https://sputnik.az/20250117/gurcustanin-bas-naziri-azerbaycana-sefere-gelib-470041339.html
Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəlib
Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəlib
Sputnik Azərbaycan
Bakıda Gürcüstan və Azərbaycan Respublikasının baş nazirlərinin rəhbərliyi ilə Gürcüstan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın... 17.01.2025, Sputnik Azərbaycan
2025-01-17T10:48+0400
2025-01-17T10:48+0400
2025-01-17T10:48+0400
siyasət
irakli kobaxidze
azərbaycan
səfər
gürcüstan
https://cdnn1.img.sputnik.az/img/07e8/03/10/463304851_0:166:3050:1882_1920x0_80_0_0_dcdeade722d2e0dfb11a5c0d4f6bdc35.jpg
BAKI, 17 yanvar — Sputnik. Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar. Xatırladaq ki, bundan öncə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb ki, səfər çərçivəsində Bakıda Gürcüstan və Azərbaycan Respublikasının baş nazirlərinin rəhbərliyi ilə Gürcüstan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək. Komissiyanın iclasında iki ölkənin hökumət üzvləri iştirak edəcək. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşü planlaşdırılır.Görüşdən sonra liderlər mətbuata birgə bəyanatlarla çıxış edəcəklər. Baş nazirin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətində Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili, mədəniyyət naziri Tinatin Ruxadze və Hökumət Administrasiyası rəhbəri Levan Jorjoliani olacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/10/463304851_160:0:2891:2048_1920x0_80_0_0_53a3bfb70c7c945fbec6f6531badd06a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
irakli kobaxidze, azərbaycan, səfər, gürcüstan
irakli kobaxidze, azərbaycan, səfər, gürcüstan
Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəlib
Bakıda Gürcüstan və Azərbaycan Respublikasının baş nazirlərinin rəhbərliyi ilə Gürcüstan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək.
BAKI, 17 yanvar — Sputnik. Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
Xatırladaq ki, bundan öncə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb ki, səfər çərçivəsində Bakıda Gürcüstan və Azərbaycan Respublikasının baş nazirlərinin rəhbərliyi ilə Gürcüstan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək. Komissiyanın iclasında iki ölkənin hökumət üzvləri iştirak edəcək. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşü planlaşdırılır.
Görüşdən sonra liderlər mətbuata birgə bəyanatlarla çıxış edəcəklər. Baş nazirin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətində Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili, mədəniyyət naziri Tinatin Ruxadze və Hökumət Administrasiyası rəhbəri Levan Jorjoliani olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.