https://sputnik.az/20250117/ran-prezidenti-moskvadadir-470044708.html
İran Prezidenti Moskvadadır
İran Prezidenti Moskvadadır
Sputnik Azərbaycan
İran prezidenti Məsud Pezeşkianın təyyarəsi paytaxtın Vnukovo-2 hava limanına enib. 17.01.2025, Sputnik Azərbaycan
2025-01-17T12:05+0400
2025-01-17T12:05+0400
2025-01-17T12:05+0400
iran prezidenti məsud pezeşkian
rusiya
moskva
saziş
putin
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e9/01/11/470044542_0:0:1820:1025_1920x0_80_0_0_8f73e809fbb3732544904bb7bb7a58de.jpg
BAKI, 17 yanvar — Sputnik. İran prezidenti Məsud Pezeşkian Rusiyaya gəlib. Bu barədə RİA Novosti-nin müxbiri hadisə yerindən xəbər verir. Pezeşkianın təyyarəsi paytaxtın Vnukovo-2 hava limanına enib, İran prezidentini Rusiyanın energetika naziri Sergey Tsivilev, xarici işlər nazirinin müavini Andrey Rudenko və Rusiya Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi İqor Boqdaşev qarşılayıb. Dekabrın sonunda İranın Moskvadakı səfiri Kazem Cəlali İran liderinin yanvarın 17-də Moskvaya səfər edəcəyini açıqlamışdı. Kremlin mətbuat xidmətinin daha sonra verdiyi məlumata görə, İran prezidenti rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. İki ölkə liderləri hələ 2001-ci ildə Moskvada imzalanmış Rusiya və İran arasında münasibətlərin əsasları və əməkdaşlıq prinsiplərinə dair hazırkı sənədi əvəz etmək üçün nəzərdə tutulan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalamalıdırlar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/11/470044542_204:0:1820:1212_1920x0_80_0_0_3578a094dd797fb0ccc44a9eccf03961.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iran prezidenti məsud pezeşkian, moskva, saziş, putin, rusiya
iran prezidenti məsud pezeşkian, moskva, saziş, putin, rusiya
İran Prezidenti Moskvadadır
İran prezidenti Məsud Pezeşkianın təyyarəsi paytaxtın Vnukovo-2 hava limanına enib.
BAKI, 17 yanvar — Sputnik. İran prezidenti Məsud Pezeşkian Rusiyaya gəlib. Bu barədə RİA Novosti-nin müxbiri hadisə yerindən xəbər verir.
Pezeşkianın təyyarəsi paytaxtın Vnukovo-2 hava limanına enib, İran prezidentini Rusiyanın energetika naziri Sergey Tsivilev, xarici işlər nazirinin müavini Andrey Rudenko və Rusiya Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi İqor Boqdaşev qarşılayıb.
Dekabrın sonunda İranın Moskvadakı səfiri Kazem Cəlali İran liderinin yanvarın 17-də Moskvaya səfər edəcəyini açıqlamışdı. Kremlin mətbuat xidmətinin daha sonra verdiyi məlumata görə, İran prezidenti rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
İki ölkə liderləri hələ 2001-ci ildə Moskvada imzalanmış Rusiya və İran arasında münasibətlərin əsasları və əməkdaşlıq prinsiplərinə dair hazırkı sənədi əvəz etmək üçün nəzərdə tutulan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalamalıdırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.