DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Orban Aİ-ni "sanksiyaları pəncərədən atmağa" və RF ilə xoş münasibət qurmağa çağırıb

© AP Photo / Markus Schreiber Viktor Orban
 Viktor Orban - Sputnik Azərbaycan, 1920, 17.01.2025
Abunə olmaq
Hazırda ən vacibi Avropa İttifaqının dəyişmiş vəziyyətə uyğunlaşmasıdır, çünki Trampın gəlişi ilə yeni dövr başlayır.
BAKI, 17 yanvar — Sputnik. ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimi ilə yeni dövr başlayır. Artıq Avropa İttifaqının "sanksiyaları pəncərədən atması" və Rusiya ilə onlarsız münasibətlər qurmağın vaxtı çatıb. Bunu Macarıstanın baş naziri Viktor Orban bəyan edib.

"Hazırda ən vacibi Avropa İttifaqının dəyişmiş vəziyyətə uyğunlaşmasıdır, çünki Trampın gəlişi ilə yeni dövr başlayır... Sanksiyaları pəncərədən atıb, Rusiya ilə sanksiyalardan azad bir münasibətlərin qaydasını qurmağın vaxtıdır.... Biz bunun üzərində işləməliyik", - Orban "Kossuth" radionun efirində deyib.

2024-cü ilin dekabrında "Bloomberg", Orbanın yanvarın 20-də ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimindən sonra Aİ liderlərinə Rusiyaya qarşı sanksiyaların uzadılmasına dəstək olub-olmaması barədə qərar verəcəyini söylədiyini bildirmişdi.
Macarıstanın baş naziri daha əvvəl bəyan etmişdi ki, Rusiyaya qarşı sanksiyalar mümkün qədər tez və tamamilə ləğv edilməlidir, lakin Aİ-də yalnız bir neçə ölkə bununla razıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0