https://sputnik.az/20250116/zaxarova-a-ve-nato-olkelerinin-sakinlerine-rus-dilini-indiden-oyrenmeyi-tovsiye-edib-470031434.html
Zaxarova Aİ və NATO ölkələrinin sakinlərinə rus dilini indidən öyrənməyi tövsiyə edib
Zaxarova Aİ və NATO ölkələrinin sakinlərinə rus dilini indidən öyrənməyi tövsiyə edib
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi xatırladıb ki, rus dili BMT-nin rəsmi dillərindən biridir və bu dildə dünya bədii klassiklərinin ayrılmaz... 16.01.2025, Sputnik Azərbaycan
2025-01-16T18:30+0400
2025-01-16T18:30+0400
2025-01-16T18:30+0400
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
rusiya
mariya zaxarova
mariya zaxarova
nato
nato
rus dili
https://cdnn1.img.sputnik.az/img/07e9/01/10/470031268_0:0:3072:1728_1920x0_80_0_0_25bfed4118d53ba8d86b71b332704f30.jpg
BAKI, 16 yanvar — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova istehza ilə Avropa İttifaqı və NATO ölkələrinin sakinlərinə gözəl dil olduğu üçün rus dilini indi öyrənməyi tövsiyə edib. Bunu Zaxarova cümə axşamı keçirilən brifinqdə NATO baş katibi Mark Ruttenin açıqlamalarını şərh edərkən deyib. "Mən öz növbəmdə Aİ və NATO üzvlərinə rus dilini indi öyrənməyi tövsiyə etmək istərdim. Siz bunu pulsuz və ya öz ölkələrinin ÜDM-nin müəyyən faizi müqabilində, istədiyiniz kimi edə bilərsiniz. Dil gözəl dildir!" – o, sözünə davam edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi xatırladıb ki, rus dili BMT-nin rəsmi dillərindən biridir və bu dildə dünya bədii klassiklərinin ayrılmaz hissəsi olan əsərlər yazılır. "Mən onu öyrənməmək üçün heç bir səbəb görmürəm", - XİN nümayəndəsi sözünü yekunlaşdırıb. Qeyd edək ki, bundan əvvəl NATO-nun baş katibi Mark Rutte Avropa Parlamentində çıxışı zamanı parlament üzvlərini Rusiya təhlükəsi ilə hədələyib. O, bəyan edib ki, avropalılar müdafiə xərclərini dəstəkləməsələr, bir neçə ildən sonra rus dilini öyrənməli olacaqlar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/10/470031268_341:0:3072:2048_1920x0_80_0_0_746ab3791a6366dce5c3acc7886a8337.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, mariya zaxarova, nato, nato, rus dili
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, mariya zaxarova, nato, nato, rus dili
Zaxarova Aİ və NATO ölkələrinin sakinlərinə rus dilini indidən öyrənməyi tövsiyə edib
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi xatırladıb ki, rus dili BMT-nin rəsmi dillərindən biridir və bu dildə dünya bədii klassiklərinin ayrılmaz hissəsi olan əsərlər yazılır.
BAKI, 16 yanvar — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova istehza ilə Avropa İttifaqı və NATO ölkələrinin sakinlərinə gözəl dil olduğu üçün rus dilini indi öyrənməyi tövsiyə edib.
Bunu Zaxarova cümə axşamı keçirilən brifinqdə NATO baş katibi Mark Ruttenin açıqlamalarını şərh edərkən deyib.
"Mən öz növbəmdə Aİ və NATO üzvlərinə rus dilini indi öyrənməyi tövsiyə etmək istərdim. Siz bunu pulsuz və ya öz ölkələrinin ÜDM-nin müəyyən faizi müqabilində, istədiyiniz kimi edə bilərsiniz. Dil gözəl dildir!" – o, sözünə davam edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi xatırladıb ki, rus dili BMT-nin rəsmi dillərindən biridir və bu dildə dünya bədii klassiklərinin ayrılmaz hissəsi olan əsərlər yazılır.
"Mən onu öyrənməmək üçün heç bir səbəb görmürəm", - XİN nümayəndəsi sözünü yekunlaşdırıb.
Qeyd edək ki, bundan əvvəl NATO-nun baş katibi Mark Rutte Avropa Parlamentində çıxışı zamanı parlament üzvlərini Rusiya təhlükəsi ilə hədələyib. O, bəyan edib ki, avropalılar müdafiə xərclərini dəstəkləməsələr, bir neçə ildən sonra rus dilini öyrənməli olacaqlar.