Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Aİ "Türk axını"na zərbələrlə bağlı qeyri-müəyyən bəyanatlarla kifayətlənir – Rusiya XİN

© Sputnik / Максим БлиновRusiya XİN
Rusiya XİN - Sputnik Azərbaycan, 1920, 16.01.2025
Abunə olmaq
Brüssel özünü qeyri-müəyyən arqumentlərlə məhdudlaşdırır. Guya enerji sisteminin obyektlərinə hər hansı hücum, təbii ki, onun üçün narahatlıq yaradır. Guya Kiyev rejimi, Avropa İttifaqı belə bir hadisə barədə məlumat verməyib.
BAKI, 16 yanvar — Sputnik. Qeyri-müəyyən bəyanatlarla kifayətlənən Avropa İttifaqı Kiyevin "Türk axını"na hücumlarına məhəl qoymur.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Brüssel özünü qeyri-müəyyən arqumentlərlə məhdudlaşdırır. Guya enerji sisteminin obyektlərinə hər hansı hücum, təbii ki, onun üçün narahatlıq yaradır. Guya Kiyev, Kiyev rejimi, Avropa İttifaqı belə bir hadisə barədə məlumat verməyib. Ümumiyyətlə, bunlar energetikaya hücum deyil, nə isə başqa bir şeydir" - Zaxarova Aİ-nin "Türk axını"na hücumlara reaksiyasını belə izah edib.
O vurğulayıb ki, görünür, bu hücumlar öz vətəndaşlarına qarşı fəaliyyət göstərən Avropa İttifaqının müəyyən hissəsi tərəfindən həyata keçirilir. Zaxarova əlavə edib ki, Aİ-nin qalan hissəsi isə, sadəcə olaraq nə baş verdiyini bilmir.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat vermişdi ki, Kiyev rejimi şənbə günü Avropa ölkələrinə qaz nəqlini dayandırmaq üçün Krasnodar diyarında Anapa yaxınlığındakı "Türk axını" kompressor stansiyasına hücum etməyə cəhd edib. Stansiya "Türk axını" kəmərini normal rejimdə qazla təmin edir və istismarda heç bir fasilə yaranmayıb.
Xəbər lenti
0