CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda 6 kq çəkidə körpə doğulub

© Photo : Clinical Medicine Center6 kq çəkidə körpə
6 kq çəkidə körpə  - Sputnik Azərbaycan, 1920, 17.01.2025
Abunə olmaq
Müalicələr nəticəsində körpənin səhhətində müsbət dinamika qeyd olunub, hazırda çarpayı rejimində nazal oksigen terapiyasındadır.
BAKI, 17 yanvar — Sputnik. Bakıda yanvar ayının 10-da Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində çəkisi 6 kq, boyu 58 sm olan qız dünyaya gəlib. KTM-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, təbii doğuşla hipoksiya ilə doğulan körpə N-SPAP və süni tənəffüs aparatlarına qoşulub.
Qeyd olunub ki, müalicələr nəticəsində körpənin səhhətində müsbət dinamika qeyd olunub, hazırda çarpayı rejimində nazal oksigen terapiyasındadır.
Məlumata görə, hazırda körpənin vəziyyəti orta-ağır, ananın vəziyyəti isə stabil qiymətləndirilir.
Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsinin mama-ginekoloqu Solmaz Mehdiyeva jurnalistlərə açıqlamasında deyib ki, 6 kiloqram çəkidə doğulan körpə sabah evə buraxılacaq.
Onun sözlərinə görə, körpənin vəziyyəti hazırda normaldır və təbii şəkildə ana südü ilə qidalana bilir:
"Bu ananın artıq üçüncü hamiləliyidir. Bundan əvvəl dünyaya gətirdiyi körpəsi də 4 kiloqram 600 qramla təbii doğuşla dünyaya gəlib. Hamiləliyin əvvəlindən qadın 1 saylı qadın məsləhətxanasında qeydiyyatda olub, doğuşa az qalmış bizə müraciət edib". Doğumdan əvvəl anaya təkidlə qeysəriyyə əməliyyatını məsləhət gördüklərini deyən S.Mehdiyeva qeyd edib ki, o, bundan imtina edib: "Ananın özünün də boyu uca, çəkisi çoxdur. Buna baxmayaraq, doğuşdan əvvəlki müayinələrdə şəkər xəstəliyi aşkarlanmadı. Yəni, uşağın çəkisi hansısa xəstəlikdən yox, tamamilə təbii şəkildə belə çoxdur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0