https://sputnik.az/20250116/oten-ay-69-neferin-diplomu-taninmayib-470027201.html
Ötən ay 69 nəfərin diplomu tanınmayıb
Ötən ay 69 nəfərin diplomu tanınmayıb
Sputnik Azərbaycan
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından və Ukraynadan olub. 16.01.2025, Sputnik Azərbaycan
2025-01-16T15:38+0400
2025-01-16T15:38+0400
2025-01-16T16:33+0400
təhsil
diplom
dekabr
ixtisas
https://cdnn1.img.sputnik.az/img/41742/44/417424453_0:375:2000:1500_1920x0_80_0_0_8f29119cdb69d96dbeecfa8ad1eac714.jpg
BAKI, 16 yanvar — Sputnik. Dekabr ayı üzrə 325 müraciətçinin 256-ı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 69 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə Sputnik Azərbaycan-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib. Bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 58, dövlət nümunəli olmayan diplom səbəbilə 4, akkreditasiyasız filial səbəbilə 3, "Açıköğretim" təhsil forması səbəbilə 1, akkreditasiyasız ali təhsil müəssisəsi və dövlət nümunəli olmayan diplom blankı səbəbilə 1, akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbilə 1, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb. Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 117, Ukraynadan 84, Rusiya Federasiyasından 80, Birləşmiş Krallıqdan 9, Gürcüstandan 7, Macarıstandan 7, Amerika Birləşmiş Ştatlarından 6, Litva Respublikasından 2, Pakistan İslam Respublikasından 2, Polşa Respublikasından 2, Avstraliya İttifaqından 1, Çex Respublikasından 1, Çin Xalq Respublikasından 1, İsrail Dövlətindən 1, İtaliya Respublikasından 1, Latviya Respublikasından 1, Moldova Respublikasından 1, Qazaxıstan Respublikasından 1, Səudiyyə Ərəbistan Krallığından 1 müraciətin olduğu müşahidə olunur. Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat üzrə 38, maliyyə üzrə 33, biznesin idarə edilməsi üzrə 30, menecment üzrə 14, beynəlxalq münasibətlər üzrə 13, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi üzrə 13, turizm işinin təşkili üzrə 13 müraciət qeydə alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41742/44/417424453_0:0:2000:1500_1920x0_80_0_0_b4ad53ccf4dd2a861c6cc2e2bf72b998.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
diplom, dekabr, ixtisas
Ötən ay 69 nəfərin diplomu tanınmayıb
15:38 16.01.2025 (Yenilənib: 16:33 16.01.2025) Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından və Ukraynadan olub.
BAKI, 16 yanvar — Sputnik. Dekabr ayı üzrə 325 müraciətçinin 256-ı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 69 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Bu barədə Sputnik Azərbaycan-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
Bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 58, dövlət nümunəli olmayan diplom səbəbilə 4, akkreditasiyasız filial səbəbilə 3, "Açıköğretim" təhsil forması səbəbilə 1, akkreditasiyasız ali təhsil müəssisəsi və dövlət nümunəli olmayan diplom blankı səbəbilə 1, akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbilə 1, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 117, Ukraynadan 84, Rusiya Federasiyasından 80, Birləşmiş Krallıqdan 9, Gürcüstandan 7, Macarıstandan 7, Amerika Birləşmiş Ştatlarından 6, Litva Respublikasından 2, Pakistan İslam Respublikasından 2, Polşa Respublikasından 2, Avstraliya İttifaqından 1, Çex Respublikasından 1, Çin Xalq Respublikasından 1, İsrail Dövlətindən 1, İtaliya Respublikasından 1, Latviya Respublikasından 1, Moldova Respublikasından 1, Qazaxıstan Respublikasından 1, Səudiyyə Ərəbistan Krallığından 1 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat üzrə 38, maliyyə üzrə 33, biznesin idarə edilməsi üzrə 30, menecment üzrə 14, beynəlxalq münasibətlər üzrə 13, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi üzrə 13, turizm işinin təşkili üzrə 13 müraciət qeydə alınıb.