Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda inflyasiya artıb - Ən çox hansı məhsullar bahalaşıb?

Kassa - Sputnik Azərbaycan, 1920, 17.01.2025
Abunə olmaq
Ölkədə keçən ay istehlak qiymətləri 4.9 faiz artımla 2023-cü ilin oktyabrından bəri maksimuma yüksəlib.
BAKI, 17 yanvar — Sputnik. 2024-cü ilin dekabr ayında ölkədə istehlak qiymətləri illik müqayisədə 4,9 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a məlumat verilib ki, keçən ay illik müqayisədə qida məhsulları, içkilər və tütün məmulatları 5,5 faiz, qeyri-qida məhsulları 2,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 6,3 faiz artıb. Dekabr ayında istehlak qiymətləri aylıq müqayisədə isə 1 faiz yüksəlib.
© Photo : The State Statistical Committee of the Republic of AzerbaijanCədvəl
Cədvəl - Sputnik Azərbaycan, 1920, 15.01.2025
Cədvəl
Ən çox bahalaşan və ucuzlaşan məhsullar...
Dekabr ayında aylıq müqayisədə qida məhsullarından daha çox bahalaşma uzun və yumru düyünün, mal və qoyun ətinin, balıq və balıq məhsullarının, südün, qatığın, şorun, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, almanın, heyvanın, narın, üzümün, qozun, fındığın, şabalıdın, göyərtinin, pomidorun, xiyarın, şirin bibərin, sarımsağın, soğanın, kartofun, qara və yaşıl çayın, ucuzlaşma isə qarabaşaq yarmasının, limonun, portağalın, naringinin, süfrə çuğundurunun, yerkökünün qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Dekabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından bahalaşma məişət cihazlarının və şəxsi gigiyena məmulatlarının, ucuzlaşma isə kəsilmiş taxtanın, ortopedik döşəklərin, fərdi kompüter və noutbukların qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

"Dekabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən stomatoloji xidmətlərin, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətlərinin, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib", - məlumatda bildirilib.
Qeyd edək ki, dekabr ayında istehlak qiymətləri 4.9 faiz artımla 2023-cü ilin oktyabrından bəri maksimuma yüksəlib.
Ekspert: "Azərbaycanda inflyasiyanın ikirəqəmli olacağı proqnozlaşdırılmır"
İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a bu ilin inflyasiya proqnozundan danışarkən deyib ki, Mәrkәzi Bankın son proqnozlarına görә, 2025-ci ildә ölkədə illik inflyasiyanın 5.8% әtrafında olacağı nəzərdə tutulur: "Tarif (qiymət) Şurasının iclasında bir sıra kommunal xidmətlərin qiymətinin tənzimlənməsi də inflyasiyaya təsir edəcək. Lakin bu il Azərbaycanda inflyasiyanın ikirəqəmli olacağı proqnozlaşdırılmır, illik 4-5%-lik inflyasiya gözlənilir".
© Photo : Social media page of Khalid Kerimliİqtisadçı-ekspert Xalid Kərimli
İqtisadçı-ekspert Xalid Kərimli - Sputnik Azərbaycan, 1920, 16.01.2025
İqtisadçı-ekspert Xalid Kərimli
Ekspert bildirib ki, əhalinin istehlak xərcləri də artacaq: "Bundan başqa, keçən ilin ikinci yarısında dizelin və benzinin qiyməti qaldırılıb və bunun inflyasiyaya təsiri hələ bu il də davam edəcək. Çünki enerji daşıyıcılarının qiymətinin qalxması sürətli şəkildə yox, inflyasiyaya tədricən təsir edir. Ona görə bu artımın inflyasiyaya təsirləri cari ildə də davam edəcək".
"Bundan əlavə, minimum aylıq əməkhaqqının artması da inflyasiyaya təsir edən amildir. Çünki bir tərəfdən biznesin xərci artır, digər tərəfdən alıcılıq qabiliyyəti yüksəlir, bu da inflyasiya üçün şərait yaradır", - o əlavə edib.
Mәrkәzi Bank: "2025-ci ildә illik inflyasiyanın 5.8% ətrafında olacağı gözlәnilir"
Qeyd edək ki, Mәrkәzi Bankın 2025-ci il üçün pul siyasәtinin әsas istiqamәtlәri barәdә Bəyanatında deyilir ki, 2025-ci ildә dә Mәrkәzi Bankın pul siyasәti inflyasiyanın aşağı vә stabil sәviyyәdә saxlanılmasına yönәldilәcәk. Pul siyasәti qәrarları yenilәnmiş makroiqtisadi proqnozlar, ortamüddәtli dövrә inflyasiyanın xarici vә daxili amillәri üzrә risk balansının dәyişimi әsasında verilәcәk. Mәrkәzi Bankın son (oktyabr 2024) proqnozlarına görә, 2025-ci ildә illik inflyasiyanın 5.8% әtrafında olacağı gözlәnilir ki, bu da hәdәfә uyğundur. Mәrkәzi Bank 2025-ci ildә dә inflyasiya amillәrinin hәrtәrәfli tәhlili әsasında özünün inflyasiya proqnozlarını müntәzәm yenilәyәcәk.
© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının Mərkəzi Bankı
Центральный банк Азербайджанской Республики - Sputnik Azərbaycan, 1920, 16.01.2025
Azərbaycan Respublikasının Mərkəzi Bankı
Sənəddə vurğulanır ki, qiymәtlәrin sabitliyi ilә bağlı bir sıra xarici vә daxili risklәr aktuallığını saxlayır: "2025-ci ildә dә xarici faktorlar – dünya bazarında әmtәә qiymәtlәrinin dinamikası, tәrәfdaş ölkәlәrdә inflyasiya proseslәri vә iqtisadi aktivlik ölkәdәki inflyasiya proseslәrinә tәsir göstәrәcәk. Geosiyasi gәrginliyin davam etmәsi şәraitindә sözügedәn xarici faktorların dәyişkәn olaraq qalacağı gözlәnilir. Mәcmu tәlәbin izafi genişlәnmәsi ehtimalı, qiymәtlәri dövlәt tәrәfindәn tәnzimlәnәn mәhsul vә xidmәt tariflәrinin dәyişimi, habelә inflyasiya gözlәntilәrinin artması isә qiymәt sabitliyi üçün daxili risk mәnbәlәridir".
Birrəqəmli inflyasiya: Baş nazir əsas vəzifələri açıqlayıb
Xatırladaq ki, "2025-ci ildə də hökumətin əsas vəzifələrindən biri balanslaşdırılmış büdcənin, dayanıqlı iqtisadi artım üçün makroiqtisadi sabitliyin və inflyasiyanın birrəqəmli səviyyəsinin təmin edilməsi olacaq. Hökumət tərəfindən təsdiq edilmiş müvafiq Tədbirlər Planının icrası da antiinflyasiya tədbirlərinə öz töhfəsini verib". Bunu Baş nazir Əli Əsədov Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Baş nazir deyib ki, dünya ərzaq qiymətlərinin nisbətən bahalaşmasına, əsas ticarət tərəfdaşlarında yüksək inflyasiyaya baxmayaraq, 2024-cü ilin 11 ayında Azərbaycanda illik inflyasiya 4.4% olub: "Hazırda dünyada və regionda davam edən geosiyasi gərginliklərə, iqlim dəyişikliklərinə, əmtəə bazarlarında qiymətlərin volatilliyinə baxmayaraq ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub".
Xəbər lenti
0