DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Trampla Qrenlandiya uğrunda mübarizəsində Aİ Danimarkanı meydanda tək qoyacaq

© AP Photo / Evan VucciDonald Tramp, arxiv
Donald Tramp, arxiv - Sputnik Azərbaycan, 1920, 16.01.2025
Abunə olmaq
Donald Tramp bildirib ki, milli təhlükəsizlik və "azad dünya"nı potensial təhlükələrdən qorumaq naminə Qrenlandiyanın ABŞ-ın bir hissəsinə çevrilməsi vacibdir.
BAKI, 16 yanvar — Sputnik. Avropa İttifaqı ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla Qrenlandiya uğrunda mübarizədə Danimarkanı meydanda tək qoyacaq.
Bu fikri rusiyalı senator Aleksey Puşkov özünün "Telegram" kanalında səsləndirib.
Xatırladaq ki, yanvarın 15-də Danimarkanın baş naziri Mette Frederiksen Trampla Qrenlandiyanı müzakirə edərək, adanın sakinlərinin müstəqillik məsələsini özləri həll etməli olduğunu vurğulayıb.
"Görünür, "qürurlu" Danimarka başa düşüb ki, Kopenhagenin Qrenlandiyanın "təhlükəsizliyini" gücləndirdiyi iki patrul qayığı və iki itə bağlanmış qoşqudakı polis məmurları onu Donald Trampın təzyiqindən xilas etməyəcəklər. Və, budur, hazırda Danimarkanın baş naziri Qrenlandiyanın müstəqilliyini qəbul etməyə hazırdır: o deyir ki, yerli sakinlər bu qərarı özləri verəcəklər. Bəs guya "müstəqil" Qrenlandiya kimdən asılı olacaq? "Aydındır ki, Danimarkadan deyil" - Puşkov qeyd edib.
Bundan əvvəl Donald Tramp bildirib ki, milli təhlükəsizlik və "azad dünya"nı potensial təhlükələrdən qorumaq naminə Qrenlandiyanın ABŞ-ın bir hissəsinə çevrilməsi vacibdir.
Xəbər lenti
0