına, o cümlədən təxminən 148 trilyon kub fut təbii qaza malik olmasına baxmayaraq, adanın hakimiyyət orqanları 2021-ci ildə yeraltı ehtiyatların hasilatına moratorium tətbiq ediblər. Tramp isə əksinə, vəzifəyə başlayan kimi "Amerika enerjisini azad edəcəyinə" söz verib və neft və qaz hasilatının artırılmasına dəstəyini sadə şüarla ifadə edib: "qaz ki, qazasan". O, həmçinin Bayden administrasiyası tərəfindən yeni qaz layihələrinin dondurulmasını ləğv edəcəyinə də söz verib və ABŞ-ın iqlim dəyişikliyi ilə mübarizə öhdəliklərindən ardıcıl olaraq geri çəkilib. Hazırda ekoloqlar ciddi şəkildə narahatdırlar ki, Trampın Qrenlandiyanı ələ keçirməsi tullantıların artmasına gətirib çıxaracaq ki, bu da onların dediyinə görə "karbon bombası"dır. Bu yaxınlarda Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Andrey Klimov bildirib ki, Qrenlandiya ABŞ-ın bir hissəsi olacağı təqdirdə, bu, Arktikada Amerikaya güclü üstünlük verəcək. Onun sözlərinə görə, bu mövzuda çox danışmağa dəyməz, çünki bu, Danimarka və ABŞ arasında olan məsələdir. Siyasətçi diqqəti Rusiya üçün vacib olan məsələlərə yönəltməyə çağırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/0e/469994373_171:0:2902:2048_1920x0_80_0_0_d0a5d3fa6d72304ebbf6f4dff2324ec3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tramp, qrenlandiya
Trampın Qrenlandiyanı ələ keçirməsi planeti fəlakətlə təhdid edir
Ekoloqlar Trampın Qrenlandiya planlarına görə həyəcan təbili çalırlar.
BAKI, 17 yanvar — Sputnik. Əgər ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Qrenlandiyaya nəzarəti ələ keçirsə, fayfalı qazıntılar və yanacaq üzrə böyük şirkətlər adaya daxil ola bilərlər. Adanın yeraltı ehtiyatlarının çıxarılması planeti geri dönməz iqlim dəyişikliyinə sürükləyə bilər. Buna görə də adada neft və qaz yataqlarının işlənilməsi heç bir halda aparılmamalıdır.
Bu barədə iqlim üzrə fəallar xəbərdarlıq edirlər.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, Qrenlandiya təxminən 31,400 milyon barel neft ekvivalentinə (MMBOE) və digər yanacaq məhsullarına, o cümlədən təxminən 148 trilyon kub fut təbii qaza malik olmasına baxmayaraq, adanın hakimiyyət orqanları 2021-ci ildə yeraltı ehtiyatların hasilatına moratorium tətbiq ediblər.
Tramp isə əksinə, vəzifəyə başlayan kimi "Amerika enerjisini azad edəcəyinə" söz verib və neft və qaz hasilatının artırılmasına dəstəyini sadə şüarla ifadə edib: "qaz ki, qazasan". O, həmçinin Bayden administrasiyası tərəfindən yeni qaz layihələrinin dondurulmasını ləğv edəcəyinə də söz verib və ABŞ-ın iqlim dəyişikliyi ilə mübarizə öhdəliklərindən ardıcıl olaraq geri çəkilib.
Hazırda ekoloqlar ciddi şəkildə narahatdırlar ki, Trampın Qrenlandiyanı ələ keçirməsi tullantıların artmasına gətirib çıxaracaq ki, bu da onların dediyinə görə "karbon bombası"dır.
Bu yaxınlarda Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Andrey Klimov bildirib ki, Qrenlandiya ABŞ-ın bir hissəsi olacağı təqdirdə, bu, Arktikada Amerikaya güclü üstünlük verəcək. Onun sözlərinə görə, bu mövzuda çox danışmağa dəyməz, çünki bu, Danimarka və ABŞ arasında olan məsələdir. Siyasətçi diqqəti Rusiya üçün vacib olan məsələlərə yönəltməyə çağırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.