DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ekspert: telefonu gecə boyu şarjda saxlamayın

© Sputnik / Алексей Куденко / Mediabanka keçidŞarjda olan telefon, arxiv
Şarjda olan telefon, arxiv - Sputnik Azərbaycan, 1920, 17.01.2025
Abunə olmaq
Qolitsina qeyd edib ki, batareya şarjı 100%-ə çatdıqda, cihaz sönmür, bu da batareyanın qızmasına və onun sıradan çıxmasına gətirib çıxarır.
BAKI, 17 yanvar — Sputnik. Telefonu bütün gecə ərzində şarjda saxlamaq qətiyyən tövsiyə edilmir: şarj 100%-ə çatdıqda cihaz sönmür, bu da batareyanın qızmasına və onun sürətlə sıradan çıxmasına səbəb olur.
Bunu Rusiyanın MTS mobil operatorunun pərakəndə şəbəkəsinin telefon xidmətləri şöbəsinin rəhbəri Natalya Qolitsina "RİA Novosti"yə müsahibəsində deyib.

"Batareya şarjı 100%-ə çatdıqda, cihaz sönmür, ancaq qoşulduğu müddət ərzində tam şarjı saxlayır. Damla doldurma kimi tanınan bu proses batareyanın temperaturunu artırır və zamanla onun tutumunun azalmasına səbəb olur, - Qolitsina vurğulayıb.

Ekspert qeyd edib ki, müasir smartfonlarla təchiz olunmuş litium-ion batareyaları tam şarj üçün təxminən iki saat kifayətdir.
Onun sözlərinə görə, əgər cihazı bütün gecə şarj etsəz, əslində, ildə təxminən 3-4 ay davamlı olaraq elektrik cərəyan altında qalacaq. Bu batareyanın məhv olmasını sürətləndirir, çünki litium-ion elementləri daimi maksimum şarj tələb etmir və yüksək gərginliyə dözmür.

"Telefonun şarjının 0%-ə düşməsini gözləməmək lazımdır. Şarj səviyyəsi 35-40%-ə düşdükdə telefonunuzu şarj cihazına qoşmaq daha yaxşıdır. Çünki telefonun şarjının tam boşalması batareyanın daha tez sıradan çıxmasına gətitib çıxarır", - Qolitsina məsləhət görüb.

Ekspertin fikrincə, batareyanın tutumunu daha uzun müddət saxlamaq üçün korpusun temperaturuna nəzarət etmək və həddindən artıq telefonun qızmasının qarşısını almaq vacibdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0