DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

London pedofillərdən ötrü Zelenskiyə kömək edəcək

© AP Photo / Stephanie ScarbroughUkrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.01.2025
Abunə olmaq
Öz ölkəsinin daxili problemlərini həll etməkdə acizlik nümayiş etdirən Britaniya hökuməti əhalisinin diqqətini yayındırmaq üçün Ukrayna münaqişəsinin davam etdirilməsinə çalışan qüvvələri dəstəkləyir.
Dmitri Bavırin, RİA Novosti
"Sən bu gün öl, mən isə sabah." Vladimir Zelenski həm öz xalqı, həm də dünya liderləri ilə münasibətlərində bu qaydanı əsas tutur.
Bir tərəfdən ukraynalılar onun gələcəyə baxışına görə minlərlə ölür. Bu, yumşaq desək, heç də həmişə könüllü şəkildə baş vermir: belə fədakarlıqlar naminə kişiləri küçələrdən tutub aparırırlar. Buna baxmayaraq, sistem işləyir: başqaları ölür, Zelenski isə bu yaxınlarda fasiləsiz iqtidarının altı alliyini qeyd edəcək.
Digər tərəfdən, 2022-ci ildə Rusiya ilə hərbi qarşıdurma avantürasına görə məsuliyyəti onunla bölüşən dünya siyasətinin demək olar ki, bütün "baş bilənləri" yarışdan kənarda qalıblar. Britaniya, Almaniya, İtaliya, Hollandiya, Kanada, ABŞ, Polşa, Cənubi Koreya, Yaponiya - hər yerdə hökumət dəyişib və ya yaxın günlərdə dəyişəcək.
Əvvəldən Zelenskinin yanında olanlardan yalnız Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Fransa prezidenti Emmanuel Makron qalıb. Birincisi bütün daxili düşmənləri sındırdı. İkinci isi tənha siyasi istedada malikdir ki, bu baxımdan o, Zelenskiyə bənzəyir: hər ikisi praktikada dəyərli bir şey əldə edə bilməsə də, hakimiyyəti qorumaq sahəsində uğurlu fəaliyyət göstərirlər.
Bu baxımdan Zelenskinin vəziyyəti Makrondan da rahatdır. Fransızın səlahiyyət müddəti, istənilən halda, 2027-ci ilin yazında başa çatacaq. Keçmiş komediya aktyoru isə sağ olduğu müddətcə Ukraynanın başında qala bilər. Bir şərtlə ki, bu müddət ərzində hərbi əməliyyatlar davam etsin, və bu Kiyevin özündə olmasın.
Zelenski üçün münaqişənin Ukrayna üçün əlverişsiz şərtlərlə dayandırılması və ya dondurulması onun "ordudan" istənilən namizədə (keçmiş baş komandan Valeri Zalujnının namizədliyi daha real hesab olunur) uduzacağı yeni seçkilərin keçirilməsi deməkdir. Hazırda heç kim ona və ya Ukraynaya əlverişli şərtlər təklif etmir: Zelenski Qərbdən aralıq nəticə kimi ümid etdiyi heç bir şeyi - nə NATO-ya dəvət, nə də möcüzə silahı almayacaq.
Odur ki Zelenski məsrəflərdən asılı olmayaraq bacardığı qədər döyüşmək taktikasını seçib. Müharibə vaxtını isə Ukrayna Silahlı Qüvvələrinin (USQ) cəbhəni az-çox tuta biləcəyi qədər uzatmaq niyyətindədir. "Sən bu gün öl, mən isə sabah öləcəyəm".
Nəhayət, o, Rusiya da daxil olmaqla, hamıdan daha çox hakimiyyətdə qalmağa ümid bəsləyir. Başqa sözlə, o, gələcəkdə möcüzə nəticəsində Rusiyanı oyundan kənarlaşdıracaq vəziyyətin yaranmasını gözləyir. Və möcüzə gözləməyə sərf olunan vaxtın ukraynalıların həyatı hesabına ödənilməsi təkcə onun deyil, Moskva ilə münasibətdə tətbiq olunan ümumi Qərb taktikasıdır.
Bununla belə, Rusiya ilə dialoq yolu ilə "atəşkəs" Ukraynanın əsas sponsoru olan ABŞ-ın indi istədiyi ssenaridir. Üstəlik, söhbət təkcə yeni prezident Donald Trampdan deyil, həm də gedəcək prezident Co Baydendən gedir. Onun komandası açıq deyir ki, "son günlərdə Ukraynanı dəstəkləmək üçün bütün hərəkətlər danışıqlarda öz mövqelərini gücləndirmək üçün lazımdır".
Fasilə ABŞ-ın nəyinə lazımdır və Rusiyanın hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan "sövdələşmə" ilə razılaşıb-razılaşamayacağı ayrı müzakirə mövzusudur. Zelenski üçün vacib olan odur ki, "qələbə" olmadan istənilən fasilə onun üçün şəxsi zərbə olacaq. Bununla yanaşı o, Vaşinqtonun tələblərini rədd edə bilmir. Təkcə Ukrayna deyil, Zelenskinin özünün də taleyi ABŞ-a sədaqətindən (yanvarın 20-dən başlayaraq isə, şəxsən Trampa sədaqətindən) çox asılıdır. Əgər "hetman" Amerikanın gözündən düşsə, bu, saray çevrilişinə yol açacaq, çünki amerikalılarla danışıqlar aparmaq bacarığı ölkə rəhbərliyinə qarşı Ukrayna elitasının məcburi tələbidir.
Ona görə də Trampla danışıqlardan imtina və münaqişənin dondurması təşəbbüsü Moskvadan gəlməlidir. Yalnız belə olan halda, Zelenski ABŞ-ın Kiyevə kömək etməyə davam edəcəyinə və möcüzə gözləmək üçün vaxt qazanacağına arxayın ola bilər.
Moskvanın imtina etməsinə zəmanət vermək üçün şərtlər paketində açıq şəkildə qəbuledilməz şərtlər olmalıdır. Rusiyanın qoşunlarını çıxarmaq öhdəliyi, Ukraynanın Şimali Atlantika Alyansına qoşulmağa dəvəti və USQ-nin qlobal şəkildə yenidən silahlanması artıq keçmişdə qalıb və elə Qərbin özü tərəfindən rədd edilən arzulardır.
Amma sülhməramlıların yerləşdirilməsinə dair təklifi razılaşdırmaq mümkün olub.
Formal olaraq ideya ondan ibarətdir ki, hərbi əməliyyatlar dayandırıldıqdan sonra Ukrayna ərazisinə NATO-ya üzv olan Avropa ölkələrinin hərbi kontingenti yerləşdiriləcək. Bu, Moskvanın "nə Ukrayna NATO-da, nə də NATO Ukraynada" kimi formalaşdırıla bilən əsas tələbinə ziddir. Atəşkəsin başlanması Şimali Atlantika Alyansının əsgərlərinin Kiyevin nəzarət zonasına daxil olması deməkdirsə, atəşkəs olmayacaq. Yalnız qəti imtina gözləməklə Rusiyaya belə şərtlər irəli sürmək olar.
Qərb tərəfdən bu ideyanın əsas lobbiçisi Makron oldu. Başqa heç kim onu imzalamaq istəməyib. Hətta polşalılar prinsipial şəkildə bu layihədə iştirak etməyəcəklərini bildirdilər. Lakin Zelenskinin dediyinə görə, sonradan Londondan "müsbət" reaksiya gəldi. Yaxın vaxtlarda Böyük Britaniyanın baş naziri Kir Starmer Britaniya qoşunlarının müharibədən sonrakı Ukraynaya yeridilməsi məsələsini müzakirə etmək üçün Kiyevə səfər edərək.
İntriqanın incəliyi ondan ibarətdir ki, bu hərəkət daha əvvəl Tramp Parisdə olarkən təsdiqlənmişdi. Ola bilsin ki, amerikalı bunun onun sülhməramlı planları altında yerləşdirilən bir bomba olduğunu dərk etməyib. Tramp heç vaxt Ukrayna münaqişəsinin səbəblərini dərindən dərk etməyib. Səthi baxışda elə təsəvvür yaranır ki, güya Makronun sülhməramlı təklifi Ukraynaya görə məsuliyyətin ABŞ-ın üzərindən Avropanın üstünə qoyulur. Lap elə Trampın özünün dəfələrlə tələb etdiyi kimi.
Bundan sonra Makron, çox güman ki, yanvarın əvvəlində şəxsi görüşü zamanı Starmeri razı salıb. Bunun fransıza nə üçün lazım olduğu aşkar, lakin maraqsızdır: Makron Moskva ilə qarşıdurmanı çoxdan şəxsi müharibəsinə çevirib. Starmerin buna niyə əhəmiyyət verməsi isə daha çox maraq doğurur, çünki onun üçün bütün bunlarda şəxsi heç nə yoxdur.
O, təbii ki, bir çox digər britaniyalılar kimi rusofobdur. Rəy sorğularına əsasən, onların çoxu hələ də Rusiya ilə qələbəyədək savaşmağın tərəfdarı olsa da, bu adamların sayı azalmaqdadır. Eyni zamanda, elə həmin sorğuların nəticəsinə görə, əhali ilk növbədə Starmerdən Moskva ilə münaqişədə üzərinə düşən payı Makron səviyyəsinə qaldırmağı yox, ilk növbədə iqtisadiyyatı xilas etmək üçün hərəkətə keçməsini gözləyir.
Lakin Britaniyanın iqtisadi xəstəlikləri Starmerin öhdəsindən gələ bilmədiyi reallıqdır. İndiki şəraitdə ingilislərin həyat səviyyəsini yüksəltmək mümkün deyil. Ancaq tarixdə yüzüncü dəfə ictimaiyyəti müharibə ilə yayındırmaq mümkündür. Və Starmer üçün ingilislərin fikrini yayındırmaq imkanının əldə edilməsi çox vacibdir.
Əvvəlcə Rotherhamda, sonra isə digər İngiltərə şəhərlərində etnik zəmində yaradılmış dəstələr tərəfindən gənc qızların sistematik cinsi istismarı üzə çıxıb. Bu qalmaqaldan on ildən çox vaxt keçib və indi cəmiyyət ikinci dəfə hakimiyyətə bəzi narahat suallar verməyə çalışır.
Məhkumların sayı ondan bir qədər çox olduğu halda, niyə qurbanların sayı minlərlədir? Valideynlərin çoxsaylı şikayətlərinə baxmayaraq dövlət qurumları niyə heç bir tədbir görmür? Bütün bu kabusu hansı məqsədlə ört-basdır etdilər?
Xüsusi araşdırma təklifi parlamentdəki Starmer çoxluğu tərəfindən rədd edildi: onların dediyinə görə, "həddindən artıq sağçılara və digər ksenofoblara yol verməklə" köhnə yaraları açmağın mənası yoxdur. Amma pedofiliya qalmaqalı zamanı Starmer krallığın baş prokuroru vəzifəsində çalışırıb. Yəni cinayətin miqyasının gizlədilməsi ilə bağlı məsələ şəxsən onun ünvanlanmış suallarda ibarətdir.
Britaniyalıların dörddə üçü cavab gözləyir. Son illər ərzində onlar heç bir şeydə pedofiliya məsələsinin araşdırılması tələbi ətrafında olduğu qədər birləşmişdi. Elə bu zaman Makron və Zelenski Starmerə kömək əlini uzadıblar.
Pedofillərə qarşı qəzəbi öldürə biləcək bi şeq varsa da, bu da III Dünya Müharibəsidir. Makron-Zelenski təşəbbüsünün son nəticəsi də elə buna, yəni - Rusiya ilə NATO arasında birbaşa hərbi münaqişəyə gətirib çıxarır.
Əgər NATO əsgərləri Ukrayna ərazisində peyda olarsa, Kiyev şübhəsiz ki, onları Rusiyaya qarşı qoymağa çalışacaq. Onun üçün hərbi qələbənin yeganə nisbətən real ssenarisi münaqişənin makro səviyyəyə daşınmasıdır. Hətta ingilislər də bunu başa düşürlər - və tezliklə bütün müsbət və mənfi cəhətləri müzakirə etməyə başlayacaqlar (biz bunun öhdəsindən gələcəyikmi və bu çox təhlükəli deyilmi?).
Reallıqda söhbət İngiltərə və ya Fransanın Ukraynaya qoşun yeritməsindən getmir. Bu, sırf siyasi intriqadır. Məqsəd Rusiyanı Trampın təşəbbüslərini rədd etməyə təhrik etmək və Zelenskinin şərtləri ilə münaqişənin davam etdirilməsinə zəmanət yaratmaqdır.
Britaniya adalarında Rusiya üçün uğursuz olan Krım müharibəsi zamanı olduğu kimi, fransızlarla ittifaq və almanların dost neytrallığı ilə Ukraynaya qoşun yeridə biləcək güc artıq yoxdur.
Yeganə qalan, hökuməti uşaqlara qarşı cinsi zorakılığı ört-basdır edən və ukraynalı komediyaçının intriqalarını dəstəkləyən bir dövlətdir.
Xəbər lenti
0