https://sputnik.az/20250117/bu-sexslere-ayda-1000-manat-verilecek---yeni-qerar-470049968.html
Bu şəxslərə ayda 1000 manat veriləcək - Yeni qərar
Bu şəxslərə ayda 1000 manat veriləcək - Yeni qərar
Sputnik Azərbaycan
Yeni qaydaya əsasən, hər iki bazada son 6 il ərzində ən azı 3 məqaləsi olan müəlliflər dəyərləndiriləcəkdir. 17.01.2025, Sputnik Azərbaycan
2025-01-17T20:00+0400
2025-01-17T20:00+0400
2025-01-17T20:00+0400
manat
təhsil
azərbaycan milli elmlər akademiyasının coğrafiya institutunun landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru starə tarixəzəri
mükafat
azərbaycan
elm və təhsil nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268521_0:56:2001:1181_1920x0_80_0_0_73fc44d4af7f06a4b5d22484d4cacff4.jpg
BAKI, 17 yanvar — Sputnik. Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ötən ildən başlayaraq elmi-tədqiqat institutlarında çalışan bir sıra tədqiqatçıların maddi mükafatlandırılması həyata keçirilir. Proqram çərçivəsində ötən il 150-dək alim aylıq 1000 manatadək mükafat alırdısa, elmi ictimaiyyətdə proqrama artan maraq səbəbindən bu il 300-dək alim mükafatlandırılacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, cari ildə tətbiq ediləcək hesablama qaydası dünyada ən qabaqcıl elmmetrik və bibliometrik şirkətlərdən hesab olunan "Clarivate" şirkətinin mütəxəssisləri ilə birgə hazırlanıb. Hesablama qaydasında həm "Scopus" həm də "Web of Science" bazalarında olan göstəricilər əsas götürülüb. Belə ki, yeni qaydaya əsasən, hər iki bazada son 6 il ərzində ən azı 3 məqaləsi olan müəlliflər dəyərləndiriləcəkdir. Yanaşmada tətbiq edilən digər yenilik isə alimlərin elmi işlərinin keyfiyyətinin bir neçə meyar üzrə ölçülməsi olacaqdır. Bu göstəricilərə aşağıdakılar aiddir: Qeyd edək ki, hesablama hər ay yenidən aparılacaq və həmin ay üzrə minimal şərtlərə tələb verən alimlər mükafatlandırılacaqdır. Mükafatlandırmanın keçirilməsində əsas məqsəd alimlərin obyektiv göstəricilərə əsasən fəaliyyətinin stimullaşdırılması və beynəlxalq impakt faktorlu jurnallarda dərc edilən məqalə sayının artırılmasıdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268521_37:0:1810:1330_1920x0_80_0_0_4dcb00be73187aabe10d3654b5f85ef7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
manat, azərbaycan milli elmlər akademiyasının coğrafiya institutunun landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru starə tarixəzəri, mükafat, azərbaycan, elm və təhsil nazirliyi
manat, azərbaycan milli elmlər akademiyasının coğrafiya institutunun landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru starə tarixəzəri, mükafat, azərbaycan, elm və təhsil nazirliyi
Bu şəxslərə ayda 1000 manat veriləcək - Yeni qərar
Yeni qaydaya əsasən, hər iki bazada son 6 il ərzində ən azı 3 məqaləsi olan müəlliflər dəyərləndiriləcəkdir.
BAKI, 17 yanvar — Sputnik. Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ötən ildən başlayaraq elmi-tədqiqat institutlarında çalışan bir sıra tədqiqatçıların maddi mükafatlandırılması həyata keçirilir. Proqram çərçivəsində ötən il 150-dək alim aylıq 1000 manatadək mükafat alırdısa, elmi ictimaiyyətdə proqrama artan maraq səbəbindən bu il 300-dək alim mükafatlandırılacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, cari ildə tətbiq ediləcək hesablama qaydası dünyada ən qabaqcıl elmmetrik və bibliometrik şirkətlərdən hesab olunan "Clarivate" şirkətinin mütəxəssisləri ilə birgə hazırlanıb. Hesablama qaydasında həm "Scopus" həm də "Web of Science" bazalarında olan göstəricilər əsas götürülüb. Belə ki, yeni qaydaya əsasən, hər iki bazada son 6 il ərzində ən azı 3 məqaləsi olan müəlliflər dəyərləndiriləcəkdir.
Yanaşmada tətbiq edilən digər yenilik isə alimlərin elmi işlərinin keyfiyyətinin bir neçə meyar üzrə ölçülməsi olacaqdır. Bu göstəricilərə aşağıdakılar aiddir:
hər iki baza üzrə elmi işlərin sahə üzrə istinad təsiri göstəriciləri;
elmi işlərin Q1 və Q2 kvartilli jurnallarda dərc olunması;
dünya üzrə ən oxunaqlı top 10% elmi iş siyahısında yer alma;
Qeyd edək ki, hesablama hər ay yenidən aparılacaq və həmin ay üzrə minimal şərtlərə tələb verən alimlər mükafatlandırılacaqdır.
Mükafatlandırmanın keçirilməsində əsas məqsəd alimlərin obyektiv göstəricilərə əsasən fəaliyyətinin stimullaşdırılması və beynəlxalq impakt faktorlu jurnallarda dərc edilən məqalə sayının artırılmasıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.