https://sputnik.az/20250117/pasinyan-putine-zeng-etdi-470051190.html
Paşinyan Putinə zəng etdi
Paşinyan Putinə zəng etdi
Sputnik Azərbaycan
Telefon danışığında Paşinyan İrəvanın son addımları ilə bağlı vəziyyəti Avropa İttifaqı ilə münasibətlər kontekstində izah edib və Rusiya lideri buna öz... 17.01.2025, Sputnik Azərbaycan
2025-01-17T14:18+0400
2025-01-17T14:18+0400
2025-01-17T14:18+0400
rusiya
putin
ermənistanın baş naziri nikol paşinyan
telefon zəngi
rusiya
avrasiya iqtisadi ittifaqı
kazan
briks
https://cdnn1.img.sputnik.az/img/07e5/04/07/426643777_0:0:2980:1677_1920x0_80_0_0_1094b3cb194739acc8cea3e6ef734afd.jpg
BAKI, 17 yanvar — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. İki ölkə liderləri Ermənistanın Avrasiya İqtisadi İttifaqına sədrliyinin yekunlarını, Aİİ çərçivəsində gələcək fəaliyyət planlarını, eləcə də ikitərəfli Ermənistan-Rusiya gündəliyinin bir sıra məsələlərini müzakirə ediblər. Kremlin mətbuat xidməti isə xəbər verir ki, telefon danışığında Paşinyan İrəvanın son addımları ilə bağlı vəziyyəti Avropa İttifaqı ilə münasibətlər kontekstində izah edib və Rusiya lideri buna öz qiymətini verib. Söhbətin Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutduğu qeyd edilir. Xatırladaq ki, liderlər sonuncu dəfə ötən ilin oktyabrında Kazanda BRİKS+ sammiti çərçivəsində görüşüblər. Dekabrda isə Paşinyan videobağlantı vasitəsilə Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/07/426643777_235:0:2966:2048_1920x0_80_0_0_3a638318a76ba69ca7e07b15f26a7fd5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
putin, ermənistanın baş naziri nikol paşinyan, telefon zəngi, rusiya, avrasiya iqtisadi ittifaqı, kazan, briks
putin, ermənistanın baş naziri nikol paşinyan, telefon zəngi, rusiya, avrasiya iqtisadi ittifaqı, kazan, briks
Paşinyan Putinə zəng etdi
Telefon danışığında Paşinyan İrəvanın son addımları ilə bağlı vəziyyəti Avropa İttifaqı ilə münasibətlər kontekstində izah edib və Rusiya lideri buna öz qiymətini verib.
BAKI, 17 yanvar — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
İki ölkə liderləri Ermənistanın Avrasiya İqtisadi İttifaqına sədrliyinin yekunlarını, Aİİ çərçivəsində gələcək fəaliyyət planlarını, eləcə də ikitərəfli Ermənistan-Rusiya gündəliyinin bir sıra məsələlərini müzakirə ediblər.
Kremlin mətbuat xidməti isə xəbər verir ki, telefon danışığında Paşinyan İrəvanın son addımları ilə bağlı vəziyyəti Avropa İttifaqı ilə münasibətlər kontekstində izah edib və Rusiya lideri buna öz qiymətini verib.
Söhbətin Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutduğu qeyd edilir.
"Nikol Paşinyan İrəvanın son addımları ilə bağlı vəziyyəti Avropa İttifaqı ilə münasibətlər kontekstində izah edib. Rusiya lideri müvafiq şərhlər və qiymətlər verib", - məlumatda deyilir.
Xatırladaq ki, liderlər sonuncu dəfə ötən ilin oktyabrında Kazanda BRİKS+ sammiti çərçivəsində görüşüblər. Dekabrda isə Paşinyan videobağlantı vasitəsilə Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.