https://sputnik.az/20250116/tramp-a-mallarina-rusum-tetbiq-etse-almaniya-300-min-is-yerini-itirecek-470015070.html
Tramp Aİ mallarına rüsum tətbiq etsə, Almaniya 300 min iş yerini itirəcək
Tramp Aİ mallarına rüsum tətbiq etsə, Almaniya 300 min iş yerini itirəcək
Sputnik Azərbaycan
Almaniyada 1,2 milyon iş yeri ABŞ-a ixracdan asılıdır. 16.01.2025, Sputnik Azərbaycan
2025-01-16T11:28+0400
2025-01-16T11:28+0400
2025-01-16T12:01+0400
donald tramp
dünya xəbərləri
brüssel
brüssel
brüssel
abş
abş
almaniya
https://cdnn1.img.sputnik.az/img/07e9/01/0e/469994351_0:160:3072:1888_1920x0_80_0_0_baf2af2dea95f05a065e8edcad80bfc2.jpg
BAKI, 16 yanvar — Sputnik. ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp təhdidlərini yerinə yetirsə və Avropa İttifaqı (Aİ) mallarına daha yüksək rüsumlar tətbiq etsə, Almaniya 300 minə yaxın iş itkisi ilə üzləşə bilər. Bu barədə “TASS” agentliyi xəbər verir. Bu hesablamalar haqqında məlumatı dərc edən “Süddeutsche Zeitung” qəzetinin məlumatına görə, rüsumların tətbiqi əsasən istehsal olunan məhsulların 28%-nin xaricə getdiyi ixracyönümlü Almaniyaya daha çox təsir edəcək. Almaniyada 1,2 milyon iş yeri ABŞ-a ixracdan asılıdır ki, bu da ölkənin maşınqayırma və avtomobil istehsalı kimi ən böyük sənaye sahələrində çalışan işçilərin sayından çoxdur. Seçki kampaniyası zamanı Donald Tramp noyabrda keçirilən prezident seçkilərində qalib gələcəyi təqdirdə idxal rüsumlarını əhəmiyyətli dərəcədə artırmaq niyyətində olduğunu söyləyib. O, proqramında istənilən malların idxalına 10 faiz rüsum tətbiq edilməsini, Çindən idxala 60 faiz, ABŞ-dan kənarda istehsal olunan avtomobillərə isə 100 faiz rüsum tətbiq etməyi təklif edib. Bu yaxınlarda Tramp Brüsselin ABŞ neft və qazının alış həcmini artırmadığı təqdirdə, Aİ-yə qarşı daha yüksək idxal rüsumları tətbiq etmək niyyətində olduğunu bildirib.
brüssel
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/0e/469994351_171:0:2902:2048_1920x0_80_0_0_e9e79fa1e1a52d4f95b5dcc66e2662fb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
donald tramp, brüssel, brüssel, brüssel, abş, abş, almaniya
donald tramp, brüssel, brüssel, brüssel, abş, abş, almaniya
Tramp Aİ mallarına rüsum tətbiq etsə, Almaniya 300 min iş yerini itirəcək
11:28 16.01.2025 (Yenilənib: 12:01 16.01.2025) Almaniyada 1,2 milyon iş yeri ABŞ-a ixracdan asılıdır.
BAKI, 16 yanvar — Sputnik. ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp təhdidlərini yerinə yetirsə və Avropa İttifaqı (Aİ) mallarına daha yüksək rüsumlar tətbiq etsə, Almaniya 300 minə yaxın iş itkisi ilə üzləşə bilər.
Bu barədə “TASS” agentliyi xəbər verir.
Bu hesablamalar haqqında məlumatı dərc edən “Süddeutsche Zeitung” qəzetinin məlumatına görə, rüsumların tətbiqi əsasən istehsal olunan məhsulların 28%-nin xaricə getdiyi ixracyönümlü Almaniyaya daha çox təsir edəcək. Almaniyada 1,2 milyon iş yeri ABŞ-a ixracdan asılıdır ki, bu da ölkənin maşınqayırma və avtomobil istehsalı kimi ən böyük sənaye sahələrində çalışan işçilərin sayından çoxdur.
Seçki kampaniyası zamanı Donald Tramp noyabrda keçirilən prezident seçkilərində qalib gələcəyi təqdirdə idxal rüsumlarını əhəmiyyətli dərəcədə artırmaq niyyətində olduğunu söyləyib. O, proqramında istənilən malların idxalına 10 faiz rüsum tətbiq edilməsini, Çindən idxala 60 faiz, ABŞ-dan kənarda istehsal olunan avtomobillərə isə 100 faiz rüsum tətbiq etməyi təklif edib.
Bu yaxınlarda Tramp Brüsselin ABŞ neft və qazının alış həcmini artırmadığı təqdirdə, Aİ-yə qarşı daha yüksək idxal rüsumları tətbiq etmək niyyətində olduğunu bildirib.