https://sputnik.az/20250116/ermenistan-azerbaycan-serhedinin-delimitasiyasi-uzre-komissiyanin-iclasi-kecirilecek-469505524.html
Azərbaycanla Ermənistan Gürcüstandan İranadək sərhədin delimitasiyası haqda razılığa gəlib
Azərbaycanla Ermənistan Gürcüstandan İranadək sərhədin delimitasiyası haqda razılığa gəlib
Sputnik Azərbaycan
Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər. 16.01.2025, Sputnik Azərbaycan
2025-01-16T19:08+0400
2025-01-16T19:08+0400
2025-01-16T19:46+0400
azərbaycan-ermənistan sərhədində vəziyyət
şahin mustafayev
delimitasiya
ermənistan
azərbaycan
sərhəd
https://cdnn1.img.sputnik.az/img/07e7/09/08/458435071_0:67:1280:787_1920x0_80_0_0_91cb9f45c0c7b39849fd34d9ef81b209.jpg
BAKI, 18 dekabr — Sputnik. Azərbaycan və Ermənistan arasında yanvarın 16-da sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib.Görüş zamanı tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirib və dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan, Ermənistan və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan və Ermənistanın İran ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər.Həmçinin tərəflər delimitasiya işlərinin görülməsi qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər.Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.18.12.2024Yaxın günlərdə Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın növbəti iclası baş tutacaq. Ermənistan KİV-ləri xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan jurnalistlərə deyib. O, açıqlamasında Ermənistanın Azərbaycana sülh sazişi ilə bağlı yeni təkliflər təqdim etdiyini, lakin rəsmi cavab alınmadan bu təkliflərin detalları haqqında danışmağı məqsədəuyğun hesab etmədiyini qeyd edib. M.Qriqoryan tərəflər arasındakı görüşlərdən sonra ictimaiyyətə onların nəticələri ilə bağlı informasiyanın çatdırıldığını xatırladıb:"Eyni zamanda, regional nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı danışıqların getdiyini də deyə bilməyəcəyəm. Sadəcə onu söyləyə bilərəm ki, qarşı tərəfə təqdim etdiyimiz təkliflərə cavab gözləyirik", - o deyib. Xatırladaq ki, bundan öncə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ətrafında fikir mübadiləsi aparıblar. Bu barədə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın onuncu görüşünün yekunları üzrə məlumatda bildirilib. Qeyd olunub ki, tərəflər delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər, növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/08/458435071_72:0:1209:853_1920x0_80_0_0_ccad9d547e692cc1372eaca5e434fc8d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şahin mustafayev, delimitasiya, ermənistan, azərbaycan, sərhəd
şahin mustafayev, delimitasiya, ermənistan, azərbaycan, sərhəd
Azərbaycanla Ermənistan Gürcüstandan İranadək sərhədin delimitasiyası haqda razılığa gəlib
19:08 16.01.2025 (Yenilənib: 19:46 16.01.2025) Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.
BAKI, 18 dekabr — Sputnik. Azərbaycan və Ermənistan arasında yanvarın 16-da sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib.
Görüş zamanı tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirib və dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan, Ermənistan və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan və Ermənistanın İran ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər.
Həmçinin tərəflər delimitasiya işlərinin görülməsi qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər.
Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.
Yaxın günlərdə Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın növbəti iclası baş tutacaq.
Ermənistan KİV-ləri xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan jurnalistlərə deyib.
O, açıqlamasında Ermənistanın Azərbaycana sülh sazişi ilə bağlı yeni təkliflər təqdim etdiyini, lakin rəsmi cavab alınmadan bu təkliflərin detalları haqqında danışmağı məqsədəuyğun hesab etmədiyini qeyd edib.
M.Qriqoryan tərəflər arasındakı görüşlərdən sonra ictimaiyyətə onların nəticələri ilə bağlı informasiyanın çatdırıldığını xatırladıb:
"Bundan artıq heç nə deyə bilmirəm, çünki bizim aramızda müvafiq razılaşma var. Yalnız onu deyə bilərəm ki, bu razılaşmaya əməl edirik və bu, çox yaxşıdır. Mən düşünürəm ki, yaxın vaxtlarda növbəti görüş baş tutacaq. Lakin onun vaxtı ilə bağlı heç nə deyə bilmərəm. Sualınıza da ona görə cavab verirəm ki, prosesin dayandığını düşünməyəsiniz. Bu proses davam edir. Bizim aramızda razılaşma var idi ki, reqlament qüvvəyə mindikdən sonra görüşüb birgə fəaliyyəti davam etdirək".
"Eyni zamanda, regional nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı danışıqların getdiyini də deyə bilməyəcəyəm. Sadəcə onu söyləyə bilərəm ki, qarşı tərəfə təqdim etdiyimiz təkliflərə cavab gözləyirik", - o deyib.
Xatırladaq ki, bundan öncə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ətrafında fikir mübadiləsi aparıblar.
Bu barədə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın onuncu görüşünün yekunları üzrə məlumatda bildirilib.
Qeyd olunub ki, tərəflər delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər, növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.