https://sputnik.az/20250117/dovlet-dumasi-rusiya-ile-abs-arasinda-birbasa-munaqise-risklerini-qiymetlendirib-470031764.html
Dövlət Duması Rusiya ilə ABŞ arasında birbaşa münaqişə risklərini qiymətləndirib
Dövlət Duması Rusiya ilə ABŞ arasında birbaşa münaqişə risklərini qiymətləndirib
Sputnik Azərbaycan
Deputat Çepa ABŞ-la birbaşa münaqişə riskinin azaldığını qeyd edib. 17.01.2025, Sputnik Azərbaycan
2025-01-17T08:41+0400
2025-01-17T08:41+0400
2025-01-17T08:41+0400
dövlət
rusiya
duma
dövlət duması
rusiya dövlət duması
donald tramp
tramp
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e9/01/10/470031595_0:161:3071:1888_1920x0_80_0_0_046880c43414d48c79143f14488e19a3.jpg
BAKI, 17 yanvar — Sputnik. Rusiya ilə ABŞ arasında birbaşa toqquşma riskləri kifayət qədər yüksəkdir, lakin Prezident Donald Trampın hakimiyyətə gəlməsi ilə onlar bir qədər azalacaq. Bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədrinin birinci müavini Aleksey Çepa "Lenta.Ru"ya müsahibəsində deyib. Deputatın sözlərinə görə, bugünkü reallıqlarda belə risklər həmişə mövcuddur və hadisələrin bu cür inkişafına hazır olmaq lazımdır. Çepa xatırladıb ki, Ukrayna ilə bağlı siyasətə görə hazırda ABŞ-la münasibətlər ən aşağı səviyyədədir. Onun fikrincə, ABŞ-da seçkilərdən sonrakı vəziyyət toqquşma riskini azaldıb. "Yenə də ABŞ-ın öz maraqlarını sərt şəkildə müdafiə etdiyini, hətta NATO-dakı tərəfdaşlarına və qonşularına belə məhəl qitmadığını görürük. Bu səbəbdən də, biz yenə də hazır olmalıyıq, yalnız özümüzə güvənməliyik və bütün bunları nəzərə alaraq ABŞ-la münasibətlər xətti qurmalıyıq", Çepa bildirib. Bundan əvvəl Pentaqonun keçmiş müşaviri və istefada olan polkovniki Duqlas Makqreqor söyləyib ki, Rusiya münaqişənin həlli üçün danışıqlar masasına oturmaqdan imtina etdiyi halda Ukraynaya yeni hərbi yardım göndərilməsi müharibəyə gətirib çıxaracaq. Bu yaxınlarda Qərb Rusiyanın Ukraynadakı məqsədlərindən əl çəkməyəcəyini hesab edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/10/470031595_171:0:2902:2048_1920x0_80_0_0_e856d4dc6d5088ca7611927c6a5be002.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dövlət, duma, dövlət duması, rusiya dövlət duması, donald tramp, tramp, ukrayna
dövlət, duma, dövlət duması, rusiya dövlət duması, donald tramp, tramp, ukrayna
Dövlət Duması Rusiya ilə ABŞ arasında birbaşa münaqişə risklərini qiymətləndirib
Deputat Çepa ABŞ-la birbaşa münaqişə riskinin azaldığını qeyd edib.
BAKI, 17 yanvar — Sputnik. Rusiya ilə ABŞ arasında birbaşa toqquşma riskləri kifayət qədər yüksəkdir, lakin Prezident Donald Trampın hakimiyyətə gəlməsi ilə onlar bir qədər azalacaq.
Bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədrinin birinci müavini Aleksey Çepa "Lenta.Ru"ya müsahibəsində deyib.
Deputatın sözlərinə görə, bugünkü reallıqlarda belə risklər həmişə mövcuddur və hadisələrin bu cür inkişafına hazır olmaq lazımdır. Çepa xatırladıb ki, Ukrayna ilə bağlı siyasətə görə hazırda ABŞ-la münasibətlər ən aşağı səviyyədədir. Onun fikrincə, ABŞ-da seçkilərdən sonrakı vəziyyət toqquşma riskini azaldıb.
Siyasətçi, Trampın Ukraynadakı münaqişəyə son qoymaq istəyi ilə bağlı ritorikasına işarə edərək, bu cür bəyanatların irəliyə doğru böyük addım olduğunu qeyd edib.
"Yenə də ABŞ-ın öz maraqlarını sərt şəkildə müdafiə etdiyini, hətta NATO-dakı tərəfdaşlarına və qonşularına belə məhəl qitmadığını görürük. Bu səbəbdən də, biz yenə də hazır olmalıyıq, yalnız özümüzə güvənməliyik və bütün bunları nəzərə alaraq ABŞ-la münasibətlər xətti qurmalıyıq", Çepa bildirib.
Bundan əvvəl Pentaqonun keçmiş müşaviri və istefada olan polkovniki Duqlas Makqreqor söyləyib ki, Rusiya münaqişənin həlli üçün danışıqlar masasına oturmaqdan imtina etdiyi halda Ukraynaya yeni hərbi yardım göndərilməsi müharibəyə gətirib çıxaracaq.
Bu yaxınlarda Qərb Rusiyanın Ukraynadakı məqsədlərindən əl çəkməyəcəyini hesab edib.