https://sputnik.az/20250116/aktrisa-cimnaz-sultanovanin-olum-sebebi-belli-oldu-470029339.html
Aktrisa Çimnaz Sultanovanın ölüm səbəbi bəlli oldu
Aktrisa Çimnaz Sultanovanın ölüm səbəbi bəlli oldu
Sputnik Azərbaycan
Əməliyyatdan sonra hər dəfə onkoloqun nəzarətinə göndərilib. 16.01.2025, Sputnik Azərbaycan
2025-01-16T17:18+0400
2025-01-16T17:18+0400
2025-01-16T18:27+0400
bakı
cəmiyyət
aktrisa
ölüm
ölüm
diaqnoz
https://cdnn1.img.sputnik.az/img/42170/38/421703860_0:0:2000:1125_1920x0_80_0_0_635194d99aabbbb2d68755677ff8ddf8.jpg
BAKI, 16 yanvar — Sputnik. Bakı Sağlamlıq Mərkəzi aktrisa Çimnaz Sultanovanın xəstəliyi ilə bağlı açıqlama yayıb. Mərkəzin Xarici əlaqələr və marketinq şöbəsinin şöbə müdiri Günay Kazımova Sputnik Azərbaycan-a bildirib ki, 15.01.1980-ci il təvəllüdlü Heybətova Çimnaz Mütəllim qızı dəfələrlə Bakı Sağlamlıq Mərkəzində 2021-ci ildən etibarən (4 il ərzində) altı dəfə tibbi xidmət alıb. "2021-ci ilin mart, iyul aylarında, 2023-cü ilin iyul ayında, 2024-cü ilin aprel, oktyabr və noyabr aylarında stasionar cərrahi müalicədə olub. İlk müraciət etdikdə qarın boşluğunun böyük ölçülü törəməsi səbəbindən bağırsaq keçməməzliyi diaqnozu ilə qəbul edilib. Böyük ölçülü törəmənin kəsilib götürülməsi, bağırsaq keçməməzliyinin ləğvi əməliyyatı icra edilib. Patohistoloji müayinə zamanı "Leyomiosarkoma" təsdiq edilib. Xəstə kafi vəziyyətdə evə yazılıb və onkoloqun nəzarətinə göndərilib. Onkoloji mərkəzdə radioterapiya qəbul eıdib. Növbəti dövrlərdə eyni xəstəliyin qarın boşluğunun müxtəlif orqanlarına metastazı, bağırsaq keçməməzliyi, kəskin qarın əlamətləri ilə müraciət edib və cərrahi müalicələr alıb. Əməliyyatdan sonra hər dəfə onkoloqun nəzarətinə göndərilib. İkinci əməliyyatından sonra da kimyaterapiya qəbul edib", - Günay Kazımova qeyd edib. O əlavə edib ki, Çimnaz Sultanova sonuncu müraciətində qalça bağırsağının müsariqəsindən inkişaf edən bağırsaq mənfəzini tam tutan, bağırsaq keçməməzliyi yaradan "Qalça bağırsaq müsariqəsinin leyomiosarkoması Grade IV, Qaraciyər, sidik kisəsi, düz bağırsaq, nazik bağırsaq müsariqəsi və peritona metastaslar" diaqnozu ilə stasionar cərrahi müalicədə olunub: "Əməliyyatdan sonra xəstə kafi vəziyyətdə evə yazılıb. Son günlərdə klinikamıza müraciət etməyib. Xəstə özü və xəstəliyi barəsində məlumatların konfidensiallığının qorunmasını tələb edib. Biz rəsmi araşdırmalarının aparılması və müvafiq ekspertizanın keçirilməsinə hazırıq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42170/38/421703860_227:0:2000:1330_1920x0_80_0_0_71d03018c67cab7722483945078494b8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı, aktrisa, ölüm, ölüm, diaqnoz
bakı, aktrisa, ölüm, ölüm, diaqnoz
Aktrisa Çimnaz Sultanovanın ölüm səbəbi bəlli oldu
17:18 16.01.2025 (Yenilənib: 18:27 16.01.2025) Əməliyyatdan sonra hər dəfə onkoloqun nəzarətinə göndərilib.
BAKI, 16 yanvar — Sputnik. Bakı Sağlamlıq Mərkəzi aktrisa Çimnaz Sultanovanın xəstəliyi ilə bağlı açıqlama yayıb.
Mərkəzin Xarici əlaqələr və marketinq şöbəsinin şöbə müdiri Günay Kazımova Sputnik Azərbaycan-a bildirib ki, 15.01.1980-ci il təvəllüdlü Heybətova Çimnaz Mütəllim qızı dəfələrlə Bakı Sağlamlıq Mərkəzində 2021-ci ildən etibarən (4 il ərzində) altı dəfə tibbi xidmət alıb.
"2021-ci ilin mart, iyul aylarında, 2023-cü ilin iyul ayında, 2024-cü ilin aprel, oktyabr və noyabr aylarında stasionar cərrahi müalicədə olub. İlk müraciət etdikdə qarın boşluğunun böyük ölçülü törəməsi səbəbindən bağırsaq keçməməzliyi diaqnozu ilə qəbul edilib. Böyük ölçülü törəmənin kəsilib götürülməsi, bağırsaq keçməməzliyinin ləğvi əməliyyatı icra edilib. Patohistoloji müayinə zamanı "Leyomiosarkoma" təsdiq edilib. Xəstə kafi vəziyyətdə evə yazılıb və onkoloqun nəzarətinə göndərilib. Onkoloji mərkəzdə radioterapiya qəbul eıdib. Növbəti dövrlərdə eyni xəstəliyin qarın boşluğunun müxtəlif orqanlarına metastazı, bağırsaq keçməməzliyi, kəskin qarın əlamətləri ilə müraciət edib və cərrahi müalicələr alıb. Əməliyyatdan sonra hər dəfə onkoloqun nəzarətinə göndərilib. İkinci əməliyyatından sonra da kimyaterapiya qəbul edib", - Günay Kazımova qeyd edib.
O əlavə edib ki, Çimnaz Sultanova sonuncu müraciətində qalça bağırsağının müsariqəsindən inkişaf edən bağırsaq mənfəzini tam tutan, bağırsaq keçməməzliyi yaradan "Qalça bağırsaq müsariqəsinin leyomiosarkoması Grade IV, Qaraciyər, sidik kisəsi, düz bağırsaq, nazik bağırsaq müsariqəsi və peritona metastaslar" diaqnozu ilə stasionar cərrahi müalicədə olunub: "Əməliyyatdan sonra xəstə kafi vəziyyətdə evə yazılıb. Son günlərdə klinikamıza müraciət etməyib. Xəstə özü və xəstəliyi barəsində məlumatların konfidensiallığının qorunmasını tələb edib. Biz rəsmi araşdırmalarının aparılması və müvafiq ekspertizanın keçirilməsinə hazırıq".