https://sputnik.az/20250116/azerbaycan-xarice-qaz-satisini-nece-artirib-her-kesi-maraqlandira-bilecek-reqemler-470007389.html
Azərbaycan xaricə qaz satışını necə artırıb? Hər kəsi maraqlandıra biləcək rəqəmlər
Azərbaycan xaricə qaz satışını necə artırıb? Hər kəsi maraqlandıra biləcək rəqəmlər
Sputnik Azərbaycan
Avropa İttifaqına qaz ixracı həcminə görə Azərbaycan ilk beşlikdə qərarlaşıb. İndiyədək Avropaya 40 milyard kubmetrə yaxın Azərbaycan qazı ixrac olunub. 16.01.2025, Sputnik Azərbaycan
2025-01-16T09:28+0400
2025-01-16T09:28+0400
2025-01-16T09:28+0400
qaz
neft-qaz
tap
tap layihəsi
"cənub qaz dəhlizi" layihəsi
avropa
xəzər
prezident ilham əliyev
vüqar bayramov
energetika nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/18/447813245_0:160:3072:1888_1920x0_80_0_0_74b27137c021ceb195c323905ff3e4be.jpg
BAKI, 16 yanvar — Sputnik. Keçən il Azərbaycanda 29,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 16,8 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin, 4,2 milyon tonu "Şahdəniz"in, 0,6 milyon tonu "Abşeron" yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı isə 7,5 milyon ton təşkil edib. Bu barədə Sputnik Azərbaycan-a Energetika Nazirliyindən məlumat verilib. Bildirilib ki, keçən il 24,4 milyon ton neft ixraca nəql olunub. Neftin emalı ötən il ərzində 5,8 milyon ton təşkil edib. Qeyd edilib ki, ötən il respublikada 50,3 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 13,3 milyard kubmetri "Azəri-Çıraq-Günəşli", 27,8 milyard kubmetri "Şahdəniz", 1,5 milyard kubmetri "Abşeron" yatağı, 7,7 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən 2 milyard kubmetr artımla qaz hasil edilib. Hesabat dövründə xaricə qaz satışı 25,2 milyard kubmetr təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz çoxdur. Bunun 12,9 milyard kubmetri Avropaya, 9,9 milyard kubmetri Türkiyəyə, 2,4 milyard kubmetrdən çoxu isə Gürcüstana satılıb. "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 1 yanvar 2025-ci il tarixinədək 650,2 milyon ton neft (kondensatla birlikdə), 466,5 milyard kubmetr qaz hasil edilib. Artıq Avropa İttifaqına qaz ixracı həcminə görə Azərbaycan ilk beşlikdə qərarlaşıb Milli Məclisin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, Avropanın bir sıra dairələrində qərəzli qətnamələrin qəbuluna rəğmən Azərbaycan köhnə qitənin enerji təhlükəsizliyinin formalaşmasındakı rolunu artırmaqdadır: "Artıq Avropa İttifaqına qaz ixracı həcminə görə Azərbaycan ilk beşlikdə qərarlaşıb. Trans-Adriatik Qaz Boru Kəmərinin istismara verildiyi 2020-ci il dekabrın 31-dən indiyədək Avropaya 40 milyard kubmetrə yaxın Azərbaycan qazı ixrac olunub". Prezident: "Strateji tərəfdaşlıq Avropaya qaz təchizatımızın ikiqat artırılmasını nəzərdə tutur" Xatırladaq ki, Prezident İlham Əliyev keçən ilin iyulun 18-də Oksford şəhərində "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən "Enerji və bağlantı" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib ki, enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur: "Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir". Ekspertlər bildiriblər ki, Azərbaycan üçün təbii qaz ixracı sərfəlidir, çünki ölkəmizdə qaz hasilatının maya dəyəri böyük deyil. Hətta qazın min kubmetri 200-300 dollara satılsa belə ölkəmiz üçün sərfəlidir. Trans-Adriatik Boru Kəməri (TAP) Əlavə edək ki, "Cənub Qaz Dəhlizi"nin əsas elementlərindən biri kimi TAP layihəsi Xəzər regionunun qazını Avropaya nəql etmək üçün inşa edilib. 2020-ci ilin noyabr ayının 15-də TAP istismara verilib və kommersiya əməliyyatlarına başlanıb. 2020-ci il 31 dekabr tarixindən etibarən kəmərlə İtaliya, Yunanıstan və Bolqarıstan istiqamətində kommersiya təbii qazının nəqlinə başlanılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/18/447813245_171:0:2902:2048_1920x0_80_0_0_8e96586b2ba5253d54b09151fd33f4f5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
qaz, tap, tap layihəsi, "cənub qaz dəhlizi" layihəsi, avropa, xəzər, prezident ilham əliyev, vüqar bayramov, energetika nazirliyi, "azəri-çıraq-günəşli" (açg) yataqlar bloku, azəri-çıraq-günəşli
qaz, tap, tap layihəsi, "cənub qaz dəhlizi" layihəsi, avropa, xəzər, prezident ilham əliyev, vüqar bayramov, energetika nazirliyi, "azəri-çıraq-günəşli" (açg) yataqlar bloku, azəri-çıraq-günəşli
Azərbaycan xaricə qaz satışını necə artırıb? Hər kəsi maraqlandıra biləcək rəqəmlər
Avropa İttifaqına qaz ixracı həcminə görə Azərbaycan ilk beşlikdə qərarlaşıb. İndiyədək Avropaya 40 milyard kubmetrə yaxın Azərbaycan qazı ixrac olunub.
BAKI, 16 yanvar — Sputnik. Keçən il Azərbaycanda 29,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 16,8 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin, 4,2 milyon tonu "Şahdəniz"in, 0,6 milyon tonu "Abşeron" yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı isə 7,5 milyon ton təşkil edib.
Bu barədə Sputnik Azərbaycan-a Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, keçən il 24,4 milyon ton neft ixraca nəql olunub. Neftin emalı ötən il ərzində 5,8 milyon ton təşkil edib.
Qeyd edilib ki, ötən il respublikada 50,3 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 13,3 milyard kubmetri "Azəri-Çıraq-Günəşli", 27,8 milyard kubmetri "Şahdəniz", 1,5 milyard kubmetri "Abşeron" yatağı, 7,7 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən 2 milyard kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 25,2 milyard kubmetr təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz çoxdur. Bunun 12,9 milyard kubmetri Avropaya, 9,9 milyard kubmetri Türkiyəyə, 2,4 milyard kubmetrdən çoxu isə Gürcüstana satılıb.
"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 1 yanvar 2025-ci il tarixinədək 650,2 milyon ton neft (kondensatla birlikdə), 466,5 milyard kubmetr qaz hasil edilib.
Artıq Avropa İttifaqına qaz ixracı həcminə görə Azərbaycan ilk beşlikdə qərarlaşıb
Milli Məclisin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, Avropanın bir sıra dairələrində qərəzli qətnamələrin qəbuluna rəğmən Azərbaycan köhnə qitənin enerji təhlükəsizliyinin formalaşmasındakı rolunu artırmaqdadır: "Artıq Avropa İttifaqına qaz ixracı həcminə görə Azərbaycan ilk beşlikdə qərarlaşıb. Trans-Adriatik Qaz Boru Kəmərinin istismara verildiyi 2020-ci il dekabrın 31-dən indiyədək Avropaya 40 milyard kubmetrə yaxın Azərbaycan qazı ixrac olunub".
Prezident: "Strateji tərəfdaşlıq Avropaya qaz təchizatımızın ikiqat artırılmasını nəzərdə tutur"
Xatırladaq ki, Prezident İlham Əliyev keçən ilin iyulun 18-də Oksford şəhərində "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən "Enerji və bağlantı" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib ki, enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur: "Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir".
Ekspertlər bildiriblər ki, Azərbaycan üçün təbii qaz ixracı sərfəlidir, çünki ölkəmizdə qaz hasilatının maya dəyəri böyük deyil. Hətta qazın min kubmetri 200-300 dollara satılsa belə ölkəmiz üçün sərfəlidir.
Trans-Adriatik Boru Kəməri (TAP)
Əlavə edək ki, "Cənub Qaz Dəhlizi"nin əsas elementlərindən biri kimi TAP layihəsi Xəzər regionunun qazını Avropaya nəql etmək üçün inşa edilib. 2020-ci ilin noyabr ayının 15-də TAP istismara verilib və kommersiya əməliyyatlarına başlanıb. 2020-ci il 31 dekabr tarixindən etibarən kəmərlə İtaliya, Yunanıstan və Bolqarıstan istiqamətində kommersiya təbii qazının nəqlinə başlanılıb.