https://sputnik.az/20250117/bakidaki-rus-evinde-svaytocnie-vecera-adli-bayram-konserti-olub-470048180.html
Bakıdakı Rus evində "Svaytoçnıe veçera" adlı bayram konserti olub
Bakıdakı Rus evində "Svaytoçnıe veçera" adlı bayram konserti olub
Sputnik Azərbaycan
Rus evinin tamaşaçıları üçün mənəvi və dünyəvi solo, ansambl, xor, vokal, instrumental, musiqi və poetik əsərlərin nümayiş olunduğu xüsusi konsert proqramı... 17.01.2025, Sputnik Azərbaycan
2025-01-17T14:14+0400
2025-01-17T14:14+0400
2025-01-17T14:14+0400
bakıdakı rus evi
rusiya
bayram
tədbir
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e9/01/11/470047025_0:43:968:588_1920x0_80_0_0_26eb5f90f33c0537364be77defc10089.jpg
BAKI, 17 yanvar — Sputnik. Bakıdakı Rus evində keçirilən "Svaytoçnıe veçera" adlı konsertdə tamaşaçılara parlaq bayram proqramı təqdim olunub. Sputnik Azərbaycan xəbər verir ki, tədbir Bakıdakı Rus evi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, paytaxtımızda yerləşən müqəddəs Arxangel Mixail kilsəsinin iştirakı ilə baş tutub. Bayram gecəsinin əvvəlində Bakıdakı Rus evi rəhbərinin müavini Dmitri Yeqorov, Bakı və Azərbaycan yepiskopu Aleksi iştirakçıları salamlayıb və təbriklərini çatdırıblar. Rus evinin tamaşaçıları üçün mənəvi və dünyəvi solo, ansambl, xor, vokal, instrumental, musiqi və poetik əsərlərin nümayiş olunduğu xüsusi konsert proqramı hazırlanıb. Tədbirin aparıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru və BMA-nın baş müəllimi Alyona İnyakina Məsihin doğulması və bununla bağlı qeyd olunan xristian bayramların mənşəyi və keçirilmə ənənələri haqqında danışıb. Bayram axşamı toplaşanlar qarşısında Birləşmiş Xor Hərəkatının Əməkdar xadimi Kristina Əfəndiyevanın rəhbərliyi ilə Bakıdakı müqəddəs Arxangel Mixail kilsəsinin xoru, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərova, Azərbaycan Dövlət Xorunun artistləri Elyar Əliyev və Tofiq Zeynalov, BMA-nın məzunları İnarə Əzimova, Bahar Məmmədova və Emil İsmayılov, BMA-nın tələbəsi Amin Heydərov, müşayiətçi Larisa Zairbekova, Bakı şəhərindəki müqəddəs Arxangel Mixail kilsəsinin uşaq bazar günü məktəbinin yuxarı qrupunun şagirdləri çıxış ediblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/11/470047025_64:0:904:630_1920x0_80_0_0_765d1a6b2e2c2f53b8091603378b7d06.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakıdakı rus evi, bayram, tədbir, azərbaycan
bakıdakı rus evi, bayram, tədbir, azərbaycan
Bakıdakı Rus evində "Svaytoçnıe veçera" adlı bayram konserti olub
Rus evinin tamaşaçıları üçün mənəvi və dünyəvi solo, ansambl, xor, vokal, instrumental, musiqi və poetik əsərlərin nümayiş olunduğu xüsusi konsert proqramı hazırlanıb.
BAKI, 17 yanvar — Sputnik. Bakıdakı Rus evində keçirilən "Svaytoçnıe veçera" adlı konsertdə tamaşaçılara parlaq bayram proqramı təqdim olunub. Sputnik Azərbaycan xəbər verir ki, tədbir Bakıdakı Rus evi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, paytaxtımızda yerləşən müqəddəs Arxangel Mixail kilsəsinin iştirakı ilə baş tutub.
Bayram gecəsinin əvvəlində Bakıdakı Rus evi rəhbərinin müavini Dmitri Yeqorov, Bakı və Azərbaycan yepiskopu Aleksi iştirakçıları salamlayıb və təbriklərini çatdırıblar.
Rus evinin tamaşaçıları üçün mənəvi və dünyəvi solo, ansambl, xor, vokal, instrumental, musiqi və poetik əsərlərin nümayiş olunduğu xüsusi konsert proqramı hazırlanıb.
Tədbirin aparıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru və BMA-nın baş müəllimi Alyona İnyakina Məsihin doğulması və bununla bağlı qeyd olunan xristian bayramların mənşəyi və keçirilmə ənənələri haqqında danışıb.
Bayram axşamı toplaşanlar qarşısında Birləşmiş Xor Hərəkatının Əməkdar xadimi Kristina Əfəndiyevanın rəhbərliyi ilə Bakıdakı müqəddəs Arxangel Mixail kilsəsinin xoru, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərova, Azərbaycan Dövlət Xorunun artistləri Elyar Əliyev və Tofiq Zeynalov, BMA-nın məzunları İnarə Əzimova, Bahar Məmmədova və Emil İsmayılov, BMA-nın tələbəsi Amin Heydərov, müşayiətçi Larisa Zairbekova, Bakı şəhərindəki müqəddəs Arxangel Mixail kilsəsinin uşaq bazar günü məktəbinin yuxarı qrupunun şagirdləri çıxış ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.