NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Hindistan Rusiyadan neft məhsullarının idxalını ciddi şəkildə ixtisar edib

© Sputnik / Sergey Mamontov / Mediabanka keçidHindistan
Hindistan  - Sputnik Azərbaycan, 1920, 16.01.2025
Abunə olmaq
Rusiya Hindistana dördüncü neft tədarükçüsü olub.
BAKI, 15 yanvar — Sputnik. Ötən ilin oktyabrında Rusiyadan Hindistana neft məhsullarının tədarükü illik ifadədə təxminən 12 dəfə azalıb.
Bu barədə "RİA Novosti" agentliyi Hindistanın statistik xidmətlərinə istinadən xəbər verir.
Agentlik qeyd edir ki, ötən ilin oktyabrına qədər Rusiya Federasiyası Hindistan idxalının əsas tədarükçüləri siyahısında ikinci yerdən dördüncü yerə düşüb. Eyni zamanda, Rusiya 2023-cü ilin oktyabrında birinci yerdən, 2024-cü ilin sentyabrında isə ikinci yerdən çıxıb. Hazırda ilk üçlüyə BƏƏ, Sinqapur və Cənubi Koreya daxildir.
Bu yaxınlarda Çex Respublikasının Baş naziri Petr Fiala bildirib ki, Rusiyadan "Drujba" boru kəməri ilə yanacaq tədarükü dayandırılacağı təqdirdə, onun ölkəsi "Transalp" boru kəməri və ona qoşulan Almaniyanın "IKL" marşrutu üzrə Qərb neftinin tədarükünə tam keçməyə hazırdır.
Hətta xüsusi hərbi əməliyyatın (XHƏ) əvvəlində və Qərbin Rusiya neftinə embarqo tətbiq etməsindən sonra Rusiya Prezidenti Vladimir Putin lazım gələrsə, ölkənin neft hasilatını azaldacağını qeyd edib. Lakin o zaman bu tədbirlərə ehtiyac olmayıb.
Xəbər lenti
0