https://sputnik.az/20250117/bakida-azerbaycan-gurcustan-hokumetlerarasi-komissiyasinin-iclasi-kecirilir-470050158.html
Bakıda Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının iclası keçirilir
Bakıda Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının iclası keçirilir
Sputnik Azərbaycan
Gürcüstanın Baş naziri bildirib ki, Azərbaycan Gürcüstanın beş əsas ticarət tərəfdaşından biridir. 17.01.2025, Sputnik Azərbaycan
2025-01-17T13:05+0400
2025-01-17T13:05+0400
2025-01-17T13:05+0400
azərbaycan xəbərləri
azərbaycan
gürcüstan
hökumət
komissiya
https://cdnn1.img.sputnik.az/img/40883/13/408831353_0:6:1501:850_1920x0_80_0_0_32b974b8adccdc4ae47924a0d30d7f36.jpg
BAKI, 17 yanvar — Sputnik. Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Bunu Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclasının açılışında deyib. Baş nazirin sözlərinə görə, iki ölkə arasında strateji tərəfdaşlıq keyfiyyətcə yeni səviyyəyə yüksəlib:"Ölkələrimiz arasında fəal siyasi dialoq mövcuddur. Biz beynəlxalq təşkilatlar çərçivəsində həmişə bir-birimizi dəstəkləyirik. Çətin anlarda hər zaman bir-birimizin yanındayıq. Bu ənənə bu gün də davam edir. Mən xüsusilə ərazi bütövlüyü mövzusunda qarşılıqlı dəstəyi qeyd etmək istərdim. İqtisadi-ticari əməkdaşlığımız həmişə çox vacibdir. Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Düzdür, ötən il ticarət dövriyyəmiz bir qədər azalıb, amma əminəm ki, bu müvəqqəti xarakter daşıyır. Biz iqtisadi potensialı tam reallaşdırmaq üçün lazımi addımları atmalıyıq. Bu məsələ şübhəsiz ki, diqqət mərkəzində olacaq", - deyə Əli Əsədov bildirib. Baş nazir bildirib ki, Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi meqalayihələr uğurlu regional əməkdaşlığın nümunəsidir, sözügedən layihələr Cənubi Qafqazın transformasiyasına xidmət edir. Əli əsədov birgə iqtisadi layihələrlə rayonun enerji və nəqliyyat xəritəsinin dəyişdiyini vurğulayıb. "Burada Cənub Qaz Dəhlizini xüsusi qeyd etmək lazımdır. Ölkələrimiz bu strateji layihənin həyata keçirilməsində mühüm rol oynayır. SOCAR Gürcüstan bazarına qaz tədarükünü davam etdirir. Neft sahəsində də əməkdaşlığımız uğurla davam edir. Ötən il Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə 30 milyon tona qədər neft nəql edilib. Kulevi terminalı ilə neft emalı zavodu arasında əməkdaşlıq məsələsi hazırda aktualdır. Bununla bağlı artıq saziş imzalanıb və yaxın vaxtlarda Kulevi terminalından xam neft və neft məhsullarının daşınmasına başlanacaq. Eyni zamanda, bu gün biz birlikdə Avropaya yaşıl enerji körpüsü qururuq. Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsi Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanda həyata keçirilir. Bu layihə Avropanın enerji təhlükəsizliyi üçün mühüm amildir", - deyə Əli Əsədov bildirib. Bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tam istismarı üçün birgə səylərin əhəmiyyəti xüsusilə qeyd edilməlidir, Azərbaycanın əlavə investisiyası və Gürcüstanın səyləri nəticəsində xətt üzrə yükdaşıma qabiliyyəti bir milyondan 5 milyona yüksəldilib. "Xəzər dənizinin ən böyük ticarət limanlarından biri olan Bakı Beynəlxalq Ticarət Limanı Orta Dəhlizin mühüm həlqəsidir. Hazırda limanın yükdaşıma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona çatdırılması istiqamətində aktiv işlər aparılır. Gürcüstanın Poti və Batumi limanları da Orta Dəhlizin mühüm elementləridir. Biz çox şadıq ki, bu gün müvafiq qurumlar nəqliyyat dəhlizi sahəsində əməkdaşlıq memorandumu imzalayacaqlar. Bütün bunlar qitələrarası sövdələşmələrdə mühüm tranzit bağları kimi Azərbaycan və Gürcüstanın rolunu gücləndirir", - Azərbaycanın Baş naziri bildirib. Kobaxidze: Gürcüstan Cənubi Qafqazda üçtərəfli əməkdaşlıq təşəbbüsünü təklif edir Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının 10-cu sessiyasında bildirib ki, Azərbaycan Gürcüstanın beş əsas ticarət tərəfdaşından biridir:O bildirib ki, Gürcüstan Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatına böyük əhəmiyyət verir: "Şübhəsiz ki, qeyd olunan mexanizmin müxtəlif istiqamətlərdə uğurlu işləməsi ümumi maraqlarımıza daha da çox fayda gətirəcək. Ölkələrimiz müdafiə, mədəniyyət, təhsil, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, səhiyyə, turizm, gömrük sahələrində sıx əməkdaşlıq edir. Biz bu sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməyə və dərinləşdirməyə hazır olduğumuzu bildiririk. Bu gün bizim sektorial əməkdaşlığımızın perspektivləri və təşəbbüslərini müzakirə etmək imkanımız olacaq". Baş nazir komissiyanın iclası çərçivəsində əldə olunan nəticələrin strateji tərəfdaşlığa və əməkdaşlığın dərinləşməsinə əlavə təkan verəcəyinə ümid etdiyini bildirib. Xatırladaq ki, bundan öncə Gürcüstanın Baş nazirİ İrakli Kobaxidze Azərbaycanın Baş naziri Əli Əsədovla görüşüb. Bu barədə Gürcüstan Hökumət Aparatının mətbuat xidməti məlumat yayıb. Ə.Əsədov gürcü həmkarını oktyabrın 26-da parlament seçkilərində hakim komandanın qələbəsi və baş nazir vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib, seçkilərin nəticələrinin gürcü xalqının iradəsini bir daha nümayiş etdirdiyini vurğulayıb. Tərəflər həmçinin Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının əsas istiqamətləri və iki ölkənin iqtisadi əməkdaşlığı üzrə hökumətlərarası komissiyanın iclasında müzakirə olunacaq məsələlər haqqında danışıblar. Görüşdə Gürcüstanla Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın müsbət dinamikada inkişaf etdiyi qeyd olunub, bölgədə sülh və sabitliyin əhəmiyyəti vurğulanıb. Baş nazir Gürcüstanın üçtərəfli dialoqa və regional əməkdaşlığın inkişafına dəstək verməyə hazır olduğunu söyləyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40883/13/408831353_62:0:1387:994_1920x0_80_0_0_788ab446525268c308d8187977b5c61f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan, gürcüstan, hökumət, komissiya
azərbaycan, gürcüstan, hökumət, komissiya
Bakıda Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının iclası keçirilir
Gürcüstanın Baş naziri bildirib ki, Azərbaycan Gürcüstanın beş əsas ticarət tərəfdaşından biridir.
BAKI, 17 yanvar — Sputnik. Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.
Bunu Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclasının açılışında deyib.
Baş nazirin sözlərinə görə, iki ölkə arasında strateji tərəfdaşlıq keyfiyyətcə yeni səviyyəyə yüksəlib:
"Hörmətli baş nazir, Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Ötən müddət ərzində strateji tərəfdaşlığımız keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Bu əməkdaşlıq bütün mühüm sahələri əhatə edir və 140-a yaxın sənəd daxil olmaqla geniş hüquqi bazaya malikdir".
"Ölkələrimiz arasında fəal siyasi dialoq mövcuddur. Biz beynəlxalq təşkilatlar çərçivəsində həmişə bir-birimizi dəstəkləyirik. Çətin anlarda hər zaman bir-birimizin yanındayıq. Bu ənənə bu gün də davam edir. Mən xüsusilə ərazi bütövlüyü mövzusunda qarşılıqlı dəstəyi qeyd etmək istərdim. İqtisadi-ticari əməkdaşlığımız həmişə çox vacibdir. Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Düzdür, ötən il ticarət dövriyyəmiz bir qədər azalıb, amma əminəm ki, bu müvəqqəti xarakter daşıyır. Biz iqtisadi potensialı tam reallaşdırmaq üçün lazımi addımları atmalıyıq. Bu məsələ şübhəsiz ki, diqqət mərkəzində olacaq", - deyə Əli Əsədov bildirib.
Baş nazir bildirib ki, Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi meqalayihələr uğurlu regional əməkdaşlığın nümunəsidir, sözügedən layihələr Cənubi Qafqazın transformasiyasına xidmət edir.
Əli əsədov birgə iqtisadi layihələrlə rayonun enerji və nəqliyyat xəritəsinin dəyişdiyini vurğulayıb.
"Burada Cənub Qaz Dəhlizini xüsusi qeyd etmək lazımdır. Ölkələrimiz bu strateji layihənin həyata keçirilməsində mühüm rol oynayır. SOCAR Gürcüstan bazarına qaz tədarükünü davam etdirir. Neft sahəsində də əməkdaşlığımız uğurla davam edir. Ötən il Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə 30 milyon tona qədər neft nəql edilib. Kulevi terminalı ilə neft emalı zavodu arasında əməkdaşlıq məsələsi hazırda aktualdır. Bununla bağlı artıq saziş imzalanıb və yaxın vaxtlarda Kulevi terminalından xam neft və neft məhsullarının daşınmasına başlanacaq. Eyni zamanda, bu gün biz birlikdə Avropaya yaşıl enerji körpüsü qururuq. Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsi Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanda həyata keçirilir. Bu layihə Avropanın enerji təhlükəsizliyi üçün mühüm amildir", - deyə Əli Əsədov bildirib.
Bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tam istismarı üçün birgə səylərin əhəmiyyəti xüsusilə qeyd edilməlidir, Azərbaycanın əlavə investisiyası və Gürcüstanın səyləri nəticəsində xətt üzrə yükdaşıma qabiliyyəti bir milyondan 5 milyona yüksəldilib.
"Xəzər dənizinin ən böyük ticarət limanlarından biri olan Bakı Beynəlxalq Ticarət Limanı Orta Dəhlizin mühüm həlqəsidir. Hazırda limanın yükdaşıma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona çatdırılması istiqamətində aktiv işlər aparılır. Gürcüstanın Poti və Batumi limanları da Orta Dəhlizin mühüm elementləridir. Biz çox şadıq ki, bu gün müvafiq qurumlar nəqliyyat dəhlizi sahəsində əməkdaşlıq memorandumu imzalayacaqlar. Bütün bunlar qitələrarası sövdələşmələrdə mühüm tranzit bağları kimi Azərbaycan və Gürcüstanın rolunu gücləndirir", - Azərbaycanın Baş naziri bildirib.
Kobaxidze: Gürcüstan Cənubi Qafqazda üçtərəfli əməkdaşlıq təşəbbüsünü təklif edir
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının 10-cu sessiyasında bildirib ki, Azərbaycan Gürcüstanın beş əsas ticarət tərəfdaşından biridir:
"Regional əməkdaşlıq kontekstində enerji və nəqliyyat marşrutlarının uğurlu fəaliyyətinin təmin edilməsi, mövcud münaqişələrin nizamlanması və regionda təhlükəsizliyin təşviq edilməsi vacibdir. Bu gün biz təbii olaraq mövcud iqtisadi, ticari, enerji və nəqliyyat layihələri, onların əhəmiyyəti üzərində dayanacağıq. Bu iqtisadi layihələr ölkələrimizin cəlbediciliyini xeyli artırır. Azərbaycan son bir neçə ildə ölkəmiz üçün ilk beş ticarət tərəfdaşı arasındadır. Bu baxımdan Azərbaycan Gürcüstanın ən mühüm strateji tərəfdaşlarından biridir. Biz Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzrum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi layihələri, "Orta Dəhliz" layihəsi, həmçinin Qara dəniz sualtı kabel layihəsi kimi vacib regional layihələr həyata keçiririk. Birgə səylərimizi enerji təhlükəsizliyinin və enerji müstəqilliyinin təmini və təşviqi istiqamətində yönəltməliyik".
O bildirib ki, Gürcüstan Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatına böyük əhəmiyyət verir: "Şübhəsiz ki, qeyd olunan mexanizmin müxtəlif istiqamətlərdə uğurlu işləməsi ümumi maraqlarımıza daha da çox fayda gətirəcək. Ölkələrimiz müdafiə, mədəniyyət, təhsil, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, səhiyyə, turizm, gömrük sahələrində sıx əməkdaşlıq edir. Biz bu sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməyə və dərinləşdirməyə hazır olduğumuzu bildiririk. Bu gün bizim sektorial əməkdaşlığımızın perspektivləri və təşəbbüslərini müzakirə etmək imkanımız olacaq".
Baş nazir komissiyanın iclası çərçivəsində əldə olunan nəticələrin strateji tərəfdaşlığa və əməkdaşlığın dərinləşməsinə əlavə təkan verəcəyinə ümid etdiyini bildirib.
Xatırladaq ki, bundan öncə Gürcüstanın Baş nazirİ İrakli Kobaxidze Azərbaycanın Baş naziri Əli Əsədovla görüşüb. Bu barədə Gürcüstan Hökumət Aparatının mətbuat xidməti məlumat yayıb.
Ə.Əsədov gürcü həmkarını oktyabrın 26-da parlament seçkilərində hakim komandanın qələbəsi və baş nazir vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib, seçkilərin nəticələrinin gürcü xalqının iradəsini bir daha nümayiş etdirdiyini vurğulayıb.
Tərəflər həmçinin Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının əsas istiqamətləri və iki ölkənin iqtisadi əməkdaşlığı üzrə hökumətlərarası komissiyanın iclasında müzakirə olunacaq məsələlər haqqında danışıblar.
Görüşdə Gürcüstanla Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın müsbət dinamikada inkişaf etdiyi qeyd olunub, bölgədə sülh və sabitliyin əhəmiyyəti vurğulanıb.
Baş nazir Gürcüstanın üçtərəfli dialoqa və regional əməkdaşlığın inkişafına dəstək verməyə hazır olduğunu söyləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.