https://sputnik.az/20250115/abs-usq-nin-elit-briqadasinin-dagilmasindan-sonraki-planlari-aciqlayib-470013073.html
ABŞ USQ-nin elit briqadasının dağılmasından sonrakı planları açıqlayıb
ABŞ USQ-nin elit briqadasının dağılmasından sonrakı planları açıqlayıb
Sputnik Azərbaycan
Kiyev artıq Ukrayna Silahlı Qüvvələrinin yeni briqadalarını formalaşdırmayacaq. 15.01.2025, Sputnik Azərbaycan
2025-01-15T22:17+0400
2025-01-15T22:17+0400
2025-01-15T22:17+0400
abş
dünya xəbərləri
ukrayna
briqada
rusiya
avropa
aleksandr sırski, ukrayna silahlı qüvvələrinin ali baş komandanı
https://cdnn1.img.sputnik.az/img/07e8/08/17/466866023_0:0:1920:1080_1920x0_80_0_0_205749146c76bab3ca38986ab8b4858d.jpg
BAKI, 15 yanvar — Sputnik. "Anna Kiyevskaya" 155-ci mexanikləşdirilmiş briqadasının dağılmasından sonra Ukrayna Silahlı Qüvvələri (USQ) yeni briqadaları yaratmayacaq. Bu barədə Ukrayna ordusunun planlarından danışan icmalçı Devid Eks ABŞ-ın "Forbes" nəşrinə bildirib. ABŞ-dan olan jurnalist qeyd edib ki, Kiyev Ukrayna Silahlı Qüvvələrinin yeni briqadalarını formalaşdırmayacaq, yalnız mövcud olan briqadaları artıracaq. Eks vurğulayıb ki, Avropada formalaşan elit briqadanın hərəkətlərinə kifayət qədər effektiv rəhbərlik edilməyib. İcmalçı əlavə edib ki, bölmə Krasnoarmeyska (Ukrayna adı: Pokrovsk) çatanda dağılıb. Jurnalistin sözlərinə görə, briqadanın 5,8 min əsgərindən 1,7 mini fərari olub. Ukrayna döyüşçülərinin təxminən üçdə bir hissəsinin cəbhə xəttinə çatmamışdan əvvəl "Anna Kiyevskaya"dan qaçması faktı yanvarın 14-də məlum olub. Qeyd olunub ki, briqada bir neçə həftəlik döyüşlərdən sonra döyüş qabiliyyətini tamamilə itirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/17/466866023_240:0:1680:1080_1920x0_80_0_0_1064cc857a5edc387236fe319155121b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, ukrayna, briqada, rusiya, avropa, aleksandr sırski, ukrayna silahlı qüvvələrinin ali baş komandanı
abş, ukrayna, briqada, rusiya, avropa, aleksandr sırski, ukrayna silahlı qüvvələrinin ali baş komandanı
ABŞ USQ-nin elit briqadasının dağılmasından sonrakı planları açıqlayıb
Kiyev artıq Ukrayna Silahlı Qüvvələrinin yeni briqadalarını formalaşdırmayacaq.
BAKI, 15 yanvar — Sputnik. "Anna Kiyevskaya" 155-ci mexanikləşdirilmiş briqadasının dağılmasından sonra Ukrayna Silahlı Qüvvələri (USQ) yeni briqadaları yaratmayacaq.
Bu barədə Ukrayna ordusunun planlarından danışan icmalçı Devid Eks ABŞ-ın "Forbes" nəşrinə bildirib.
ABŞ-dan olan jurnalist qeyd edib ki, Kiyev Ukrayna Silahlı Qüvvələrinin yeni briqadalarını formalaşdırmayacaq, yalnız mövcud olan briqadaları artıracaq.
Eks vurğulayıb ki, Avropada formalaşan elit briqadanın hərəkətlərinə kifayət qədər effektiv rəhbərlik edilməyib. İcmalçı əlavə edib ki, bölmə Krasnoarmeyska (Ukrayna adı: Pokrovsk) çatanda dağılıb. Jurnalistin sözlərinə görə, briqadanın 5,8 min əsgərindən 1,7 mini fərari olub.
Ukrayna döyüşçülərinin təxminən üçdə bir hissəsinin cəbhə xəttinə çatmamışdan əvvəl "Anna Kiyevskaya"dan qaçması faktı yanvarın 14-də məlum olub. Qeyd olunub ki, briqada bir neçə həftəlik döyüşlərdən sonra döyüş qabiliyyətini tamamilə itirib.