Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Aİİ ümumi enerji bazarlarının yaradılması istiqamətində işləri gücləndirir

© Sputnik / Михаил Метцель / POOL / Mediabanka keçidAİİ
Aİİ - Sputnik Azərbaycan, 1920, 17.01.2025
Abunə olmaq
Ümumi enerji bazarlarının yaradılması məsələsi Ali Avrasiya İqtisadi Şurasının 2024-cü ilin dekabrında keçirilən iclasında ətraflı müzakirə olunub.
BAKI, 17 yanvar — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ümumi enerji bazarlarının yaradılması üzərində işləri gücləndirirlər. Bunu Belarus baş nazirinin müavini İqor Petrişenko bildirib.
Onun sözlərinə görə, ümumi enerji bazarlarının yaradılması məsələsi 2024-cü ilin dekabrında Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasında ətraflı müzakirə olunub.
Petrişenko, həmçinin qeyd edib ki, maneəsiz mühitin yaradılması Aİİ məkanında ən mühüm vəzifələrdən biridir. Onun izah etdiyi kimi, şərait yaratmaq lazımdır ki, ticarətdə yeni maneələr qoyulmasın və mövcud maneələr aradan qaldırılsın.

"Məqsəd odur ki, Avrasiya iqtisadi məkanımızda xidmətlərin, kapitalın, malların və işçi qüvvəsinin hərəkət sürəti maksimum olsun. Burada həm də logistika və nəqliyyat komponenti ilə bağlı məsələlər - üçüncü ölkələrə/üçüncü ölkələrdən beynəlxalq daşımalar, avia uçuşlar çərçivəsində sərbəst hərəkət məsələləri var. Burada da "müəyyən nüanslar var", - Belarus baş nazirinin müavini deyib.

O əlavə edib ki, Belarusun Aİİ-də sədrliyinin əsas istiqamətləri əməkdaşlıq, texnoloji potensialın yaradılması və mikroelektronikaya aiddir.
Petrişenkonun sözlərinə görə, Aİİ-nin sənaye əməkdaşlığı layihələri alınan antidempinq rüsumları hesabına maliyyələşdiriləcək. Gəlirlərin 10% -ni bu məqsədlərə yönəltmək qərara alınıb.
"Birgə əməkdaşlıq layihələrini dəstəkləmək və inkişaf etdirmək üçün biz maliyyə resurslarımızı mümkün qədər cəmləşdirməli və ölkələrin bütün maliyyə alətlərini birləşdirməliyik", - baş nazirin müavini vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0