Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya, xüsusən də Qərb tərəfindən tarixi saxtalaşdırmaq problemi ilə üz-üzədir – Peskov

© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçid Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
 Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 15.01.2025
Abunə olmaq
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə Milli Tarixi Yaddaş Mərkəzinin rəhbəri Yelena Malışevanın çıxış edəcəyini və "Tarixi suverenlik" layihəsi haqqında məlumat verəcəyini bildirib.
BAKI, 15 yanvar — Sputnik. Rusiya tarixin saxtalaşdırılması problemi ilə üz-üzədir. Bu, xüsusilə Qərb ölkələrindən gələn geniş yayılmış təhlükədir.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov jurnalistlərə bildirib ki, çərşənbə günü "Pobeda" ("Qələbə") təşkilat komitəsinin iclasında Milli Tarixi Yaddaş Mərkəzinin rəhbəri Yelena Malışeva çıxış edəcək və "Tarixi suverenlik" layihəsi haqqında məlumat verəcək. Malışeva tarixin saxtalaşdırılmasına qarşı mübarizə və Böyük Vətən Müharibəsinin tarixi yaddaşının necə qorunub saxlanacağı barədə danışacaq.
"Bu, kifayət qədər geniş yayılmış bir təhlükə - tarixi yaddaşın saxtalaşdırılmasıdır ki, bununla da, əlbəttə ki, Qərb ölkələrində rastlaşırıq" – o, bəyan edib.
Bundan əvvəl Dmitri Peskov Rusiyanın Cənubi Qafqazda sülh mühitinin qurulmasında maraqlı olduğunu bildirmişdi.
Xəbər lenti
0