Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

ÜST SOS siqnalı verdi: Bu virusundan ölənlər var

© Sputnik / Алексей ВитвицкийÜST
ÜST - Sputnik Azərbaycan, 1920, 15.01.2025
Abunə olmaq
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri "Marburq" qızdırmasından ölənlərin olduğunu bildirib.
BAKI, 15 yanvar — Sputnik. Tanzaniyada sağalmaz hesab edilən "Marburq" virusundan səkkiz ölüm faktı qeydə alınıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus "X" sosial şəbəkəsində qeyd edib.
"Biz xəstəliyə nəzarətin təkmilləşdirilməsi fonunda yaxın günlərdə yeni hallara rast gələ bilərik", ÜST rəhbəri bildirib.
Otən ilin oktyabrında Afrikanın Ruanda şəhərində "Marburq" virusu yayılmağa başlayıb. Daha sonra Afrikada naməlum virusdan 140-dan çox insan həyatını itirib.
Xəbər lenti
0