https://sputnik.az/20250117/seperatci-ermenilerin-mehkemesinde-dovlet-ittihamini-6-prokuror-mudafie-edir-470051762.html
Seperatçı ermənilərin məhkəməsində dövlət ittihamını 6 prokuror müdafiə edir
Seperatçı ermənilərin məhkəməsində dövlət ittihamını 6 prokuror müdafiə edir
Sputnik Azərbaycan
Cinayət işləri üzrə dövlət ittihamının müdafiəsini həyata keçirəcək prokurorluq əməkdaşlarından ibarət qrup yaradılıb. 17.01.2025, Sputnik Azərbaycan
2025-01-17T14:58+0400
2025-01-17T14:58+0400
2025-01-17T14:58+0400
azərbaycan
azərbaycan xəbərləri
separatçı
ruben vardanyan
erməni
qarabağ
ittiham
prokuror
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1d/427075278_0:203:3175:1988_1920x0_80_0_0_ac5b046d81455b190d8d872b212655b1.jpg
BAKI, 17 yanvar — Sputnik. Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsində dövlət ittihamını 6 prokuror müdafiə edir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir. Qeyd olunub ki, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin müvafiq Sərəncamı ilə Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimirinin və Vardanyan Ruben Karlenoviçin cinayət işləri üzrə dövlət ittihamının müdafiəsini həyata keçirəcək prokurorluq əməkdaşlarından ibarət qrup yaradılıb. Məhkəmədə dövlət ittihamını Baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Vüsal Əliyev, Baş Prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi, II dərəcəli hüquqşünas Tuqay Rəhimli, Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə müşaviri Nəsir Bayramov, Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Fuad Musayev, Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, ədliyyə müşaviri Vüsal Abdullayev, Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Təranə Məmmədova müdafiə edir. Xatırladaq ki, bu gün hərbi cinayətlərdə təqsirləndirilən 15 erməniəsilli şəxsin - Arkadi Qukasyan, Arayik Harutyunyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan, Davit Manukyan, Qarik Martirosyan, Melikset Paşayan, Davit Allahverdiyan, Qruqen Stepanyan, Levon Balayan, Madat Babayan, Vasili Beqlaryan, Erik Qazaryanın və Qarabağda keçmiş separatçı qurumda "dövlət naziri" olmuş Ruben Vardanyanın cinayət işləri üzrə məhkəmə prosesləri başlayıb. Proses Suraxanı rayonu, Hövsan qəsəbəsində yeni inşa edilmiş Bakı Məhkəmə Kompleksində keçirilir. Məhkəmə ümumilikdə 2 min 548 epizod üzrə işə baxacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1d/427075278_79:0:2810:2048_1920x0_80_0_0_85baaa39bd84cba6fc45bccf64c772bb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, separatçı, ruben vardanyan, erməni, qarabağ, ittiham, prokuror
azərbaycan, separatçı, ruben vardanyan, erməni, qarabağ, ittiham, prokuror
Seperatçı ermənilərin məhkəməsində dövlət ittihamını 6 prokuror müdafiə edir
Cinayət işləri üzrə dövlət ittihamının müdafiəsini həyata keçirəcək prokurorluq əməkdaşlarından ibarət qrup yaradılıb.
BAKI, 17 yanvar — Sputnik. Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsində dövlət ittihamını 6 prokuror müdafiə edir.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin müvafiq Sərəncamı ilə Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimirinin və Vardanyan Ruben Karlenoviçin cinayət işləri üzrə dövlət ittihamının müdafiəsini həyata keçirəcək prokurorluq əməkdaşlarından ibarət qrup yaradılıb.
Məhkəmədə dövlət ittihamını Baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Vüsal Əliyev, Baş Prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi, II dərəcəli hüquqşünas Tuqay Rəhimli, Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə müşaviri Nəsir Bayramov, Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Fuad Musayev, Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, ədliyyə müşaviri Vüsal Abdullayev, Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Təranə Məmmədova müdafiə edir.
Xatırladaq ki, bu gün hərbi cinayətlərdə təqsirləndirilən 15 erməniəsilli şəxsin - Arkadi Qukasyan, Arayik Harutyunyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan, Davit Manukyan, Qarik Martirosyan, Melikset Paşayan, Davit Allahverdiyan, Qruqen Stepanyan, Levon Balayan, Madat Babayan, Vasili Beqlaryan, Erik Qazaryanın və Qarabağda keçmiş separatçı qurumda "dövlət naziri" olmuş Ruben Vardanyanın cinayət işləri üzrə məhkəmə prosesləri başlayıb. Proses Suraxanı rayonu, Hövsan qəsəbəsində yeni inşa edilmiş Bakı Məhkəmə Kompleksində keçirilir. Məhkəmə ümumilikdə 2 min 548 epizod üzrə işə baxacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.