https://sputnik.az/20250116/rus-dilini-oyrenin-avropa-yoxsullasacaq-ehali-ac-qalacaq-siz-ovladlarinizi-xilas-edin-470010041.html
"Rus dilini öyrənin": Avropa yoxsullaşacaq, əhali ac qalacaq, siz övladlarınızı xilas edin
"Rus dilini öyrənin": Avropa yoxsullaşacaq, əhali ac qalacaq, siz övladlarınızı xilas edin
Sputnik Azərbaycan
Ağlasığmaz pozğunluqların tətbiqi ilə fahişəliyin artması, friqanizm, məcburi veqanizm, yuyulmamış paltarlarda gəzmək, kütləvi küçə cinayətləri - bütün bunlar... 16.01.2025, Sputnik Azərbaycan
2025-01-16T08:42+0400
2025-01-16T08:42+0400
2025-01-16T08:42+0400
rus dili
təhlil
avropa
abş
yeni zelandiya
covid-19
fahişəlik
zibillik
nato
mark rutte
https://cdnn1.img.sputnik.az/img/07e6/02/01/438715798_0:156:3085:1891_1920x0_80_0_0_68d790a231bdcb5ff205eca7577bd68d.jpg
Zibilxanalarda yemək axtaran qocalar, fahişəlik edən ac tələbələr, küçələrdə sədəqə istəyən evsiz əlillər - tezliklə Avropanın "müqəddəs daşlarına" çatan rus turistlər heyrətlə belə bir mənzərəni seyr edəcəklər. Belə təsəvvür yaranmışdı ki, COVID və Xüsusi Hərbi Əməliyyat illəri zamanı ABŞ Avropanın əlindən ala biləcəyi hər şeyi artıq əldə edib. Amma yox. Məlum olur ki, sənayesizləşdirilmiş Qoca Qitənin əlindən sosial xərcləri də almaq olar. Təqaüdlər, müavinətlər, ucuz və hətta bəzən pulsuz tibbi xidmət - bunların hamısını təcili olaraq aradan qaldırmaq lazımdır. NATO-nun yeni baş katibi açıq şəkildə avropalılara sosial xərcləri azaltmağı təklif edib. Mark Ruttenin hesablamalarına görə, Avropa ölkələri öz gəlirlərinin dörddə birini səhiyyə, pensiya və müavinətlərə xərcləyirlər, lakin kifayət qədər silah almırlar. Odur ki, təcili şəkildə pensiyaçılar və əlillərin əlindən pul alınmalı, əvəzində amerikalılardan daha çox təyyarə və tank əldə edilməlidir. Avropalılar "Ukraynanı qorumaq" bəhanəsi ilə öz hərbi — sənaye komplekslərini — yeni fabrikləri insanlara iş verə bilər-tanıtmağa çalışdılar və hətta bu iş üçün xarakterik EDİP adı ilə öz müdafiə proqramlarını yaratdılar. Müəlliflərin seçimi gülüş və ikrah hissi doğurur. Axı Edip anası ilə yatmış yunan bədbəxtinin adıdır. Bu hərəkətdən sonra o özünün gəzlərini çıxardaraq şahlıqdan imtina edib və küçələrdə səfil həyatı sürüb. Bu hekayə və özlərinin seçdiyi ad Avropa hərbi-sənaye kompleksi üçün yaxşı metafora ola bilər. Ancaq Mark Rutte, avropalıların öz məhsullarının istehsalı əvəzinə, Amerika mallarını almasını təmin etmək üçün vəzifəyə qoyulub. O qeyd edib ki, Avropa müdafiə proqramı ABŞ istehsalçıları üçün açıq olmalıdır. Yəni hər şey, Avropanın öz qocaları hesabına əldə etdikləri vəsaitlə ABŞ şirkətlərini maliyələşdirməsi ilə nəticələnəcək. Köhnə dünyaya, dolların daha güclü olması və "Lockheed Martin" səhmlərinin daha da yüksəlməsi naminə, şüurlu şəkildə yoxsullaşmaq və ac qalmaq tapşırılır.Onsuz da ÜDM-in iki faizini müdafiə xərclərinə ayıran NATO üzvləri çox narahatdırlar. Donald Tramp isə artıq bu xərclərin beş faizə çatdırılması tələbi ilə çıxış edib. Belə olan halda isə mütləq xəstəxanalar bağlanmalı və məktəblərdə isə uşaqların yeməyi kəsilməli olacaq. Avropalılar pis yaşamalıdır ki, amerikalılar daha bir müddət yaxşı yaşaya bilsin. Ruttenin boş söhbətini bir kənara qoysaq, Vaşinqton 1990-cı illərdə keçmiş Sovet İttifaqının ərazilərini qarət etdiyi kimi hazırda Avropanı məhv edir. Eyni sənayesizləşdirmə, möhtəşəm sosial təminat sisteminin çöküşü, eyni kütləvi cinayət, qorxu və ümidsizlik. Qaralmış, zərif geyinmiş, daim dünya səyahətlərində olan avropalı təqaüdçünün obrazı çoxdan tarixə qovuşub. Bütün dünyanın həsəd apardığı sosial sahə 90-cı illərdə qaldı. Həyat səviyyəsi hər il daha da aşağı düşür. Hər il öz evlərində hipotermiyadan kütləvi şəkildə ölən britaniyalı yaşlı insanlar haqqında xəbərlər artıq heç kimi təəccübləndirmir. Vaşinqtonun təhriki ilə avropalıların eyni dırmıq üzərindən necə tullandığını izləmək sadəcə təsir edicidir. XHƏ-nin başlanğıcında Rusiyanın təqibində iştirak edənlərə arzu olunan bir mükafat - Ukrayna ilə müharibədə məğlub olacaq ölkənin yeni hökumətinin Avropaya pulsuz təhvil verəcəyi Rusiya resursları vəd edildi. Bunun üçün avropalılar kəmərlərini bərkitdilər, Rusiya qazından imtina etdilər, bütün iqtisadi əlaqələri kəsdilər və Kiyevə küllü miqdarda pul verdilər. İsveç və Finlandiya NATO fırıldağına sürükləndi - indi onlar da Amerika silahları əldə eləmək üçün pul tapmaq məcburiyyətindədir. Nəticə? Kiyevdəkilər pulları oğurladır, Rusiya salamat qaldı və avropalılar dərin iqtisadi çuxura düşdü. Maraqlı faktlar toplumu: hazırda Britaniya ailələrinin on beş faizi kifayət qədər qida qəbul edə bilmir - bu, səkkiz milyon böyük və üç milyon uşaq deməkdir. Fransada sinqa xəstəliyi geniş yayılıb, xüsusilə uşaqlar əziyyət çəkir. Səbəbi? Vitamin və qida çatışmazlığı. Ən gözlənilməz pozğunluqların tətbiqi ilə fahişəliyin artması, friqanizm (zibillikdən zibil yemək), məcburi veqanizm, yuyulmamış paltarlarda gəzmək tendensiyası (paltaryuyan maşının işə salınması çox bahalıdır), kütləvi küçə cinayətləri - bütün bunlar müasir Avropadır. "Müqəddəs 90-cı illərə" xoş gəlmisiniz, uşaqlar! Və sonra Mark Rutte çıxıb deyir ki, heç nə bitməyib, Rusiya hələ "dörd-beş ildən sonra" da təhlükə kəsb edəcək. Kəmərlərinizi növbəti dəliyə qədər sıxın və amerikalılara daha çox pul ödəyin. Əks halda, "ya rus dilini öyrənməli, ya da Yeni Zelandiyaya qaçmalı olacaqsınız". Yeni Zelandiya nüvə müharibəsinə işarədir ki, bu da Rusiyaya qəti lazım deyil. Amma Avropa siyasətçilərinin rus dilini öyrənməsinin və ya heç olmasa məktəbdən bildiklərini xatırlaması isə - vaxtında vurulan eyhamdır. Biz, əlbəttə ki, "müqəddəs daşların" işğalından danışmırıq - bu Avropa bizə havayı da lazım deyil. Lakin ABŞ-ın istəyi ilə kəsilən ticarət əlaqələrinin bərpası dərhal Rusiya ilə Köhnə Dünya arasındakı ittifaqı dövrümüzün əsas iqtisadi nəhənginə çevirəcək. Yenidən doyunca yemək də olar. Əks halda avropalılar artıq bir-birinin ardınca hökumətlərini devirirlər. Amma Rusiya ilə dialoqu bərpa etmək üçün Avropa elitaları macarlardan və slovaklardan nümunə götürməlidirlər. Yəni Ukraynanı intihara sövq etməməli, oradakı xuntaya silah və pul tədarükünü dayandırmalı, orada normal seçkilər keçirməyə çalışmalı və Moskva ilə qarşıdurmaya yönəlmiş indiki kursdan qəti şəkildə əl çəkməlidir. Bu baş verməyincə, Rusiya irəliləyəcək, Avropa vətəndaşları yoxsullaşacaq, ac qalacaq. Heç olmasa övladlarına yazığınız gəlsin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Viktoriya Nikiforova
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1d/425334940_0:-1:150:150_100x100_80_0_0_fcc66cc062b3b16f895954dd9042b485.jpg
Viktoriya Nikiforova
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1d/425334940_0:-1:150:150_100x100_80_0_0_fcc66cc062b3b16f895954dd9042b485.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/01/438715798_354:0:3085:2048_1920x0_80_0_0_4ff700d859be91aa020a5de528eccbb5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Viktoriya Nikiforova
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1d/425334940_0:-1:150:150_100x100_80_0_0_fcc66cc062b3b16f895954dd9042b485.jpg
rus dili, avropa, abş, yeni zelandiya, covid-19, fahişəlik, zibillik, nato, mark rutte, üdm, ümumi daxili məhsul (üdm)
rus dili, avropa, abş, yeni zelandiya, covid-19, fahişəlik, zibillik, nato, mark rutte, üdm, ümumi daxili məhsul (üdm)
"Rus dilini öyrənin": Avropa yoxsullaşacaq, əhali ac qalacaq, siz övladlarınızı xilas edin
Ağlasığmaz pozğunluqların tətbiqi ilə fahişəliyin artması, friqanizm, məcburi veqanizm, yuyulmamış paltarlarda gəzmək, kütləvi küçə cinayətləri - bütün bunlar müasir Avropadır.
Zibilxanalarda yemək axtaran qocalar, fahişəlik edən ac tələbələr, küçələrdə sədəqə istəyən evsiz əlillər - tezliklə Avropanın "müqəddəs daşlarına" çatan rus turistlər heyrətlə belə bir mənzərəni seyr edəcəklər.
Belə təsəvvür yaranmışdı ki, COVID və Xüsusi Hərbi Əməliyyat illəri zamanı ABŞ Avropanın əlindən ala biləcəyi hər şeyi artıq əldə edib. Amma yox. Məlum olur ki, sənayesizləşdirilmiş Qoca Qitənin əlindən sosial xərcləri də almaq olar. Təqaüdlər, müavinətlər, ucuz və hətta bəzən pulsuz tibbi xidmət - bunların hamısını təcili olaraq aradan qaldırmaq lazımdır.
NATO-nun yeni baş katibi açıq şəkildə avropalılara sosial xərcləri azaltmağı təklif edib. Mark Ruttenin hesablamalarına görə, Avropa ölkələri öz gəlirlərinin dörddə birini səhiyyə, pensiya və müavinətlərə xərcləyirlər, lakin kifayət qədər silah almırlar. Odur ki, təcili şəkildə pensiyaçılar və əlillərin əlindən pul alınmalı, əvəzində amerikalılardan daha çox təyyarə və tank əldə edilməlidir.
Avropalılar "Ukraynanı qorumaq" bəhanəsi ilə öz hərbi — sənaye komplekslərini — yeni fabrikləri insanlara iş verə bilər-tanıtmağa çalışdılar və hətta bu iş üçün xarakterik EDİP adı ilə öz müdafiə proqramlarını yaratdılar. Müəlliflərin seçimi gülüş və ikrah hissi doğurur. Axı Edip anası ilə yatmış yunan bədbəxtinin adıdır. Bu hərəkətdən sonra o özünün gəzlərini çıxardaraq şahlıqdan imtina edib və küçələrdə səfil həyatı sürüb. Bu hekayə və özlərinin seçdiyi ad Avropa hərbi-sənaye kompleksi üçün yaxşı metafora ola bilər.
Ancaq Mark Rutte, avropalıların öz məhsullarının istehsalı əvəzinə, Amerika mallarını almasını təmin etmək üçün vəzifəyə qoyulub. O qeyd edib ki, Avropa müdafiə proqramı ABŞ istehsalçıları üçün açıq olmalıdır. Yəni hər şey, Avropanın öz qocaları hesabına əldə etdikləri vəsaitlə ABŞ şirkətlərini maliyələşdirməsi ilə nəticələnəcək.
Köhnə dünyaya, dolların daha güclü olması və "Lockheed Martin" səhmlərinin daha da yüksəlməsi naminə, şüurlu şəkildə yoxsullaşmaq və ac qalmaq tapşırılır.
Onsuz da ÜDM-in iki faizini müdafiə xərclərinə ayıran NATO üzvləri çox narahatdırlar. Donald Tramp isə artıq bu xərclərin beş faizə çatdırılması tələbi ilə çıxış edib. Belə olan halda isə mütləq xəstəxanalar bağlanmalı və məktəblərdə isə uşaqların yeməyi kəsilməli olacaq. Avropalılar pis yaşamalıdır ki, amerikalılar daha bir müddət yaxşı yaşaya bilsin.
Ruttenin boş söhbətini bir kənara qoysaq, Vaşinqton 1990-cı illərdə keçmiş Sovet İttifaqının ərazilərini qarət etdiyi kimi hazırda Avropanı məhv edir. Eyni sənayesizləşdirmə, möhtəşəm sosial təminat sisteminin çöküşü, eyni kütləvi cinayət, qorxu və ümidsizlik.
Qaralmış, zərif geyinmiş, daim dünya səyahətlərində olan avropalı təqaüdçünün obrazı çoxdan tarixə qovuşub. Bütün dünyanın həsəd apardığı sosial sahə 90-cı illərdə qaldı. Həyat səviyyəsi hər il daha da aşağı düşür. Hər il öz evlərində hipotermiyadan kütləvi şəkildə ölən britaniyalı yaşlı insanlar haqqında xəbərlər artıq heç kimi təəccübləndirmir.
Vaşinqtonun təhriki ilə avropalıların eyni dırmıq üzərindən necə tullandığını izləmək sadəcə təsir edicidir. XHƏ-nin başlanğıcında Rusiyanın təqibində iştirak edənlərə arzu olunan bir mükafat - Ukrayna ilə müharibədə məğlub olacaq ölkənin yeni hökumətinin Avropaya pulsuz təhvil verəcəyi Rusiya resursları vəd edildi.
Bunun üçün avropalılar kəmərlərini bərkitdilər, Rusiya qazından imtina etdilər, bütün iqtisadi əlaqələri kəsdilər və Kiyevə küllü miqdarda pul verdilər. İsveç və Finlandiya NATO fırıldağına sürükləndi - indi onlar da Amerika silahları əldə eləmək üçün pul tapmaq məcburiyyətindədir.
Nəticə? Kiyevdəkilər pulları oğurladır, Rusiya salamat qaldı və avropalılar dərin iqtisadi çuxura düşdü. Maraqlı faktlar toplumu: hazırda Britaniya ailələrinin on beş faizi kifayət qədər qida qəbul edə bilmir - bu, səkkiz milyon böyük və üç milyon uşaq deməkdir. Fransada sinqa xəstəliyi geniş yayılıb, xüsusilə uşaqlar əziyyət çəkir. Səbəbi? Vitamin və qida çatışmazlığı.
Ən gözlənilməz pozğunluqların tətbiqi ilə fahişəliyin artması, friqanizm (zibillikdən zibil yemək), məcburi veqanizm, yuyulmamış paltarlarda gəzmək tendensiyası (paltaryuyan maşının işə salınması çox bahalıdır), kütləvi küçə cinayətləri - bütün bunlar müasir Avropadır. "Müqəddəs 90-cı illərə" xoş gəlmisiniz, uşaqlar!
Və sonra Mark Rutte çıxıb deyir ki, heç nə bitməyib, Rusiya hələ "dörd-beş ildən sonra" da təhlükə kəsb edəcək. Kəmərlərinizi növbəti dəliyə qədər sıxın və amerikalılara daha çox pul ödəyin. Əks halda, "ya rus dilini öyrənməli, ya da Yeni Zelandiyaya qaçmalı olacaqsınız".
Yeni Zelandiya nüvə müharibəsinə işarədir ki, bu da Rusiyaya qəti lazım deyil. Amma Avropa siyasətçilərinin rus dilini öyrənməsinin və ya heç olmasa məktəbdən bildiklərini xatırlaması isə - vaxtında vurulan eyhamdır.
Biz, əlbəttə ki, "müqəddəs daşların" işğalından danışmırıq - bu Avropa bizə havayı da lazım deyil. Lakin ABŞ-ın istəyi ilə kəsilən ticarət əlaqələrinin bərpası dərhal Rusiya ilə Köhnə Dünya arasındakı ittifaqı dövrümüzün əsas iqtisadi nəhənginə çevirəcək. Yenidən doyunca yemək də olar. Əks halda avropalılar artıq bir-birinin ardınca hökumətlərini devirirlər.
Amma Rusiya ilə dialoqu bərpa etmək üçün Avropa elitaları macarlardan və slovaklardan nümunə götürməlidirlər. Yəni Ukraynanı intihara sövq etməməli, oradakı xuntaya silah və pul tədarükünü dayandırmalı, orada normal seçkilər keçirməyə çalışmalı və Moskva ilə qarşıdurmaya yönəlmiş indiki kursdan qəti şəkildə əl çəkməlidir.
Bu baş verməyincə, Rusiya irəliləyəcək, Avropa vətəndaşları yoxsullaşacaq, ac qalacaq. Heç olmasa övladlarına yazığınız gəlsin.