https://sputnik.az/20250117/putin-moskvada-iranli-hemkari-mesud-pezeskian-ile-gorusub-470056470.html
Putin Moskvada iranlı həmkarı Məsud Pezeşkian ilə görüşüb
Putin Moskvada iranlı həmkarı Məsud Pezeşkian ilə görüşüb
Sputnik Azərbaycan
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, görüşdən sonra bir sıra sənədlərin, o cümlədən Rusiya ilə İran arasında hərtərəfli strateji... 17.01.2025, Sputnik Azərbaycan
2025-01-17T15:22+0400
2025-01-17T15:22+0400
2025-01-17T15:51+0400
rusiya
rusiya
iran
putin
iran prezidenti məsud pezeşkian
https://cdnn1.img.sputnik.az/img/07e9/01/11/470055665_0:186:2978:1861_1920x0_80_0_0_9f586147216e82f17ec5588c4bc80df5.jpg
BAKI, 17 yanvar — Sputnik. Rusiya prezidenti Vladimir Putin Moskvada iranlı həmkarı Məsud Pezeşkian ilə görüşüb. Bu barədə RİA Novosti-nin müxbiri xəbər verir. İran lideri Rusiyada rəsmi səfərdədir. Putinlə Pezeşkian arasında görüş Kremldə baş tutub. Yüksək səviyyəli danışıqlar məhdud tərkibdə başlayacaq və daha sonra geniş tərkibdə davam etdiriləcək. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, görüşdən sonra bir sıra sənədlərin, o cümlədən Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlığa dair böyük sazişin imzalanması gözlənilir. Kremlin sözçüsü mətbuat konfransının da planlaşdırıldığını, liderlərin danışıqlardan sonra mediaya açıqlamalar verəcəyini və ola bilsin ki, bir neçə sualı cavablandıracağını bildirib. Kremldəki görüşdə prezidentlər ticarət-sərmayə, nəqliyyat-logistika, humanitar sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etməyi planlaşdırırlar. Qlobal və regional gündəliyin qarşılıqlı maraq doğuran əsas məsələlərinin də müzakirəsi gözlənilir.Rusiya prezidentinin mətbuat xidməti bildirib ki, liderlər Yaxın Şərqdə, o cümlədən Suriyada və Fələstin-İsrail münaqişəsi zonasında,Cənubi Qafazda vəziyyətin inkişafını, həmçinin İranın nüvə proqramı ətrafında vəziyyəti müzakirə edə bilərlər. Rusiya tərəfdən liderlərin görüşündə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov, baş nazirin müavini Vitali Savelyev, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, Rusiyanın energetika naziri, Rusiya -İran ticarət-iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Sergey Tsivilev və Rusiyanın İrandakı səfiri Aleksey Dedov iştirak edir. Danışıqlarda İran nümayəndə heyəti tərkibində xarici işlər naziri Seyid Abbas Əraqçi, İran prezidentinin aparat rəhbəri Möhsün Hacı Mirzay, İranın neft naziri və Rusiya-İran ticarət və iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Möhsün Paknejad, İranın RF-dəki səfiri Kazem Cəlali iştirak edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/11/470055665_125:0:2854:2047_1920x0_80_0_0_944edd94489b08383c9279d63468a231.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, iran, putin, iran prezidenti məsud pezeşkian
rusiya, iran, putin, iran prezidenti məsud pezeşkian
Putin Moskvada iranlı həmkarı Məsud Pezeşkian ilə görüşüb
15:22 17.01.2025 (Yenilənib: 15:51 17.01.2025) Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, görüşdən sonra bir sıra sənədlərin, o cümlədən Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlığa dair böyük sazişin imzalanması gözlənilir.
BAKI, 17 yanvar — Sputnik. Rusiya prezidenti Vladimir Putin Moskvada iranlı həmkarı Məsud Pezeşkian ilə görüşüb. Bu barədə RİA Novosti-nin müxbiri xəbər verir.
İran lideri Rusiyada rəsmi səfərdədir. Putinlə Pezeşkian arasında görüş Kremldə baş tutub. Yüksək səviyyəli danışıqlar məhdud tərkibdə başlayacaq və daha sonra geniş tərkibdə davam etdiriləcək.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, görüşdən sonra bir sıra sənədlərin, o cümlədən Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlığa dair böyük sazişin imzalanması gözlənilir. Kremlin sözçüsü mətbuat konfransının da planlaşdırıldığını, liderlərin danışıqlardan sonra mediaya açıqlamalar verəcəyini və ola bilsin ki, bir neçə sualı cavablandıracağını bildirib.
Kremldəki görüşdə prezidentlər ticarət-sərmayə, nəqliyyat-logistika, humanitar sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etməyi planlaşdırırlar.
Qlobal və regional gündəliyin qarşılıqlı maraq doğuran əsas məsələlərinin də müzakirəsi gözlənilir.Rusiya prezidentinin mətbuat xidməti bildirib ki, liderlər Yaxın Şərqdə, o cümlədən Suriyada və Fələstin-İsrail münaqişəsi zonasında,Cənubi Qafazda vəziyyətin inkişafını, həmçinin İranın nüvə proqramı ətrafında vəziyyəti müzakirə edə bilərlər.
Rusiya tərəfdən liderlərin görüşündə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov, baş nazirin müavini Vitali Savelyev, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, Rusiyanın energetika naziri, Rusiya -İran ticarət-iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Sergey Tsivilev və Rusiyanın İrandakı səfiri Aleksey Dedov iştirak edir. Danışıqlarda İran nümayəndə heyəti tərkibində xarici işlər naziri Seyid Abbas Əraqçi, İran prezidentinin aparat rəhbəri Möhsün Hacı Mirzay, İranın neft naziri və Rusiya-İran ticarət və iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Möhsün Paknejad, İranın RF-dəki səfiri Kazem Cəlali iştirak edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.