DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropa Ukraynaya sülhməramlı göndərə bilməz

© Getty Images / SOPA ImagesFrench navy soldiers
French navy soldiers - Sputnik Azərbaycan, 1920, 16.01.2025
Abunə olmaq
Avropa ölkələri sülhməramlı qüvvələrini Ukraynaya göndərə bilmirlər, çünki onlar artıq bu münaqişədə fəal iştirak edir, Kiyevə maliyyə dəstəyi verirlər.
BAKI, 16 yanvar — Sputnik. Avropa ölkələri sülhməramlı qüvvələrini Ukraynaya göndərə bilmirlər, çünki onlar artıq bu münaqişədə fəal iştirak edir, Kiyevə maliyyə dəstəyi verirlər.
Bu barədə "Financial Times" xəbər verib.
Materialda vurğulanıb ki, Avropa dövlətlərini neytral üçüncü tərəf adlandırmaq olmaz.
"Təyinata görə onlar Ukraynadakı sülhməramlı qüvvələrə rəhbərlik də edə bilməzlər" – mətndə yazılıb.
Bu cür əməliyyatlar aparmaq hüququnun münaqişə vəziyyətlərində sülh yolu ilə vasitəçilik etmək səlahiyyəti və bacarığı olan BMT kimi beynəlxalq təşkilatlara məxsus olduğu da vurğulanıb.
Yazının müəllifi Avropa sülhməramlılarının Ukraynaya göndərilməsi ideyasını da "son dərəcə problemli" adlandırıb.
Qeye edək ki, Böyük Britaniyanın keçmiş müdafiə nazirləri Qrant Şepps və Kevin Uilyamson münaqişə başa çatdıqdan sonra britaniyalı sülhməramlıları Ukraynaya göndərməyə çağırıblar.
Xəbər lenti
0