https://sputnik.az/20250116/ermenistan-konstitusiyasinda-hele-de-azerbaycana-qarsi-tehdidler-var---xn-reberi-470034409.html
Ermənistan Konstitusiyasında hələ də Azərbaycana qarşı təhdidlər var - XİN rəbəri
Ermənistan Konstitusiyasında hələ də Azərbaycana qarşı təhdidlər var - XİN rəbəri
Sputnik Azərbaycan
Cənubi Qafqazdakı təhlükəsizlik mühiti, Ermənistan-Azərbaycan postmünaqişə məsələsi də bugünkü görüşün müzakirə mövzusu olub. 16.01.2025, Sputnik Azərbaycan
2025-01-16T17:54+0400
2025-01-16T17:54+0400
2025-01-16T17:56+0400
ermənistan
bölgə
xi̇n
xi̇n
ermənistan xi̇n
azərbaycan
azərbaycan
ceyhun bayramov
ceyhun bayramov
https://cdnn1.img.sputnik.az/img/07e9/01/10/470034077_0:186:2979:1862_1920x0_80_0_0_e7a8cd90aa1f56bdce01e72f852c22a9.jpg
BAKI, 16 yanvar — Sputnik. Ermənistandakı revanşist meyillər Azərbaycan üçün narahatlıq mənbəyidir. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 16-da gürcüstanlı həmkarı Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib. "Cənubi Qafqazdakı təhlükəsizlik mühiti, Ermənistan-Azərbaycan postmünaqişə məsələsi də bugünkü görüşün müzakirə mövzusu olub. Azərbaycan-Gürcüstan münasib ətlərini səciyyələndirən amillərdən biri də bir-birimizin ərazi bütövlüyünü dəstəkləməyimizdir. Ermənistanın Azərbaycana münasibətində isə biz bunu deyə bilmərik", - XİN başçısı vurğulayıb. C.Bayramov əlavə edib ki, Azərbaycan hərbi güclə beynəlxalq hüququn tələblərini icra etmək məcburiyyətində qalıb: "Bütün bunlara baxmayaraq, Azərbaycan Ermənistana sülh müqaviləsi üzərində işləməyi təklif edib. Son dörd ildə sülh sazişi üzrə çox böyük irəliləyiş əldə olunub, delimitasiya üzrə ilkin müsbət nəticələr əldə olunub. Ancaq hələ də Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalır".
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/10/470034077_125:0:2854:2047_1920x0_80_0_0_a5ee566f82c7c3ef7c41568f69bb411f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, xi̇n, xi̇n, ermənistan xi̇n, azərbaycan, azərbaycan, ceyhun bayramov, ceyhun bayramov
ermənistan, xi̇n, xi̇n, ermənistan xi̇n, azərbaycan, azərbaycan, ceyhun bayramov, ceyhun bayramov
Ermənistan Konstitusiyasında hələ də Azərbaycana qarşı təhdidlər var - XİN rəbəri
17:54 16.01.2025 (Yenilənib: 17:56 16.01.2025) Cənubi Qafqazdakı təhlükəsizlik mühiti, Ermənistan-Azərbaycan postmünaqişə məsələsi də bugünkü görüşün müzakirə mövzusu olub.
BAKI, 16 yanvar — Sputnik. Ermənistandakı revanşist meyillər Azərbaycan üçün narahatlıq mənbəyidir.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 16-da gürcüstanlı həmkarı Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.
"Cənubi Qafqazdakı təhlükəsizlik mühiti, Ermənistan-Azərbaycan postmünaqişə məsələsi də bugünkü görüşün müzakirə mövzusu olub. Azərbaycan-Gürcüstan münasib ətlərini səciyyələndirən amillərdən biri də bir-birimizin ərazi bütövlüyünü dəstəkləməyimizdir. Ermənistanın Azərbaycana münasibətində isə biz bunu deyə bilmərik", - XİN başçısı vurğulayıb.
C.Bayramov əlavə edib ki, Azərbaycan hərbi güclə beynəlxalq hüququn tələblərini icra etmək məcburiyyətində qalıb:
"Bütün bunlara baxmayaraq, Azərbaycan Ermənistana sülh müqaviləsi üzərində işləməyi təklif edib. Son dörd ildə sülh sazişi üzrə çox böyük irəliləyiş əldə olunub, delimitasiya üzrə ilkin müsbət nəticələr əldə olunub. Ancaq hələ də Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalır".