Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Məşhur rejissor Devid Linç vəfat edib

© AP Photo / Jordan Strauss / Invision Devid Linç, arxiv
Devid Linç, arxiv - Sputnik Azərbaycan, 1920, 16.01.2025
Abunə olmaq
O, “Blue Velvet”, “Mulholland Drive” və “Twin Peaks” serialları, həmçinin “Dune” kimi ekran əsəri ilə tanınır.
BAKI, 16 yanvar - Spurnik. Amerikalı rejissor və ssenarist, məşhur "Twin Peaks" serialının yaradıcısı kimi tanınan Devid Linç 79 yaşında vəfat edib.
“Report” xəbər verir ki, bu barədə ailəsi Linçin sosial şəbəkədəki səhifəsində məlumat yayıb.
Devid Keyt Linç 20 yanvar 1946-cı ildə ABŞ-nin Montana ştatının Missoula şəhərində anadan olub. 1966-cı ildə Pensilvaniya İncəsənət Akademiyasına daxil olub. Orada kinematoqrafiya ilə maraqlanan Linç 1967-ci ildə o, ilk qısametrajlı cizgi filmini çəkib.
1980-ci ildə prodüser Mel Bruksun dəstəyi ilə lentə aldığı “Fil adam” səkkiz Oskar qazanıb.
“Blue Velvet”, “Mulholland Drive” və “Twin Peaks” serialları, həmçinin “Dune” kimi ekran əsəri ilə tanınır.
Keçən avqust ayında Linçə xroniki emfizem diaqnozu qoyulub. Bu, onun işləməsinə mane olub və rejissoru evə məhkum edib.
Xəbər lenti
0