https://sputnik.az/20250117/kend-teserrufati-nazirliyi-ayin-fermeri-musabiqesini-elan-edir-470045350.html
Kənd Təsərrüfatı Nazirliyi "Ayın fermeri" müsabiqəsini elan edir
Kənd Təsərrüfatı Nazirliyi "Ayın fermeri" müsabiqəsini elan edir
Sputnik Azərbaycan
Müsabiqənin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət... 17.01.2025, Sputnik Azərbaycan
2025-01-17T21:45+0400
2025-01-17T21:45+0400
2025-01-17T21:45+0400
fermer
iqtisadiyyat
kəndli
azərbaycan
müsabiqə
kənd təsərrüfatı nazirliyi
qeydiyyat
portal
qalib
aqrar
https://cdnn1.img.sputnik.az/img/07e6/02/12/439304920_0:120:1280:840_1920x0_80_0_0_4a4a3670f786a6ebd9ea7414f9f52bf2.jpg
BAKI, 17 yanvar — Sputnik. Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün fermerlər arasında növbəti müsabiqə elan edilir. Kənd Təsərrüfatı Nazirliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, müsabiqənin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir. Müsabiqənin təşkili ilə bağlı təsdiqlənən qaydalara əsasən, müsabiqədə "Elektron Kənd Təsərrüfatı" İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər.Yanvarın 16-dan müsabiqə üçün ərizə qəbulu prosesinə başlanılıb və 5 iş günü ərzində davam edəcək. Fermerlər ərizələri Dövlət Aqrar İnkişaf mərkəzlərinə təqdim etməli və ya EKTİS-ə daxil olaraq müsabiqədə iştirakla bağlı elektron qaydada qeydiyyatdan keçməlidir. Müsabiqə ilə bağlı yaradılan İşçi qrupları fermerlərin təsərrüfat fəaliyyətlərinin yerlərdə monitorinqini keçirəcək. İştirakçıların fəaliyyəti müasir texnologiyaların tətbiqi, qeyri-ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı, aqrar sektora xarici investisiyaların cəlb olunması, fermerin öz təsərrüfatını aqroturizmə açıq elan etməsi və digər meyarlar əsasında qiymətləndiriləcək. Müsabiqə iki mərhələdə həyata keçiriləcək. Hər iki mərhələ üzrə ayrı-ayrılıqda fermerlərin fəaliyyəti qiymətləndiriləcək. Komissiya üzvlərinin qiymətləndirməsi nəticəsində yüksək bal toplamış iştirakçı qalib elan ediləcək.Qalib fermer mükafatlandırılacaq və sertifikatla təltif olunacaq. Eyni zamanda, qalib fermerə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən və təsərrüfat fəaliyyətinə uyğun olan layihələrdə iştirak etmək imkanı yaradılacaq. Müsabiqənin gedişatı və nəticələri mütəmadi olaraq Kənd Təsərrüfatının rəsmi internet saytında və digər kütləvi informasiya vasitələrində dərc olunacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/12/439304920_0:0:1280:960_1920x0_80_0_0_190fde466de1d7828232d857d5d0ced9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
fermer, kəndli, azərbaycan, müsabiqə, kənd təsərrüfatı nazirliyi, qeydiyyat, portal, qalib, aqrar
fermer, kəndli, azərbaycan, müsabiqə, kənd təsərrüfatı nazirliyi, qeydiyyat, portal, qalib, aqrar
Kənd Təsərrüfatı Nazirliyi "Ayın fermeri" müsabiqəsini elan edir
Müsabiqənin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasıdır.
BAKI, 17 yanvar — Sputnik. Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün fermerlər arasında növbəti müsabiqə elan edilir.
Kənd Təsərrüfatı Nazirliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, müsabiqənin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir.
Müsabiqənin təşkili ilə bağlı təsdiqlənən qaydalara əsasən, müsabiqədə "Elektron Kənd Təsərrüfatı" İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər.
Yanvarın 16-dan müsabiqə üçün ərizə qəbulu prosesinə başlanılıb və 5 iş günü ərzində davam edəcək. Fermerlər ərizələri Dövlət Aqrar İnkişaf mərkəzlərinə təqdim etməli və ya EKTİS-ə daxil olaraq müsabiqədə iştirakla bağlı elektron qaydada qeydiyyatdan keçməlidir. Müsabiqə ilə bağlı yaradılan İşçi qrupları fermerlərin təsərrüfat fəaliyyətlərinin yerlərdə monitorinqini keçirəcək.
İştirakçıların fəaliyyəti müasir texnologiyaların tətbiqi, qeyri-ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı, aqrar sektora xarici investisiyaların cəlb olunması, fermerin öz təsərrüfatını aqroturizmə açıq elan etməsi və digər meyarlar əsasında qiymətləndiriləcək.
Müsabiqə iki mərhələdə həyata keçiriləcək. Hər iki mərhələ üzrə ayrı-ayrılıqda fermerlərin fəaliyyəti qiymətləndiriləcək. Komissiya üzvlərinin qiymətləndirməsi nəticəsində yüksək bal toplamış iştirakçı qalib elan ediləcək.
Qalib fermer mükafatlandırılacaq və sertifikatla təltif olunacaq. Eyni zamanda, qalib fermerə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən və təsərrüfat fəaliyyətinə uyğun olan layihələrdə iştirak etmək imkanı yaradılacaq.
Müsabiqənin gedişatı və nəticələri mütəmadi olaraq Kənd Təsərrüfatının rəsmi internet saytında və digər kütləvi informasiya vasitələrində dərc olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.