Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rusiya-Çin ticarəti rekord dərəcədə artıb

© Sputnik / Кристина КормилицынаRusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin
Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin - Sputnik Azərbaycan, 1920, 16.01.2025
Abunə olmaq
Çin-Rusiya ticarəti 2024-cü ildə 244,81 milyard dollar olaraq rekord həddə çatıb.
BAKI, 16 yanvar — Sputnik. Rusiya Respublikası ilə Çin Xalq Respublikası (ÇXR) arasında ticarət dövriyyəsi ötən ilin yekunlarına görə rekord həddə artaraq 244,81 milyard dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 1,9% çoxdur.
Bu barədə "RİA Novosti" agentliyi Çinin Baş Gömrük İdarəsinin məlumatlarına istinadən xəbər verir.
Çinin Rusiyadan idxalının göstəricisi ötən ilin səviyyəsində qalıb - 129,32 milyard dollar.
Çin hesabat dövründə Rusiyaya təxminən 115,5 milyard dollar dəyərində mal ixrac edib ki, bu da bir il əvvəlkindən 4,1% çoxdur. Rusiyadan Çin idxalının göstəricisi 129,32 milyard dollar olmaqla ötən ilin səviyyəsində qalıb.
Çin və ABŞ arasında ticarət dövriyyəsinin həcmi 2024-cü ilin yekunlarına görə əvvəlki illə müqayisədə 3,7% artaraq 688,28 milyard dollara çatıb. Çin ötən ildə ABŞ-a 524 milyard dollar dəyərində mal satıb ki, bu da əvvəlki illə müqayisədə 4,9% çoxdur. ABŞ Çinə 163,624 milyard dollar dəyərində mal idxal edib və bu, 2023-cü illə müqayisədə 0,1% azalma deməkdir.
Dekabrda "Reuters" agentliyi Çin gömrük məlumatlarına istinadən yazıb ki, noyabr ayında Çinin Rusiyaya ixracı ötən ilin eyni ayı ilə müqayisədə yuan ifadəsində 10,5% azalıb ki, bu da son dörd ayda ilk azalmadır. Oktyabrda isə əksinə, ixrac 24% artıb və belə kəskin azalma gözlənilməz olub.
Xəbər lenti
0