DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Günəşdə bir gündə üçüncü güclü partlayış baş verdi

© iStock.com / PitrisGünəş, arxiv
Günəş, arxiv - Sputnik Azərbaycan, 1920, 17.01.2025
Abunə olmaq
Təbiət hadisəsi 13 dəqiqə ərzində müşahidə edilib.
BAKI, 17 yanvar — Sputnik. Günəşdə M sinifli yeni partlayış qeydə alınıb. Bu, bir gündə üçüncü güclü partlayış olub. Bu barədə "TASS" agentliyi Tətbiqi Geofizika İnstitutuna istinadən məlumat verilib.

"Yanvarın 17-də Moskva vaxtı ilə saat 12:19-da rentgen diapazonunda 3964 (N04W27) ləkələr qrupunda 13 dəqiqə davam edən M2.1 partlayışı qeydə alınıb", - məlumatda deyilir.

Günəş partlayışları rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğun gəlir. Növbəti hərfə keçid zamanı güc 10 dəfə artır.
Partlayışlar adətən Günəş plazmasının tullantıları ilə müşayiət olunur. Buludlar Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Весенняя гроза в Москве - Sputnik Azərbaycan, 1920, 07.11.2019
CƏMİYYƏT
Hər dəqiqəyə beş yüz zərbə - Ölümün caynağından qurtulmağın yolu var
Xəbər lenti
0